1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
1   ...   6   7   8   9   10   11   12   13   ...   27
KY0000391


KitabYurdu.az 
64
 

qaldırılan deputatın iştirakı ilə baxır. Tələb olunan səs çoxluğu ilə bu haqda qərar 
qəbul olunur.
 
1996-cı il 17 may tarixli qanunun II fəslində deputatın hüquq və vəzifələri 
göstərilir. Deputatın hüquqları aşağıdakılardır:
 
1.  Deputatın Milli Məclisin iclaslarında iştirak etmək hüququ və səs hüququ. 
Deputat  müzakirə  olunan  məsələ  barədə  fikrini  bildirə,  təklif  və 
qeydlərini verə bilər. 
2.  Deputatın  seçmək  və  seçilmək  hüququ.  Milli  Məclisin  sədrinin,  sədr 
müavinlərinin,  komissiya  sədrlərinin  və  üzvlərinin  seçkiləri  zamanı 
deputat  özünün  və  başqa  deputatların  namizədliklərini  irəli  sürə  bilər, 
namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər. 
3.  Deputatın  qanunvericilik  təşəbbüsü  hüququ.  Deputat  qanunvericilik 
hüququnu aşağıdakı formalarda həyata keçirir: 
 
-  yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər; 
-  qüvvədə  olan  qanuna  və  ya  qərara  dəyişikliklər  və  əlavələr  edilməsi 
haqqında layihə təklif edə bilər; 
-  qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə 
təklif edə bilər; 
-  Milli  Məclisdə  baxılan  qanuna  və  qərar  layihəsinə  dəyişiklik  və  əlavə 
edilməsi haqqında təkliflər irəli sürə bilər. 
 
4.  Deputatın  sorğu  hüququ.  Deputat  mərkəzi  və  yerli  icra  hakimiyyəti 
orqanlarına,  məhkəmə  hakimiyyəti  orqanlarına,  Baş  Prokurora,  yerli 
özünüidarə  orqanlarına,  Milli  Bankın  İdarə  Heyətinə,  Hesablama 
Palatasına  sorğu  verə  bilər.  Deputat  sorğusu  deputat  tərəfindən  fərdi 
qaydada və ya iclasda yazılı şəkildə verilir. Bu sorğuya müvafiq orqanlar 
və  ya  vəzifəli  şəxslər  bir  ay  müddətində  rəsmi  surətdə  yazılı  cavab 
verməlidir. 
5.  Deputatın  məlumat  almaq  və  ya  yaymaq  hüququ.  Deputat  öz  fəaliyyəti 
ilə  əlaqədar  zəruri  materialları  və  sənədləri  almaq  üçün  müvafiq 
orqanlara müraciət edə bilər. Həmin orqanlar materialları və sənədləri 10 
gün müddətində deputata təqdim etməlidirlər. 
6.  Deputatın  toxunulmazlığı.  Bu  hüquq  deputatın  evinin,  mənzilinin, 
əşyalarının şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə 
vasitələrinin,  ona  məxsus  sənədlərin,  yazışmaların  toxunulmazlığını 
əhatə edir. 
7.  Deputatın şahid qismində ifadə verməkdən imtina etmək hüququ. 
8.  Deputatın  vəzifəli  şəxslər  tərəfindən  təxirə  salınmadan  qəbul 
edilmə  hüququ.  Deputat  müvafiq  dövlət  orqanları,  təşkilatları 
tərəfindən təxirə salınmadan qəbul olunmalıdır.
 
