KitabYurdu.az
71
imza atmaqdan imtina edir və ona «veto» qoyur.
Azərbaycan Respublikasının Konstitusiyasının 97-ci maddəsinə əsasən
qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Respublikasının
Prezidentinə imzalanmaq üçün təqdim edilir.
Konstitusiyanın 110-cu maddəsinə əsasən Azərbaycan Respublikasının
Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində
imzalayır. Qanun Azərbaycan Respublikasının Prezidentinin etirazını doğurarsa, o,
qanunu imzalamayıb, öz etirazı ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan
Respublikasının Milli Məclisinə qaytara bilər. Konstitusiya qanunları Azərbaycan
Respublikası Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan
Respublikası Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs, 63 səs
çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə,
belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidentinin qaytardığı qanunu Milli Məclisin
sədri müvafiq aparıcı daimi komissiyanın və ya xüsusi yaradılmış komissiyanın
rəyinə göndərir. Həmin komissiya məsələyə 10 gün müddətində baxır, aşağıdakı
qərarlardan birinin qəbul olunmasını təklif edir:
- qanun Azərbaycan Respublikasının Prezidentinin təklif etdiyi
dəyişikliklərlə qəbul edilsin;
- Azərbaycan Respublikasının Prezidentinin qanunun məqsədəuyğun
olmaması barədə təklifi qəbul edilsin;
- qanun qəbul edilmiş redaktədə saxlanılsın.
Bu barədə Prezidentə dərhal məlumat verilir.
Təkrar baxılma Prezidentin nümayəndəsinin çıxışı ilə başlanır.
Yuxarıda (Konstitusiyanın 110-cu maddəsi) qeyd etdiyimiz formada, təkrar
səsvermədən keçən qanun dərc olunmaq üçün 7 gündən gec olmayaraq,
Azərbaycan Respublikasının Prezidentinə göndərilir.
Qanunun dərc olunması qanunvericilik prosesinin ən son mərhələsidir. Dərc
olunma - qanunun mətninin rəsmi olaraq nəşrindən ibarətdir.
6. Azərbaycan Respublikası Prezidentinin Konstitusiya
statusunun
əsasları
Müasir sivilizasiya, həyatın digər sahələrində olduğu kimi dövlət quruculuğu
sahəsində də əldə edilən yeni-yeni nailiyyətlərlə xarakterizə edilir.
İdarəetmə forması kimi prezidentli respublika ilk dəfə 1787-ci il-də ABŞ-ın
Konstitusiyasında təsbit edilmişdir. Lakin dövlətin funksiyalarının hakimiyyət
orqanları arasında bölüşdürülməsi bir anlığa baş verməmişdir. ABŞ-da təsis
olunmuş prezidentlik institutu özünün nəzəri əsasını hakimiyyətin bölgüsü
nəzəriyyəsindən götürmüşdür. Hakimiyyətin bölgüsü nəzəriyyəsi də ilk dəfə XVIII
əsrdə Monteskyö tərəfindən irəli sürülmüşdür.
Monteskyö hakimiyyətin bölgüsü
nəzəriyyəsini irəli sürərkən o nöqteyi-nəzərdən çıxış edirdi ki, «harada hakimiyyət
ciddi şəkildə bölüşdürülməyibsə, orada azadlıq ola bilməz».
Müxtəlif dövlətlərdə prezidentlik institutu ayrı-ayrı dövrlərdə idarəetmə
formasından asılı olaraq tətbiq olunmuşdur. Bu mənada bizim respublikamızda
KitabYurdu.az
72
prezidentlik institutunun bir sıra səciyyəvi xüsusiyyətləri vardır. Məlum olduğu
kimi, dövlətçiliyimizin inkişafı tarixi çox mürəkkəbdir. 1917-ci ildə baş verən
sosialist inqilabı respublikamızın ictimai-siyasi həyatına əsaslı təsir göstərdi ki, bu
da respublikamızın SSRİ-nin tərkibinə daxil olması ilə başa çatdı.
Sonrakı SSRİ
Konstitusiyalarında isə Sovet dövlətçiliyi dövründə obyektiv olaraq prezidentlik
institutuna yer ayrılmırdı. İstər 1924-cü il SSRİ Konstitusiyası, istərsə də sonrakı
konstitusiyalar oktyabr inqilabının «bütün hakimiyyət sovetlərə» şüarından çıxış
edərək kollektiv dövlət rəhbərliyi prinsipinə üstünlük verirdi. Həmçinin sovet
Konstitusiya nəzəriyyəsi və praktikası son dövrlərə qədər prezidentlik institutunun
tətbiqini zəruri edən hakimiyyətin bölgüsü prinsipini, tamamilə, rədd edirdi. O
dövrdə qəbul edilən eyni qayda analoji olaraq respublikamız üçün də xarakterik
idi. SSRİ-nin ictimai-siyasi və dövlət-hüquqi institutlarının təkmilləşdirilməsi,
islahatı ilə bağlı problemlər 1985-ci ildən etibarən ciddi şəkildə müzakirə
olunmağa başladı. Bu problemlərdən ən başlıcaları hakimiyyətin bölgüsü, dövlət
orqanları sisteminin formalaşdırılmasının əlverişli variantlarının müəyyən edilməsi,
həmçinin, hüquqi dövlət ideyasının formalaşdırılmasının həyata keçirilməsi və s.
idi.
Prezidentlik institutu dövlətçiliyimizin inkişafı tarixində qısa müddəti əhatə
edir. Respublikamızda prezidentlik institutu 1990-cı ilin may ayında təsis
edilmişdir, sonradan, yəni 1991-ci il iyunun 26-da Azərbaycan Respublikası Ali
Soveti tərəfindən «Azərbaycan Respublikası Prezident seçkiləri haqqında» qanun
qəbul edilmişdir. Lakin respublikamızda prezidentlik institutunun tətbiqindən sonra
bu institutun nəzəri və tarixi, həmçinin, ali hakimiyyət orqanlarına əhəmiyyətli
təsirinin mahiyyətini açan xüsusi tədqiqat aparılmamışdır. Bununla belə,
respublikamızda prezidentlik institutu müasir konstitusion təcrübəni, milli
ənənələri, bütün dünyada, habelə Müstəqil Dövlətlər Birliyi üzvləri ölkələrində
siyasi reallıqları nəzərə almaqla daha əlverişli modeli seçməklə tətbiq edilir.
Məlumdur ki, ölkədə baş verən islahatların müvəffəqiyyəti birbaşa siyasi rejimdən
asılıdır. Bununla əlaqədar olaraq müasir dövr üçün mühüm əhəmiyyət prezident
institutuna verilir.
Respublikamız keçmiş SSRİ respublikaları içərisində prezident institutunu
ilkin olaraq təsis etmişdir. Əlbəttə, prezident institutunun səmərəliliyinin
artırılmasında prezidentin şəxsi keyfiyyətləri də mühüm əhəmiyyət kəsb edir.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş «Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyi haqqında» Konstitusiya Aktında dövlət hakimiyyətinin
hakimiyyətin bölgüsü prinsipinə əsaslanması təsbit edilmişdir. 13-cü maddənin III
hissəsində deyilirdi: «Ali icra hakimiyyəti Azərbaycan dövlətinin başçısı olan
Azərbaycan Respublikası prezidentinə məxsusdur».
Buradan göründüyü kimi, ali icra hakimiyyətinin dövlət başçısı - prezidentə
məxsusluğu artıq hakimiyyət orqanları arasında səlahiyyətlərin dəqiq
bölüşdürülməsini zəruri edirdi. Bu da öz növbəsində yeni Konstitusiyanın qəbulu
ilə həyata keçirilməli idi.
Məlumdur ki, 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının
ilk Konstitusiyası referendum (ümumxalq səsverməsi) yolu ilə qəbul edildi.
Konstitusiyanın 8-ci maddəsi «Azərbaycan dövlətinin başçısı» adı altında
KitabYurdu.az
73
verilmişdir. Burada deyilir: «Azərbaycan dövlətinin başçısı Azərbaycan
Respublikasının Prezidentidir». Həmçinin Konstitusiyanın 7-ci maddəsinin 3-cü
hissəsində və 99-cu maddəsində qeyd olunur ki, «Azərbaycan Respublikasında icra
hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə mənsubdur».