9.  Deputatın öz çıxışlarının mətni ilə tanış olmaq hüququ. 
Qanuna görə deputatın vəzifələrinə aşağıdakılar daxildir:
 
-  deputat  öz  vəzifələrini  icra  edərkən  vətəndaşların  hüquq  və 
azadlıqlarını,  Azərbaycan  Respublikasının  mənafelərini  qorumalı, 
konstitusiya və qanunları rəhbər tutmalı, deputat etikasını gözləməlidir; 
KitabYurdu.az 
65
 

-  deputat  Milli  Məclisin  iclaslarında  və  üzvü  olduğu  komissiyanın 
iclaslarında iştirak etməlidir. Üzürsüz səbəbdən 30 dəfə iclaslarda iştirak 
etməyən deputat 63 səs çoxluğu ilə deputat mandatından məhrum edilə 
bilər; 
-  deputat  qanunazidd  hərəkətlərə,  adına  xələl  gətirə  biləcək  davranışa, 
insanın  şərəf  və  ləyaqətini  alçaldan  kobud,  təhqiramiz  sözlər  və 
hərəkətlərə  yol  verməməli,  başqalarını  bu  cür  hərəkətlər  etməyə 
çağırmamalıdır. 
Deputatlıq  fəaliyyətinin  təminatlarından  danışdıqda  birinci  növbədə 
immunitet  və  indemniteti  qeyd  etmək  lazımdır.  İmmunitet  dedikdə,  deputatın 
toxunulmazlığı  başa  düşülür.  Konstitusiyanın  90-cı  maddəsinə  görə,  səlahiyyət 
müddəti  ərzində  deputatın  şəxsiyyəti  toxunulmazdır.  Deputat  səlahiyyət  müddəti 
ərzində  cinayət  başında  yaxalanma  hallarından  başqa,  cinayət  məsuliyyətinə  cəlb 
edilə  bilməz,  tutula  bilməz,  onun  barəsində  məhkəmə  qaydasında  inzibati  tənbeh 
tədbirləri  tətbiq  edilə  bilməz,  axtarışa  məruz  qala  bilməz,  şəxsi  müayinə  edilə 
bilməz.  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  cinayət  başında 
yaxalanarkən tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin 
deputatını  tutan  orqan  bu  barədə  dərhal  Azərbaycan  Respublikasının  Baş 
prokuroruna xəbər verməlidir.
 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatının  toxunulmazlığına 
yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan 
Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər. Nizamnamədə göstərilir 
ki, bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində 
baxır,  təqdimat  intizam  komissiyasına  göndərilir  və  komissiyada  bu  məsələyə 
baxılır. Komissiya təqdimata dair rəy qəbul edir. Rəydə deputat toxunulmazlığına 
xitam  verilib-verilməməsi  barədə  intizam  komissiyasının  qənaəti  söylənilir.  İşə 
həmin  deputatın  iştirakı  ilə  baxılır.  Tələb  olunan  səs  çoxluğu  ilə  deputat 
toxunulmazlığına xitam verilir.
 
İndemnitet termini iki mənada başa düşülür:
 
Birinci  mənada,  indemnitet  -  deputatın  öz  fəaliyyətinə,  səsverməyə  və 
söylədiyi  fikrə  görə  məsuliyyət  daşımaması  və  şahid  qismində  ifadə  verməkdən 
imtina etməsidir. Bu, Konstitusiyanın 91-ci maddəsində öz əksini tapıb.
 
Milli  Məclisin  Daxili  Nizamnaməsinin  45-ci  maddəsində  deputatın 
parlamentdaxili məsuliyyətə cəlbolunma əsasları göstərilir:
 
1)  Milli  Məclis  və  onun  komissiyalarının  iclaslarının  aparılmasına  mane 
olduqda; 
2)  Milli Məclis və onun komissiyalarının iclaslarında çıxış edənlərin sözünü 
kəsdikdə; 
3)  Milli  Məclis  və  onun  komissiyalarının  iclaslarında  sakitliyi  və  iş 
qaydasını pozduqda; 
4)  Milli  Məclis  və  onun  komissiyalarının  iclaslarında  insanın  şərəf  və 
ləyaqətini  alçaldan  kobud,  təhqiramiz  sözlərə  və  hərəkətlərə  yol 
verdikdə; 
5)  deputat adına xələl gətirən hərəkətlər etdikdə; 
6)  Milli  Məclis  və  onun  komissiyalarının  iclaslarında  üzürsüz  səbəbdən 
KitabYurdu.az 
66
 

iştirak etmədikdə. 
Bu əsaslara görə aşağıdakı intizam tədbirləri tətbiq oluna bilər:
 