Konstitusiyanın bu müddəalarından göründüyü kimi, Azərbaycan
Respublikasının Prezidenti həm dövlət başçısıdır və həm də icra hakimiyyəti
prezidentə mənsubdur. Yuxarıda qeyd etdiyimiz kimi, respublikamızda prezident
institutu dünya dövlətlərinin əldə etdikləri son nailiyyətlərdən və milli ənənələrdən
çıxış edərək tətbiq edilir. Məlum olduğu kimi, prezidentli respublikanın iki modeli,
Amerika və Fransa modelləri vardır. Konkret olaraq seçkilərin keçirilməsi ilə bağlı
bu iki model arasında ayrılığı müəyyənləşdirsək, görəcəyik ki, respublikamızda
tətbiq olunan Prezident institutu hər iki modelin müsbət amillərini özündə
birləşdirir. Məsələn, ABŞ-da prezident dolayı yolla, yəni hər ştat tərəfindən
seçilərək təşkil edilən seçicilər kollegiyası tərəfindən seçilir. Respublikamızda isə
Fransada olduğu kimi Azərbaycan Respublikasının prezidenti ümumi, bərabər və
birbaşa seçki hüququ əsasında seçilir. Lakin Fransadan fərqli olaraq
respublikamızda ABŞ-da olduğu kimi prezident həm dövlətin başçısıdır, həm də
icra hakimiyyəti prezidentə mənsubdur.
Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsində göstərildiyi
kimi, Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir.
Prezident ölkənin daxilində və xarici münasibətlərdə dövləti təmsil edir;
Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir; Azərbaycan dövlətçiliyinin
varisliyini təmin edir. O, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının və
məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Qeyd olunan bu
funksiyalar dövlət başçısı üçün tarixən xarakterik olan bütün əlamətləri əhatə edir.
Bununla yanaşı, Konstitusiyanın 7 və 99-cu maddələrinə görə Prezident,
həmçinin, icra hakimiyyətini həyata keçirir. Deməli, Azərbaycan Respublikasında
Prezident həm dövlət başçısıdır, həm də icra hakimiyyəti ona mənsubdur.
Prezidentin hüquqi statusunun əsaslarını ilk növbədə onun səlahiyyətlərinin
məcmusu təşkil edir.
Prezidentin səlahiyyətlərini şərti olaraq dörd qrupa bölmək olar.
I. Milli Məclisin fəaliyyəti ilə bağlı səlahiyyətlər. Bura daxildir:
1) Prezident Milli Məclisə seçkiləri təyin edir;
2) qanunvericilik təşəbbüsü hüququnu həyata keçirir;
3) qanunları imzalayır və dərc etdirir, veto hüququndan istifadə edir. Bu
promulqasiya adlanır. Bəzi dövlətlərdə (Məsələn, Peruda) qanunu
prezidentlə birgə parlamentin sədri də imzalayır. Bizdə də 90-cı illərin
əvvəllərində belə bir məsələ ortaya qoyuldu, amma sonra aradan qalxdı.
Çünki 1995-ci il Konstitusiyası bunu təsdiq etmədi;
4) Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya məhkəmələri
hakimlərinin namizədliyini Milli Məclisə təqdim edir;
5) Baş prokurorun namizədliyini Milli Məclisə təqdim edir;
6) Milli Məclisin razılığı ilə Baş Naziri vəzifəyə təyin edir;
7) Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti üzvlərinin
KitabYurdu.az
74
vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Milli Məclisə təqdimat
verir;
8) Azərbaycan Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası
Milli Məclisinin təsdiqinə verir.
II. Hökumətin fəaliyyəti ilə əlaqədar olan səlahiyyətlər. Bura daxildir:
1) Prezident Baş Naziri təyin edir;
2) Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;
3) hökumət üzvlərini vəzifəyə təyin və azad edir;
4) Nazirlər Kabinetinin iş qaydasını təsdiq edir;
5) Nazirlər Kabinetinin təqdim etdiyi dövlət büdcəsini təsdiq üçün Milli
Məclisə təqdim edir;
6) Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir.
III. Xarici siyasət, milli təhlükəsizlik və müdafiə sahəsində olan
səlahiyyətlər. Bura daxildir:
1) ölkənin daxili və xaricində ölkəni təmsil edir;
2) Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
diplomatik nümayəndələrini təyin edir; Azərbaycan Respublikasının
xarici ölkələrdə diplomatik nümayəndəliklərinin açılması haqqında Milli
Məclisə təqdimat verir;
3) Xarici ölkələrin diplomatik nümayəndəliklərinin etimadnamə və
övdətnamələrini qəbul edir;
4) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır;
5) dövlətlərarası beynəlxalq müqavilələrin ratifikasiyası və denansasiyası
üçün Milli Məclisə təqdim edir;
6) silahlı qüvvələrin ali baş komandanıdır; silahlı qüvvələrin ali komanda
heyətini (Müdafiə Naziri, onun müavinləri və baş qərargah rəisini)
vəzifəyə təyin və azad edir;
7) Milli Məclisin razılığı ilə fövqəladə və hərbi vəziyyət elan edir;
8) Milli Məclisin razılığı ilə müharibə elan edir və sülh bağlayır;
9) ölkənin hərbi doktrinasını təsdiq edir;
10) Təhlükəsizlik Şurasını yaradır.