1)  xəbərdarlıq; 
2)  sözkəsmə; 
3)  iclas salonundan çıxarma; 
4)  töhmət; 
5)  deputat səlahiyyətlərinin itirilməsi. 
İkinci  mənada,  indemnitet  -  deputatın  fəaliyyətinə  görə  əmək  haqqı 
almasıdır. Əmək haqqının məbləği Milli Məclisin qərarı ilə müəyyən olunur.
 
1996-cı il 17 may qanununda deputatın müalicə olunması və istirahət etməsi 
üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərdə tutulur. Qanuna görə 
deputat, səlahiyyət müddəti qurtardıqdan sonra işə düzələnədək bir il müddətində 
deputatın əmək haqqının 80%-i məbləğində  pul  təminatı alır. Səlahiyyət  müddəti 
qurtardıqdan  sonra  təqaüd  yaşına  çatmış  deputat,  əmək  haqqının  80%-dən  az 
olmayan  məbləğdə  təqaüd  alır.  Qanuna  əsasən  deputatın  dövlət  icbari  sığortası 
nəzərdə tutulur.
 
 5. Qanunvericilik prosesi
 
Qanunvericilik,  hüquqyaratma  fəaliyyətinin  əsas,  ən  mühüm  formasıdır. 
Qanunvericilik fəaliyyəti dedikdə, ali dövlət hakimiyyəti orqanının qanunlar qəbul 
etməyə yönəldilmiş fəaliyyəti başa düşülür.
 
Qanunvericilik  fəaliyyəti  qanunvericilik  prosesi  vasitəsilə  reallaşır. 
Parlament  qanunvericilik  fəaliyyətini  yerinə  yetirərkən  qanunvericilik  prosesinə 
ciddi  əməl edir, çünki qanunvericilik prosesinin pozulması  qəbul edilmiş qanunun 
qeyri-legitimliyinə səbəb olur.
 
Qanunvericilik  prosesi,  istənilən  hüquqi  proses  kimi  aşağıdakı 
mərhələlərdən ibarətdir:
 
1)  Qanun layihəsi və ya qanun təklifinin verilməsi (qanunvericilik 
təşəbbüsü); 
2)  Qanun layihəsinə parlament palataları və komitələrində 
(komissiyalarında) baxılması; 
3)  Qanunun qəbul edilməsi; 
4)  Qanunun sanksiyalaşdırılması, promulqasiya və dərc edilməsi. 
Bəzən sonuncu mərhələni iki yerə bölürlər:
 
1)  Qanunun sanksiyalaşdırılması və dövlət başçısı tərəfindən imza edilməsi;
 
2)  Rəsmi dərc etmə ilə promulqasiya (elanetmə). 
Qanunvericilik   prosesinin   ilkin   mərhələsi   qanunvericilik   təşəbbüsüdür.
 
Qanunvericilik  təşəbbüsü  -  səlahiyyətli  subyektin  qanun  layihəsi  və  ya 
qanuna  dair  təkliflərin  parlamentin  səlahiyyətli  orqanına  rəsmi  surətdə  təqdim 
edilməsidir.  Qanun  layihəsi  və  qanuna  dair  təkliflər  arasında  fərq  hərfi  mənada 
özünü göstərir. Belə ki, qanun layihəsi gələcək qanun olduğu üçün qanunun bütün 
atributlarına  -  preambulaya,  maddələrə,  bəndlərə,  normaların  dəqiq  formulalarına 
və s. malikdir. Qanuna dair təklif isə - gələcək qanun barəsində ideya, bəzən nəzəri 
konsepsiya şəklində olur. 
 
Subyektin  qanunvericilik  təşəbbüsü  hüququna  malik  olması  o  deməkdir  ki, 
KitabYurdu.az 
67
 

parlament  həmin  subyekt  tərəfindən  təklif  olunmuş  qanun  layihəsinə  mütləq 
baxmalıdır.  Onun  qəbul  edilməsi  isə  zəruridir.  Parlament  müvafiq  olan  qanun 
layihəsini olduğu kimi qəbul etməyə borclu deyildir və ola bilər ki, onu bütünlüklə 
və digər formada qəbul etsin. Qanunvericilik  təşəbbüsü hüququnun subyektlərinin 
dairəsi  müxtəlif  ölkələrdə  müxtəlifdir  və  konstitusiyanın  maddəsi  ilə  müəyyən 
olunur.  Beynəlxalq  təcrübəyə  müraciət  etməzdən  əvvəl,  Azərbaycan 
Respublikasının  praktikasından  danışmaq  daha  yerinə  düşərdi.  Belə  ki, 
Konstitusiyanın 96-cı maddəsinə əsasən Azərbaycan Respublikasında qanunvericilik 
təşəbbüsü  hüququ  (qanun  layihələrinin  və  başqa  məsələləri  Azərbaycan 
Respublikası  Milli  Məclisinin  müzakirəsinə  təqdim  etmək  hüququ)  Azərbaycan 
Respublikası  Milli  Məclisinin  deputatlarına,  Azərbaycan  Respublikasının 
Prezidentinə,  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsinə,  Azərbaycan 
Respublikası  Prokurorluğuna  və  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisinə 
mənsubdur  və  onlar  tərəfindən  qanunvericilik  təşəbbüsü  qaydasında  Azərbaycan 
Respublikası  Milli  Məclisinin  müzakirəsinə  verdiyi  qanun  və  ya  qərar  layihələri 
müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və iki ay ərzində səsə qoyulur.
 
Göründüyü kimi respublikamızda qanunvericilik təşəbbüsü hüququna çox az 
sayda şəxslər - Milli Məclisin deputatları, Azərbaycan Respublikasının Prezidenti, 
Azərbaycan  Respublikasının  Ali  Məhkəməsi,  Azərbaycan  Respublikası 
Prokurorluğu  və  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisi  malikdir. 
Konstitusion prinsip olan hakimiyyətin bölünməsi prinsipi qanunvericilik təşəbbüsü 
hüququnda da özünü göstərir. Belə ki, hakimiyyətin hər bir budağı qanunvericilik 
təşəbbüsü  hüququna  malikdir.  Qanunvericilik  təşəbbüsü  hüququna  malik  olanlar 
sistemində  Azərbaycan  Respublikasının  Milli  Məclisinin  deputatları  xüsusi  yer 
tutur. Belə ki, deputat mandatını qazanmış hər bir şəxs xalqın adından danışır və 
səs  verir,  xalqın  hakimiyyətini  ifadə  edir.  Lakin  bir  şeyi  də  nəzərdən  qaçırmaq 
olmaz ki, hakimiyyətin digər budaqları - icra və məhkəmə hakimiyyəti də xalqın 
içərisindən, xalqın iradəsi əsasında təşkil edilir. Prezident istər seçki vasitəsilə, istər 
sadə  parlament  tərəfindən  seçilsin,  fərqi  yoxdur.  Çünki  o,  hər  iki  halda  xalqın 
nümayəndəsidir.  Lakin  subyektiv  olaraq  parlamentarilərin  qanunvericilik 
təşəbbüsü  hüququnu  digərlərindən  daha  önəmli  hesab  edirik.  Çünki  digər 
hakimiyyət orqanları parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında fəaliyyət 
göstərir. Lakin bu icra hakimiyyətinin qanunvericilik prosesində rolunu azaltmır.
 