IV. Müvafiq hakimiyyət strukturlarının fəaliyyətinin əlaqələndirilməsi və
sair məsələlərlə bağlı səlahiyyətlər. Bura aiddir:
1) Prezident icra hakimiyyəti orqanlarının Konstitusiyaya, qanunlara və onun
fərmanlarına zidd olan qərarlarını ləğv edir;
2) Prezident icra hakimiyyəti orqanları arasında baş verən münaqişələrin
nizama salınması üçün razılaşdırıcı proseduradan istifadə edir;
3) insan və vətəndaşların hüquq və azadlıqlarını və dövlətin suverenliyini,
ərazi bütövlüyünün qorunması ilə əlaqədar tədbirlər görür;
4) referendum təyin edir;
5) icra başçılarını vəzifəyə təyin və azad edir;
6) vətəndaşlıq məsələlərini həll edir;
7) fəxri fərmanlarla təltif edir, fəxri adlar verir.
KitabYurdu.az
75
8. Azərbaycan Respublikası Prezidentinin seçilməsi və səlahiyyətlərinin
xitam edilməsi qaydaları
Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yaşı
otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq
daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır
cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan,
ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı
prezident seçilə bilər. Konstitusiyaya görə prezident 5 il müddətinə seçilir və heç
kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə
bilməz.
Azərbaycan Respublikası Prezidentinin seçilmə qaydası 2003-cü il 27 may
tarixli «Azərbaycan Respublikasının Seçki Məcəlləsi» ilə tənzimlənir. Məcəlləyə
görə Prezident seçkilərinin keçirilməsi günü Mərkəzi Seçki Komissiyası tərəfindən
seçki gününə azı 120 gün qalmış təyin olunur. Seçki günü prezidentin səlahiyyət
müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü hesab
olunur. Əgər növbədən kənar seçkilər keçirilərsə, bu zaman Milli Məclis və
Konstitusiya Məhkəməsinin müvafiq qərarı qəbul edildiyi gündən başlayaraq bir
həftədən gec olmayan müddətdə Mərkəzi Seçki Komissiyası seçki gününü
çərşənbə gününə təyin edir və seçkilər 3 ay ərzində keçirilir. Seçkilər təyin
olunduqdan sonra seçki komissiyaları yaradılır. Onlara aşağıdakılar aiddir:
1) Mərkəzi Seçki Komissiyası;
2) dairə seçki komissiyaları;
3) məntəqə seçki komissiyaları.
Seçki Məcəlləsinə görə prezident seçkiləri Azərbaycan Respublikasının
ərazisini əhatə edən vahid seçki dairəsi üzrə keçirilir. Seçicilərin səs verməsinin
keçirilməsi və səslərin hesablanmasını təşkil etmək üçün seçki məntəqələri
yaradılır. Bu zaman aşağıdakı tələblər nəzərə alınmalıdır:
- hər bir seçki məntəqəsi 50-dən az olmayan və 1500-dən çox olmayan
sayda seçicini əhatə etməlidir;
- sanatoriyalarda, istirahət evlərində, xəstəxanalarda, seçicilərin digər
müvəqqəti məskunlaşma yerlərində, gediş-gəliş çətin olan yerlərdə,
dövlət bayrağı altında üzən gəmilərdə seçki məntəqələri seçki gününə 50
gün qalmış, müstəsna hallarda isə 5 gün qalmış təşkil edilməlidir.
Məntəqələrin təşkilindən sonra seçici siyahıları tərtib olunur və namizədlər
irəli sürülür. Seçki Məcəlləsinə görə prezidentliyə namizəd siyasi partiyalar, siyasi
partiya blokları və bilavasitə seçicilər tərəfindən irəli sürülə bilər. Siyasi partiya
bloku azı iki siyasi partiya tərəfindən yaradıla bilər. Prezidentliyə namizədin
müdafiəsi üçün 45.000 imza toplanmalıdır.