Digər dövlətlərdə isə qanunvericilik təşəbbüsü hüququna əsasən hökumət və 
parlament  malikdir.  Amerika  Birləşmiş  Ştatlarında  qanunvericilik  təşəbbüsü 
hüququna yalnız parlamentin üzvləri malikdir; təkcə büdcənin layihəsini prezident 
təqdim edir. Bir çox dövlətlərdə bu hüquqa - ali dövlət orqanları,  mərkəzi dövlət 
təsisatları, parlamentdaxili orqanlar, parlamentin orqan və təsisatları, seçki qrupları 
malikdir.
 
Rumıniyada  qanunvericilik  təşəbbüsü  hüququna  hökumət,  deputatlar, 
senatorlar,  həmçinin,  ən  azı  (minimum)  250  min  seçici  malikdir  (Konstitusiyanın 
73-cü maddəsinin birinci hissəsi).Meksikada isə bu hüququ Respublika Prezidenti, 
Federal  Konqresin  deputatları  və  senatorları,  ştatların  qanunvericilik  orqanları 
həyata keçirir.
 
İkipalatalı  parlamentlərdə  Konstitusiyaya  və  ya  qanunlara  uyğun  olaraq 
KitabYurdu.az 
68
 

qanunvericilik  təşəbbüsü  hüququnun  subyektləri  bir  qayda  olaraq  öz  qanun 
layihələrini və təkliflərini palatalardan istənilənə, ya da aşağı palataya təqdim edə 
bilərlər.  ABŞ-da  qanun  layihələrini  (bill)  istənilən  palataya  təqdim  etmək  olar; 
parlamentarilər, adətən qanun layihələrini özlərinin üzvü olduqları palataya təqdim 
edir,  maliyyə  billəri  (dövlət  gəlirlərinin  alınmasıyla  bağlı)  ilkin  olaraq 
Nümayəndələr Palatasına təqdim olunur (ABŞ Konstitusiyasının 1-ci maddəsi, 7-ci 
bölmə).
 
Qeyd  etdiyimiz  kimi  Azərbaycan  Respublikası  Konstitusiyasının  96-cı, 
«Azərbaycan  Respublikasının  Milli  Məclisi  deputatlarının  statusu  haqqında» 
qanunun  4-cü  və  9-cu  maddələrinə  əsasən  deputatın  qanunvericilik  təşəbbüsü 
hüququ  vardır.  «Azərbaycan  Respublikası  Milli  Məclisi  deputatlarının  statusu 
haqqında»  qanunun  9-cu  maddəsinə  əsa-sən  deputat  qanunvericilik  təşəbbüsü 
hüququnu aşağıdakı formalarda həyata keçirir:
 
-  yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər; 
-  qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi 
haqqında layihə təklif edə bilər; 
-  qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə 
təklif edə bilər. 
Bir  çox  ölkələrdə  dövlət  başçısı  qanunvericilik  təşəbbüsü  hüququnun 
subyekti  kimi  çıxış  etmir.  Faktiki  olaraq,  bəzi  prezidentli  respublikalarda 
qanunvericilik  təşəbbüsü  hüququ  göstərilməsə  də  bu  hüquq  digər  yollarla  həyata 
keçirilir. Prezidentin konqresdə təmsil olunan partiyası demək olar ki, onun adından 
çıxış  edir.  Lakin  formal  olaraq  qanunvericilik  təşəbbüsünü  həyata  keçirirlər. 
Müəlliflərdən  A.A.Mişin  və  V.A.Vlasixin  qeyd  edir  ki,  «hal-hazırda  prezident 
qanunvericilik prosesinin faktiki təşəbbüsçüsü və dirijorudur».
 
Xalqın  təşəbbüsü  məsələsindən  danışarkən  qeyd  etmək  lazımdır  ki, 
beynəlxalq  təcrübədə  Konstitusiya  bəzən,  onun  mümkün  predmetlərinin  dairəsini 
məhdudlaşdırır.  Məsələn,  Rumıniya  Konstitusiyasının  73-cü  maddəsinə  əsasən 
vətəndaşlar  qanunvericilik  təşəbbüsü  predmetinə  dövlət  büdcəsi  problemləri  ilə 
bağlı, beynəlxalq xarakterli məsələlərlə, amnistiya və bağışlama ilə bağlı məsələlər 
daxil edilir.
 
İspaniya  Konstitusiyasının  87-ci  maddəsinin  3-cü  hissəsinə  əsasən  xalqın 
təşəbbüsü  hüququnun  həyata  keçirilməsi  üçün  ən  azı  500  min  imza  lazımdır  və 
Konstitusiya  adi  qanunlarla  nizamlanan  münasibətlərlə  bağlı,  vergi  və  beynəlxalq 
xarakterli, əfvlə bağlı münasibətlərin xalqın qanunvericilik təşəbbüsünün predmetinə 
aid olmasını qadağan edir.
 
Qanunvericilik  təşəbbüsü  hüququna  ictimai  təşkilatların  malik  olması 
«sosialist»  ölkələri  üçün  xarakterikdir.  Bu  sırf  siyasi  xarakter  daşıyırdı.  Belə  ki, 
sosialist  ölkələri  «sosialist»  demokratiyasının  «burjua»  demokratiyasından  üstün 
olduğunu  bildirmək  istəyirdilər.  Lakin  hamıya  məlumdur  ki,  bunlar  formal 
xarakter daşıyırdı, çünki totalitar kommunist rejimi şəraitində digər hüquqlar kimi, 
qanunvericilik  təşəbbüsü  hüququ  kommunist  partiyasının  ali  rəhbərlərinə  məxsus 
idi. 
Qanunvericilik  prosesinin  digər  mərhələsi  qanunların  müzakirəsi 
KitabYurdu.az 
69
 

mərhələsidir.  Qanunların  müzakirəsi  mərhələsi  qanunvericilik  prosesinin 
sistemində çox mühüm yer tutur. Qanunvericilik təşəbbüsü hüququ ilə daxil olmuş 
qanun  layihəsi  parlament  tərəfindən  müzakirəyə  çıxarılır.  Onu  da  qeyd  etmək 
lazımdır  ki,  qanunların  müzakirəsi  mərhələsi  qanunvericilik  prosesinin  ən  geniş 
mərhələsidir.  Bu  prosesdə  parlament  iclaslarında  və  komissiyalarında  qanun 
layihəsi üzərində işlənilir. Palataların plenar iclasları və komitələri (komissiyalar) 
müxtəlif  qanun  layihəsini  müzakirə  etməyə  borcludur.  Palataların  plenar 
iclaslarında  qanun  layihəsinin  müzakirəsi,  çox  vaxt  layihənin  oxunması  adlanır. 
Qanunun oxunması termini bir çox parlamentlərdə saxlanılır. Bu zaman layihə üç 
oxunuşdan  keçir.  Hər  bir  ölkədə  bu  mərhələnin  öz  xüsusiyyətləri  vardır, 
ümumiyyətlə, o, aşağıdakı mərhələlərdən ibarətdir. 
İlk  oxunuşda  məqsəd,  ümumiyyətlə,  belə  qanunun  qəbul  edilməsinə 
ehtiyacın  olub-olmaması  məsələsi  həll  edilir.  Parlament,  adətən  qanun  layihəsini 
təqdim  edənin  məruzəsini  dinləyir,  layihəyə  konseptuallıq  baxımından  qiymət 
verilir:  qanun  layihəsinin  predmetinin  varlığına  qanunvericilikdə  ehtiyac  varmı? 
Bu  mənada  qanun  layihəsinin  əsas  ideyasına  qiymət  verilir;  mövcud  problemləri 
müvəffəqiyyətlə həll edib-etməməsi məsələsinə baxılır. Əgər parlament üzvlərinin 
böyük  əksəriyyəti,  ikisindən  biri  müəyyən  suallara  rədd  cavabı  verirsə,  qanun 
layihəsi növbəti oxunuşa verilmir. Əgər suallara qənaətbəxş cavab verilirsə,
 
qanun 
layihəsi birinci oxunuşda qəbul olunur və növbəti mərhələyə hazırlanır. Layihənin 
ikinci  oxunuşa  hazırlanması  üçün  parlamentin  və  ya  palatanın  sədri  onu  müvafiq 
komissiyaya göndərir və ya bununla bağlı xüsusi komissiya yaradır.
 