Bütün bunlardan sonra səsvermə keçirilir və seçki məntəqələrində səslər
hesablanır. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 14 gündən
gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq
olunmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərir,
seçkilərin nəticələrini müəyyən edir. Seçkilərdə iştirak etmiş seçicilərin 50%+1-nin
səsini toplamış namizəd prezident seçilir. Əgər bu səs çoxluğu səsvermənin birinci
KitabYurdu.az
76
dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra, ikinci bazar günü
səsvermənin ikinci turu keçirilir. İkinci turda, ancaq birinci turda ən çox səs
toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş
namizədlərdən sonra gələn iki namizəd iştirak edir. İkinci turda səs çoxluğu
toplayan namizəd prezident seçilmiş hesab olunur. Konstitusiyaya görə, Prezident
seçkilərinin yekunları haqqında məlumatı, səsvermə günündən sonra 14 gün
ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir.
Bundan sonra 3 gün ərzində prezident and içir və rəsmi olaraq vəzifəyə qəbul
olunur. And içdiyi gündən prezident, səlahiyyətlərinin icrasına başlayır.
Azərbaycan Respublikası qanunvericiliyində müddətinə görə prezidentin
səlahiyyətlərinin xitamının iki üsulu fərqləndirilir: prezidentin səlahiyyətlərinin
qanunla müəyyən edilmiş vaxtın bitməsi ilə xitamı və vaxtından əvvəl xitamı.
Konstitusiyaya əsasən, Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti
5 ildir və bu müddət, onun and içdiyi gündən hesablanır. Eyni zamanda heç kəs iki
dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri yeni seçilmiş Prezidentin
and içməsi ilə xitam olunur.
Azərbaycan Respublikası Konstitusiyasında Prezidentin səlahiyyətlərinin
vaxtından əvvəl xitamı da nəzərdə tutulmuşdur.
Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitamı aşağıdakı hallarda baş
verir:
a) Prezident istefa verdikdə;
b) səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə
itirdikdə;
c) Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən
kənarlaşdırıldıqda;
Prezidentin səlahiyyətlərinin vaxtından əvvəl xitam edilməsində üç subyekt
iştirak edir: prezident, Milli Məclis, Konstitusiya Məhkəməsi.
Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin II—III
hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə onun
istefa ərizəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim
olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini
Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə
Azərbaycan Respublikası Prezidentinin istefasının qəbul olunması haqqında qərar
qəbul edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə
görə vəzifədən getmiş sayılır.
Azərbaycan Respublikası Konstitusiyasında respublika prezidentinin
vəzifədən kənarlaşdırılmasının impiçment (təqsirləndirmə - dövlətin vəzifəli
şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı)
qaydası təsbit edilmişdir. Konstitusiyanın 107-ci maddəsinə əsasən, Azərbaycan
Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan
Respublikasının Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali
Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.
KitabYurdu.az
77
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə
qəbul olunmuş qərar əsasında Azərbaycan Respublikasının Prezidenti vəzifədən
kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin sədri imzalayır. Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə ərzində tərəfdar çıxmazsa, qərar
qüvvəyə minmir.
Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması
haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan
Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində
qəbul olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə, Azərbaycan
Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.
Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə
üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri
keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək
Azərbaycan
Respublikasının
Prezidenti
səlahiyyətlərini
Azərbaycan
Respublikasının Baş naziri icra edir.
Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
icra edən Azərbaycan Respublikasının Baş naziri istefa verdikdə, səhhətinə görə öz
səlahiyyətlərini icra etmək qabiliyyətini, tamamilə itirdikdə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli
Məclisinin sədri icra edir.
Eyni səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikasının Milli Məclisi sədrinin icra etməsi mümkün olmadıqda
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.
8. Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qoludur.
Hər bir demokratik dövlətdə dövlət hakimiyyəti hüquqi dövlətin əsas
prinsipi olan «hakimiyyət bölgüsü» əsasında təşkil edilir. Təsadüfi deyildir ki,
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsində bu
prinsip əks olunmuşdur: Azərbaycan Respublikasında dövlət hakimiyyəti
hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik
hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra
hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəmə
hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Hər bir hakimiyyət qolu demokratik cəmiyyətdə müəyyən rolu yerinə
yetirir. Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu isə müxtəlif hüquqi
mübahisələrdə Konstitusiyada, qanunlarda, qanun qüvvəli aktlarda və beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş hüququn aliliyini təmin etməkdir.
Beləliklə, məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını
müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquq-pozmalardan mühafizə
edən və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara
çıxmamasına nəzarət edən dövlət hakimiyyətinin bir qoludur.
Dövlət hakimiyyətinin bir qolu olmaq etibarilə məhkəmə hakimiyyəti dövlət
Dostları ilə paylaş: |