Qanun  layihəsi  ilk  oxunuşda  qəbul  olunana  qədər  layihənin  təşəbbüskarı 
tərəfindən layihə geri götürülə bilər.
 
İkinci  oxunuşda  layihə  mahiyyəti  üzrə  bütün  detallarına  qədər  müzakirə 
edilir. Parlament layihə ilə işləyən komissiyanın hesabatmı dinləyir.
 
Beynəlxalq  praktikada  olan  qaydalar  Azərbaycan  Respublikasında  da 
qanunvericilikdə  nəzərdə  tutulmuşdur.  Azərbaycan  Respublikasının  Milli 
Məclisinin  Daxili  nizamnaməsində  müəyyən  olunub  ki,  qanun  layihəsi  üç 
oxunuşdan  keçməlidir.  Milli  Məclisin  sədrinin  qərarı  ilə  və  ya  Milli  Məclisin 
protokol  qaydasında  qəbul  etdiyi  qərarla  qanun  layihəsinə  bir  oxunuşda  baxıla 
bilər (maddə 16).
 
Qanun  layihəsinə  birinci  oxunuşda  baxılması  nəticəsində  Milli  Məclis 
aşağıdakı qərarlardan birini qəbul edir:
 
-  layihə  birinci  oxunuşda  qəbul  edilsin  və  söylənilmiş  təkliflər  və  iradlar 
nəzərə  alınmaqla  onun  üzərində  iş  davam  etdirilsin  (bu  qərar  protokol 
qaydasında qəbul olunur); 
-  layihə qəbul edilməsin; 
-  qanun qəbul edilsin. 
Birinci  oxunuşda  qəbul  edilmiş  qanun  layihəsinə  dair  təklifləri  və  iradları 
aparıcı  daimi  komissiya  öyrənir  və  ümumiləşdirir.  Layihənin  ayrı-ayn  maddələri 
üzrə  qruplaşdırılmış  dəyişikliklərə  aparıcı  daimi  komissiyanın  iclasında  baxılır  və 
daimi komissiya bu dəyişikliklərlə razı olduqda onları layihənin mətninə daxil edir. 
Yenidən  işlənilmiş  qanun  layihəsi  ikinci  oxunuşda  baxılmaq  məqsədilə  Milli 
Məclisin iclaslarının gündəliyinə salınmaq üçün Milli Məclisin sədrinə göndərilir.
 
KitabYurdu.az 
70
 

Milli  Məclisdə  ikinci  oxunuşda  baxılmasına  azı  beş  gün  qalmış  qanun 
layihəsi onun təşəbbüsçüsünə göndərilir.
 
Azərbaycan  Respublikası  Prezidentinin,  Azərbaycan  Respublikası  Ali 
Məhkəməsinin,  Azərbaycan  Respublikası  Prokurorluğunun,  Naxçıvan  Muxtar 
Respublikasının  Ali  Məclisinin  qanunvericilik  təşəbbüsü  qaydasında  Milli 
Məclisin  müzakirəsinə  verdikləri  qanun  layihələri  təqdim  olunmuş  şəkildə 
müzakirəyə  çıxarılmalı  və  səsə  qoyulmalıdır.  Belə  qanun  layihələrində 
dəyişikliklər yalnız həmin orqanların razılığı ilə edilə bilər.
 
Qanun  layihəsinin  ikinci  oxunuşda  müzakirəsi  aparıcı  daimi  komissiyanın 
nümayəndəsinin  məruzəsi  ilə  başlanır.  Məruzəçi  daimi  komissiyada  layihəyə 
baxılmasının nəticələri haqqında məlumat verir.
 
Layihənin  ikinci  oxunuşda  müzakirəsi  bir  qayda  olaraq  qanun  layihəsi 
təşəbbüsçüsünün və ya onun nümayəndəsinin çıxışı ilə davam edir.
 
Daha  sonra,  ikinci  oxunuşda  müzakirə  edilən  qanun  layihəsinin  əsas  kimi 
qəbul edilməsi barəsində protokol qaydasında qərar qəbul edilir. Bu cür qərar qəbul 
edilməzsə, qanun layihəsi qəbul edilməmiş sayılır. Qanun layihəsi əsas kimi qəbul 
olunduqdan  sonra  Milli  Məclisin  iclasına  sədrlik  edən  deputatlardan  qanun 
layihəsində edilmiş dəyişikliklərə etirazların olub-olmamasını öyrənir. 
 
Bundan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilir. İkinci oxunuşda 
qəbul  edilmiş  qanun  layihəsi  müzakirə  zamanı  müəyyənləşdirilmiş  daxili 
ziddiyyətlərin  aradan  qaldırılması  və  redaktə  edilməsi  üçün  aparıcı  daimi 
komissiyaya qaytarılır.
 
Bu  iş  başa  çatdıqdan  sonra  aparıcı  daimi  komissiya  üçüncü  oxunuş  üçün 
hazırlanmış qanun layihəsini Milli Məclisin sədrinə göndərir. Milli Məclisin sədri 
qanun layihəsinə üçüncü oxunuşda baxılmasını Milli Məclisin iclasının gündəliyinə 
salır.
 
Azərbaycan  Respublikası  Milli  Məclisinin  Daxili  Nizamnaməsinin  19-cu 
maddəsinə əsasən, üçüncü oxunuş zamanı qanun layihəsi bütövlükdə səsə qoyulur. 
Qanun  layihəsinin  üçüncü  oxunuşu  zamanı  onun  mətnində  dəyişikliklər  edilə 
bilməz.  Müstəsna  hallarda  Milli  Məclisin  iclasında  iştirak  edən  deputatların 
əksəriyyətinin  tələbi  ilə  üçüncü  oxunuşda  olan  qanun  layihəsi  ikinci  oxunuşa 
qaytarıla bilər.
 
Qanunvericilik prosesinin mərhələlərinin içərisində qanunun qəbul edilməsi 
daha mühüm yer tutur. Belə ki, birpalatalı parlamentlərdə bu mərhələ axırıncı və 
ya  vahid  oxunma  -  sonuncu  səsvermə  yolu  ilə  başa  çatdırılır.  Səsvermə  adi  və 
adbaad  aparılır.  Gizli  səsvermə  qanun  layihəsinin  qəbulunda  tam  məntiqsizdir  və 
nadir hallarda rast gəlinir. Bir neçə ölkələrdə (misal üçün İspaniyada) o reqlamentlə 
qadağan edilir.
 
İkipalatalı parlamentlərdə, adətən daha güclü palata qanun qəbul olunmasında 
mühüm  rol  oynayır.
 
ABŞ-da  əgər  palatalardan  biri  qanunla  razı  deyilsə,  qanun 
qəbul oluna bilməz. AFR-ın Əsas Qanununun 74-cü maddəsi adi qanunların kiçik 
qrupunu təqdim edir, hansı ki, Bundesratın razılığı olmadan qəbul oluna bilməz.
 
Qanunların  qəbulunda  sonrakı  mərhələ  -  qanunun  sanksiyalaşdırılması, 
promulqasiyası və dərc edilməsidir. Qanunun sanksiyalaşdırılması dövlət başçısının 
onun  rəsmi  mətninə  imza  atması  ilə  həyata  keçirilir.  Əks  halda  dövlətin  başçısı 
Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin