1. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti. Dövlətin anlayışı



Yüklə 3,16 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix07.06.2020
ölçüsü3,16 Mb.
#31822
1   ...   8   9   10   11   12   13   14   15   ...   27
KY0000391


KitabYurdu.az 
78
 

hakimiyyətinin bütün əlamətlərinə malikdir. Buraya aşağıdakı əlamətləri aid etmək 
olar:  a)  dövlət  hakimiyyətinin  universallığı,  yəni  qərarların  hamıya  şamil 
olunması; b) dövlət hakimiyyətinin xüsusi aparat vasitəsilə həyata keçirilməsi; v) 
dövlət  hakimiyyətinin  cəmiyyətdə  məcburiyyət  monopoliyasına  malik  olması;  q) 
dövlət hakimiyyətinin suverenliyi. 
Bütün  bunlarla  yanaşı  məhkəmə  hakimiyyəti  müəyyən  spesifik  əlamətlərlə 
digər hakimiyyət qollarından fərqlənir: 
a) məhkəmə  hakimiyyətinin  qanunla  müəyyən  edilmiş  qaydada  yaradılmış 
xüsusi orqan - məhkəmələr tərəfindən həyata keçirilməsi; 
b) məhkəmə  hakimiyyətinin  məhkəmə  iclaslarında  işlərə  baxılıb  həll 
edilməsi yolu ilə həyata keçirilməsi; 
c) məhkəmə  hakimiyyətinin  qanunla  müəyyən  edilmiş  prosessual  formada 
həyata keçirilməsi; 
ç) onun fəaliyyətinə xüsusi nəzarət sisteminin olması.
 
Məhkəmə hakimiyyətinin spesifik əlamətlərinə aşağıdakıları da aid edirlər: 
məhkəmə  hakimiyyətinin  məqsədləri,  demokratizm  prinsipləri  əsasında 
məhkəmələrin təşkili, məhkəmə hakimiyyətinin qanun əsasında həyata keçirilməsi, 
konkret  işlərə  baxılması  nəticəsində  məhkəmə  tərəfindən  dövlət  məcburiyyətinin 
tətbiqi.
 
Digər hakimiyyət qolları ilə yanaşı məhkəmə hakimiyyəti bir sıra müəyyən 
funksiyalar  yerinə  yetirir.  Məhkəmə  hakimiyyətinin  əsas  və  həmişə  mövcud  olan 
funksiyası  ədalət  mühakiməsinin  həyata  keçirilməsidir.  Bu,  «Məhkəmələr  və 
hakimlər  haqqında»  Azərbaycan  Respublikasının  qanununun  3-cü  maddəsində  də 
təsbit olunur. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının məhkəmələrinin 
fəaliyyəti yalnız ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmişdir.
 
Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinə görə ədalət 
mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri aşağıdakılardır:
 
1.  Hakimlər  işlərə  qərəzsiz,  ədalətlə,  tərəflərin  hüquq  bərabərliyinə, 
faktlara əsasən, və qanunamüvafiq baxırlar. 
2.  Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud 
dolayı  yolla  məhkəmə  icraatına  məhdudiyyət  qoyulması,  qanuna  zidd 
təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. 
3.  Ədalət  mühakiməsi  vətəndaşların  qanun  və  məhkəmə  qarşısında 
bərabərliyi əsasında həyata keçirilir. 
4.  Bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır. 
5.  Qanunda  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  cinayət  işlərinin 
qiyabi məhkəmə icraatına yol verilmir. 
6.  Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. 
7.  Məhkəmə  icraatının  istənilən  mərhələsində  hər  kəsin  müdafiə  hüququ 
təmin olunur. 
8.  Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. 
9.  Azərbaycan 
Respublikasında 
məhkəmə 
icraatı 
Azərbaycan 
Respublikasının  dövlət  dilində  və  ya  müvafiq  yerin  əhalisinin  çoxluq 
təşkil edən hissəsinin dilində aparılır. 
KitabYurdu.az 
79
 

Azərbaycan  Respublikasında  qəbul  edilən  yeni  qanunvericilik  aktları  - 
Azərbaycan  Respublikası  Konstitusiyası,  1997-ci  il  10  iyun  tarixli  «Məhkəmələr 
və  hakimlər  haqqında»  qanun,  «Konstitusiya  Məhkəməsi  haqqında»1997-ci  il  21 
oktyabr  tarixli  və  2003-cü  il  23  dekabr  tarixli  qanunlar  Azərbaycan 
Respublikasında məhkəmə sisteminin yeni strukturunu müəyyən etdi. Hal-hazırda 
Azərbaycan Respublikasının məhkəmə sistemini şərti olaraq iki qrupa bölmək olar: 
a) konstitusiya nəzarəti funksiyasını həyata keçirən məhkəmə orqanı; 
b) ümumi məhkəmələr. 
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının məhkəmə sistemində 
yeni  bir  orqan  olmaqla  Azərbaycan Respublikası Konstitusiyası  və «Konstitusiya 
Məhkəməsi  haqqında»  23  dekabr  2003-cü  il  qanunu  ilə  onun  səlahiyyətinə  aid 
edilmiş  işlərə  baxır.  Bu  orqan  Azərbaycan  Respublikasının  ən  yuxarı  məhkəmə 
orqanıdır və əsas vəzifəsi Konstitusiyanın aliliyini təmin etməyə yönəlmişdir. 
Ümumi  məhkəmələrin  sistemi  və  səlahiyyəti  «Məhkəmələr  və  hakimlər 
haqqında»  qanunda  göstərilmişdir.  Qanunun  19-cu  maddəsinə  görə  Azərbaycan 
Respublikasında  ədalət  mühakiməsini  Azərbaycan  Respublikasının  məhkəmə 
sisteminə daxil olan aşağıdakı məhkəmələr həyata keçirir: 
-  rayon (şəhər) məhkəmələri; 
-  ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının məhkəməsi; 
-  hərbi məhkəmələr; 
-  ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi 
məhkəməsi; 
-  yerli iqtisad məhkəmələri; 
-  beynəlxalq müqavilələrdən  irəli  gələn mübahisələrə  dair Azərbaycan 
Respublikasının İqtisad Məhkəməsi; 
-  Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi; 
-  Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi; 
-  Azərbaycan Respublikasının İqtisad Məhkəməsi; 
-  Azərbaycan Respublikasının Ali Məhkəməsi. 
 
Həmin  maddəyə  müvafiq  olaraq  Azərbaycan  Respublikasının  məhkəmə 
sistemi daxilində qanunla müəyyən edilmiş qaydada digər məhkəmələr də yaradıla 
bilər.  Bütün  demokratik  konstitusiyalar  fövqəladə  məhkəmələrin  yaradılmasını 
qadağan  edir.  Təsadüfi  deyil  ki,  Azərbaycan  Respublikasının  Konstitusiyası  və 
«Məhkəmələr  və  hakimlər  haqqında»  qanuna  müvafiq  olaraq  fövqəladə 
məhkəmələrin  və  qanunla  nəzərdə  tutulmayan  qaydada  məhkəmənin  yaradılması 
qadağandır. 
9. Hakimlərin hüquqi statusu
 
Hər  bir  dövlətin  Konstitusiyasının  daha  çox  diqqət  yetirdiyi  məsələlərdən 
biri  məhkəmə  hakimiyyətini  həyata  keçirən  şəxslərin  -  hakimlərin  statusu  ilə 
bağlıdır.  «Məhkəmələr  və  hakimlər  haqqında»  qanunun  92-ci  maddəsinə  görə 
hakimlər  ədalət  mühakiməsini  həyata  keçirmək  üçün  qanunla  müəyyən  edilmiş 
səlahiyyətlərə malik şəxslərdir.
 
Hakimlərin  hüquqi  statusu  Konstitusiyada  və  qanunlarda  əks  olunmuş  bir 
sıra  prinsiplərlə  müəyyən  olunur.  Bu  prinsiplər  sırasına  aşağıdakılar  daxildir: 
KitabYurdu.az 
80
 

hakimlərin təyinatı,  hakimlərin dəyişilməzliyi, hakimlərin  müstəqilliyi, hakimliklə 
bir araya sığmayan fəaliyyətlə məşğul olmaması.
 
Azərbaycan  Respublikasının  qüvvədən  düşmüş  1981-ci  il  4  dekabr  tarixli 
«Azərbaycan SSR rayon (şəhər) xalq məhkəmələrinin seçkiləri haqqında» qanuna 
görə  rayon  (şəhər)  xalq  məhkəmələrinin  hakimləri  əhali  tərəfindən  seçilirdi. 
Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyasına görə yüksək məhkəmələr 
müvafiq  xalq  deputatları  sovetləri  tərəfindən  seçilirdi.  Bu  qayda  1990-cı  ilədək 
tətbiq olunmuşdur.
 
Hal-hazırda Azərbaycan Respublikasında hakimlər təyin olunurlar. Lakin bu 
təyinat  kortəbii  xarakter  daşımır  və  hakimliyə  namizədlərin  müsabiqədən 
keçməsini nəzərdə tutur. Bu müsabiqə isə iki pillədə həyata keçirilir. Birinci pillədə 
hakimlər  test  üsulu  ilə  yazılı  imtahandan  keçirlər.  İkinci  pillədə  isə  Məhkəmə-
Hüquq Şurasında hakimliyə namizədlərlə fərdi müsahibə aparılır. Qaydalara görə 
müsabiqəyə  30  yaşı  tamam  olmuş,  5  il  hüquq  ixtisası  üzrə  işləmiş  ali  təhsilli 
hüquqşünas, ikili vətəndaşlığı və digər dövlətlər qarşısında öhdəliyi olmayan, heç 
bir siyasi fəaliyyət ilə məşğul olmayan, fiziki və psixi qüsurları olmayan, məhkum 
olunmamış şəxslər buraxılırlar.
 
Bundan sonra hakim vəzifəsinə müvafiq sayda namizəd təyin edilmək üçün 
Azərbaycan  Respublikası  Prezidentinə  təqdim  edilir.  Azərbaycan  Respublikası 
Prezidenti  isə  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi,  Azərbaycan 
Respublikası  Ali  Məhkəməsi  və  Azərbaycan  Respublikası  Apelyasiya 
məhkəmələrinin  hakimlərini  təyin  etmək  üçün  Azərbaycan  Respublikası  Milli 
Məclisinə  təqdimat  verir.  Azərbaycan  Respublikasının  digər  məhkəmələrinin 
hakimlərini  isə  Azərbaycan  Respublikası  Prezidenti  təyin  edir.  Naxçıvan  MR 
məhkəmələrinə  hakim  vəzifəsinə  namizədlərin  seçilməsində  Naxçıvan  MR  Ali 
Məclisinin  sədri  iştirak  edir.  Azərbaycan  Respublikasında  Azərbaycan 
Respublikası  Konstitusiya  Məhkəməsi  hakimləri  15  il,  Azərbaycan  Respublikası 
Ali  Məhkəməsi,  Azərbaycan  Respublikası  Iqtisad  Məhkəməsi,  Azərbaycan 
Respublikası Apelyasiya Məhkəməsi, Naxçıvan MR Ali Məhkəməsi hakimləri 10 
il, digər məhkəmələrin hakimləri isə 5 il müddətinə təyin edilirlər.
 
Müasir  dövrün  konstitusiyalarının  hakimlərin  statusu  ilə  bağlı  nəzərdə 
tutduğu  mühüm  prinsip  hakimlərin  dəyişilməzliyidir.  Azərbaycan  Respublikası 
Konstitusiyasının  127-ci  və  «Məhkəmələr  və  hakimlər  haqqında»  qanunun  97-ci 
maddəsinə  görə  hakimlər  səlahiyyət  müddətində  dəyişilməzdirlər.  Bu  prinsipə 
uyğun  olaraq  hakim  vəzifəsinə  təyin  olunmuş  şəxslər  qanunla  nəzərdə  tutulmuş 
əsaslar  istisna  olmaqla  özlərinin  razılığı  olmadan  vəzifədən  kənarlaşdırıla,  daha 
yüksək və ya daha aşağı vəzifəyə təyin oluna bilməzlər.
 
Qərb  doktrinasında  və  təcrübəsində  dəyişilməzlik  prinsipinə  hakimlərin 
müstəqilliyini  təmin  edən  mühüm  faktor  kimi  baxılır.  Hakimlərin  müstəqilliyi 
konstitusion  prinsiplər  içərisində  hakimlərin  statusunu  müəyyən  edən  ən  mühüm 
prinsipdir.
 
Azərbaycan  Respublikası  Konstitusiyasının  127-ci  və  «Məhkəmələr  və 
hakimlər  haqqında»  qanunun  100-cü  maddəsinə  görə  hakimlər  müstəqildirlər  və 
yalnız  Azərbaycan  Respublikası  Konstitusiyasına  və  qanunlarına  tabedirlər. 
Qanunun  100-cü  maddəsinə  görə  hakimlərin  müstəqilliyi  onların  səlahiyyəti 
KitabYurdu.az 
81
 

dövründə  siyasətsizləşdirilməsi,  dəyişilməzliyi  və  toxunulmazlığı  ilə,  vəzifəyə 
təyin  olunmasının,  məsuliyyətə  cəlb  edilməsinin,  səlahiyyətlərinə  xitam 
verilməsinin  və  vəzifədən  kənarlaşdırılmasının  məhdudlaşdırılması  ilə,  məhkəmə 
hakimiyyətinin  müstəqil  fəaliyyət  göstərməsi  və  ədalət  mühakiməsinin  qanunda 
nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə məhkəmə icraatına hər hansı şəxs 
tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, 
hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara 
vəzifələrinə uyğun sosial təminatlar verilir.
 
Hakimlərin  statusunu  müəyyən  edən  mühüm  prinsiplərdən  biri  hakim 
vəzifəsi  ilə  bir  araya  sığmayan  fəaliyyətlə  məşğul  olmamaq  hesab  olunur. 
Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinə görə hakimlər heç bir 
başqa  seçkili  və  təyinatlı  vəzifə  tuta  bilməzlər,  elmi,  pedaqoji  və  yaradıcılıq 
fəaliyyətindən başqa heç bir sahibkarlıq,
 
kommersiya və digər ödənişli fəaliyyətlə 
məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv 
ola  bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə 
görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
 
Konstitusiyada  hakimlərin  statusunu  müəyyən  edən  digər  mühüm  prinsip 
məhkəmə  immunitetidir.
 
Məhkəmə  immuniteti  dedikdə,  məhkəmə  hakimiyyətini 
həyata keçirən vəzifəli şəxslərin - hakimlərin toxunulmazlığı və məsuliyyətə cəlb 
edilməsinin  qanunla  nəzərdə  tutulmuş  xüsusi  qaydada  həyata  keçirilməsi  başa 
düşülür.
 
Azərbaycan  Respublikası  Konstitusiyasının  128-ci  və  «Məhkəmələr  və 
hakimlər  haqqında»  qanunun  101-ci  maddəsinə  görə  hakimlər  toxunulmazdır. 
Hakimlərin  toxunulmazlığı  həmçinin,  onların  mənzillərinə,  xidməti  otaqlarına, 
nəqliyyat  və  rabitə  vasitələrinə,  poçt,  teleqraf  yazışmalarına,  şəxsi  əmlakına  və 
sənədlərinə də şamil olunur.
 
Hakim cinayət məsuliyyətinə cəlb oluna, tutula, həbs edilə bilməz, onların 
barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, onlar 
axtarışa, şəxsi müayinəyə və gətirilməyə məruz qala bilməzlər. Cinayət törətməkdə 
şübhə  edilən  şəxs  qismində  saxlanılmış  hakim  şəxsiyyəti  müəyyənləşdirildikdən 
sonra  dərhal azad edilməli, bu barədə Azərbaycan  Respublikası Baş  prokuroruna 
dərhal yazılı məlumat verilməlidir. Əgər hakimlərin əməllərində cinayət tərkibinin 
əlamətləri  olduqda  onlar  vəzifədən  kənarlaşdırıla  bilərlər.  Hakimlərin  vəzifədən 
kənarlaşdırılması  təşəbbüsü  ilə  Azərbaycan  Respublikası  Prezidenti  Azərbaycan 
Respublikası  Ali  Məhkəməsinin  rəyi  əsasında  Azərbaycan  Respublikası  Milli 
Məclisi  qarşısında  məsələ  qaldıra  bilər.  Hakimlər  vəzifədən  kənarlaşdırıldıqdan 
sonra  Ali  Məhkəmənin  razılığı  və  Azərbaycan  Respublikası  Baş  prokurorunun 
qərarına əsasən, cinayət məsuliyyətinə cəlb edilə və həbs oluna bilər. 
 
 
10. Azərbaycan  Respublikasının  məhkəmə  sistemi:  məhkəmə  müdafiə 
hüququ və məhkəmə üsulunun formaları. 
Konstitusiya  hər  kəsin  hüquq  və  azadlıqlarının  məhkəmədə  müdafiəsinə 
təminat  verir.  Azərbaycan  Respublikası  Konstitusiyasının  60-cı  maddəsinin  II 
hissəsinə  əsasən  hər  kəs  dövlət  orqanlarının,  siyasi  partiyaların,  həmkarlar 
KitabYurdu.az 
82
 

ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən 
(yaxud  hərəkətsizliyindən)  məhkəməyə  şikayət  edə  bilər.  Hər  kəsin  onun  işinə 
qanunla  müəyyən  edilmiş  məhkəmədə  baxılması  hüququ  vardır  (Azərbaycan 
Respublikası Konstitusiyası, maddə 62).
 
Hal-hazırda  Azərbaycan  Respublikasında  həyata  keçirilən  məhkəmə  hüquq 
islahatları vətəndaşların məhkəmə müdafiə hüququnun genişlənməsinə səbəb oldu. 
Bu islahatların mühüm cəhətlərindən biri də xalq iclasçıları (şeffenlər) institutunun 
ləğv edilməsi və andlı iclasçılar institutunun qanunvericiliyə gətirilməsi oldu.
 
Vətəndaşların ədalət mühakiməsinin həyata keçirilməsində iştirakının andlı 
iclasçılar forması şeffenlər formasından daha çox demokratikliyi ilə fərqlənir. Belə 
ki, şeffenlər sistemində xalq iclasçıları cinayət və mülki işlərin bütün məsələlərini 
andlılar  məhkəmələrində  olduğu  kimi  müstəqil  deyil,  peşəkar  hakimlərlə  bir 
kollegiyada  həll  edirdilər.  Bununla  da  onlar  peşəkar  hakimlərin  təsirilə  öz 
müstəqilliklərini itirir, faktiki olaraq dekorativ rol oynayırdılar.
 
Azərbaycan Respublikası Cinayət  Prosessual  Məcəlləsinin 359-cu maddəsi 
konkret  işlərə  hansı  hallarda  andlılar  məhkəmələrində  baxılmasını  müəyyən  edir. 
Həmin  maddəyə  görə  hakim  aşağıdakı  hallarda  andlı  iclasçıların  iştirakı  ilə 
məhkəmə baxışını təyin edir:
 
1.  Təqsirləndirilən  şəxsin  məhkəməyə  verildiyi  cinayətə  görə  cinayət 
qanununun  norması  ilə  ömürlük  azadlıqdan  məhrumetmə  növündə 
cəzanın təyin edilməsi imkanı nəzərdə tutulduqda; 
2.  Xüsusi  təhlükəli  cinayətə  görə  məhkəməyə  verilmiş  təqsirləndirilən 
şəxslərdən heç olmasa biri ona elan edilmiş ittihamla məhkəmədə andlı 
iclasçıların iştirakı ilə baxılması haqqında arzusunu bildirdikdə. 
Beləliklə,  andlılar  məhkəmələri  Azərbaycan  Respublikasında,  ABŞ, 
İngiltərə  və  s.  ölkələrdə  olduğu  kimi  çox  geniş  deyil,  məhdud  şəkildə  tətbiq 
edilməsi nəzərdə tutulur ki, bunu da məqsədə müvafiq saymaq olar. Çünki, yalnız 
xüsusilə,  ağır  cinayətlərdə  ittiham  edilən  şəxslərə  münasibətdə  andlılar 
məhkəmələrinin  tətbiq  olunmasını  onunla  izah  etmək  olar  ki,  bu  zaman  həmin 
şəxslərin həyatı həll olunur. Ona görə də belə məsələni 1 və ya 3 hakimə deyil, xalq 
içərisindən  seçilmiş  və  öz  vicdanının  səsinə  qulaq  asan  12  üzvə  həvalə  edilməsi 
daha məqsədə müvafiq olardı.
 
Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin I hissəsinə 
görə  məhkəmə  hakimiyyətini  ədalət  mühakiməsi  yolu  ilə  məhkəmələr  həyata 
keçirir. Həmin maddənin III hissəsinə görə isə məhkəmə hakimiyyəti konstitusiya, 
mülki  və  cinayət  məhkəmə  icraatı  vasitəsilə  və  qanunla  nəzərdə  tutulmuş  digər 
vasitələr ilə həyata keçirilir.
 
Göründüyü kimi konstitusiya icraatı ədalət mühakiməsinin bir forması kimi 
qəbul edilir və Konstitusiya Məhkəməsi tərəfindən həyata keçirilir.
 
Hüquq  ədəbiyyatında  ədalət  mühakiməsinə  verilən  anlayış  əsasında 
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  ədalət  mühakiməsini  həyata 
keçirməsini təsdiqləmək olar:
 
1.  Ədalət  mühakiməsi  məhkəmələr  tərəfindən  həyata  keçirilir.  Azərbaycan 
Respublikasının  Konstitusiya  Məhkəməsi  də  Azərbaycan  Respublikası  məhkəmə 
sisteminə daxil olan ali instansiyadır. 
KitabYurdu.az 
83
 

2.  Ədalət  mühakiməsi  məhkəmə  iclaslarında  həyata  keçirilir.  Azərbaycan 
Respublikası  Konstitusiya  Məhkəməsi  də  onun  səlahiyyətinə  aid  edilmiş  işlərə 
məhkəmə iclaslarında baxır. 
3.  Ədalət  mühakiməsi  Azərbaycan  Respublikası  Konstitusiyasında  və  digər 
qanunvericilik  aktlarında  müəyyən  edilmiş  demokratik  prinsiplər  əsasında  həyata 
keçirilir.  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  də  öz  fəaliyyətini 
Azərbaycan  Respublikası  Konstitusiyasında  və  «Konstitusiya  Məhkəməsi 
haqqında»  qanunun  15  -  19-cu  və  25  -  29-cu  maddələrində  nəzərdə  tutulmuş 
prinsiplər əsasında həyata keçirir. 
4.  Ədalət  mühakiməsi  qanunla  müəyyən  edilmiş  prosessual  qaydada  həyata 
keçirilir.  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  də  Konstitusiya 
icraatını  «Konstitusiya  Məhkəməsi  haqqında»  qanunda  müəyyən  edilmiş 
prosessual qaydada həyata keçirir. 
«Konstitusiya  Məhkəməsi  haqqında»  qanunun  40-cı  maddəsinə  görə 
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsində  icraat  aşağıdakı  2  üsulla 
həyata keçirilir:  
a) Konstitusiya məhkəmə icraatı;
 
b) xüsusi Konstitusiya icraatı.
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baxılan Konstitusiya 
işləri  üzrə  konstitusiya  məhkəmə  icraatı  aşağıdakı  növlərdə  həyata  keçirilir: 
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-6-cı 
və  8-ci  bəndlərində  nəzərdə  tutulmuş  məsələlərin  həlli  üçün  verilmiş  sorğularla 
əlaqədar  işlərin  icraatı;  qanunverici,  icra  və  məhkəmə  hakimiyyəti  orqanları 
arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrlə əlaqədar sorğular üzrə işlərin 
icraatı.
 
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsində  baxılan  konstitusiya 
işləri  üzrə  xüsusi  konstitusiya  icraatı  aşağıdakı  növlərdə  həyata  keçirilir: 
Azərbaycan  Respublikası  Konstitusiyasını  və  qanunlarının  şərh  edilməsi  üçün 
verilən  sorğularla  əlaqədar  işlərin  icraatı;  Azərbaycan  Respublikası  Prezidentinin 
səhhətinə  görə  öz  səlahiyyətlərini  icra  etmək  qabiliyyətini,  tamamilə,  itirdiyi 
barədə  məlumatı  aydınlaşdırmaq  üçün  Azərbaycan  Respublikasının  Milli 
Məclisinin  müraciəti  ilə  əlaqədar  işlərin  icraatı;  Azərbaycan  Respublikası 
Prezidentinin  istefa  ərizəsinə  baxılması  ilə  əlaqədar  işlərin  icraatı;  Azərbaycan 
Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması məsələsi ilə əlaqədar işlərin 
icraatı;  Azərbaycan  Respublikasının  Milli  Məclisi  deputatları  seçkilərinin 
nəticələrinin  yoxlanılması  və  təsdiqi  ilə  əlaqədar  işlərin  icraatı;  yeni  seçilmiş 
Azərbaycan Respublikasının Milli Məclisinin ilk iclasının keçirilməsi vaxtının təyin 
edilməsi ilə əlaqədar olan işlərin icraatı; Azərbaycan Respublikası Milli Məclisinin 
və  ya  Azərbaycan  Respublikası  Prezidentinin  Azərbaycan  Respublikası 
Konstitusiyasının  mətnində  dəyişikliklər  edilməsi  haqqında  təkliflərinə  dair 
Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  rəyinin  çıxarılması  ilə 
əlaqədar işlərin icraatı.
 
Azərbaycan  Respublikası  Cinayət  Prosessual  Məcəlləsinin  66  maddəsinə 
görə ədalət mühakiməsinin bir forması olan cinayət mühakimə icraatını aşağıdakı 
məhkəmələr  həyata  keçirir:  rayon  (şəhər)  məhkəmələri,  hərbi  məhkəmələr,  ağır 
KitabYurdu.az 
84
 

cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan  Respublikası  məhkəməsi,  ağır  cinayətlərə 
dair  işlər  üzrə  Azərbaycan  Respublikası  hərbi  məhkəməsi,  Naxçıvan  Muxtar 
Respublikası  Ali  Məhkəməsi,  Azərbaycan  Respublikası  Apelyasiya  Məhkəməsi, 
Azərbaycan Respublikası Ali Məhkəməsi.
 
Azərbaycan  Respublikasında  ümumi  və  ixtisaslaşdırılmış  məhkəmələrin 
icraatına  aid  edilən  mülki,  cinayət  və  digər  işlər  üzrə  ali  məhkəmə  orqanı 
Azərbaycan  Respublikasının  Ali  Məhkəməsidir.  O,  qanunla  müəyyən  edilmiş 
prosessual  qaydalarda  ümumi  və  ixtisaslaşdırılmış  məhkəmələrin  işinə  nəzarəti 
həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
 
11.   Azərbaycan Respublikası Prokurorluğu. 
Azərbaycan  Respublikasında  məhkəmə  hakimiyyəti  sisteminə  daxil  olan 
prokurorluq 
orqanlarının 
dövlət 
hakimiyyəti 
sistemində 
yerinin 
müəyyənləşdirilməsi aktual məsələlərdən biridir.
 
1995-ci  ildə  Azərbaycan  Respublikası  Konstitusiyası  qəbul  edilərkən 
Konstitusiyaya  prokurorluğun  məhkəmə  hakimiyyəti  sistemində  statusunu 
müəyyən  edən  bir  maddə  daxil  edildi  (maddə  133).  Həmin  maddəyə  əsasən, 
Azərbaycan  Respublikası  Prokurorluğu  qanunla  nəzərdə  tutulmuş  qaydada 
qanunların  icra  və  tətbiq  olunmasına  nəzarət  edir,  qanunla  nəzərdə  tutulmuş 
hallarda  cinayət  işləri  başlayır  və  istintaq  aparır,  məhkəmədə  dövlət  ittihamını 
müdafiə  edir,  məhkəmədə  iddia  qaldırır,  məhkəmə  qərarlarından  protest  verir. 
Lakin  Konstitusiyada  prokurorluğun  nəzərdə  tutulmuş  səlahiyyətləri  içərisində 
əsas məsələ qanunların icra və tətbiq olunmasına nəzarətin «həcmində» idi. Xarici 
ekspertlər hesab edirlər ki, nəzarətin bu cür həyata keçirilməsinin və ümumiyyətlə, 
bu  səlahiyyətin  bütövlükdə  əvvəlki  siyasi  və  sosial  sistemdən  götürülməsinin 
demokratik inkişaf meylləri ilə uzlaşmadığından Konstitusiyada nəzərdə tutulması 
məqsədə müvafiq deyil.
 
1999-cu  il  7  dekabrda  qəbul  edilmiş  «Prokurorluq  haqqında»  Azərbaycan 
Respublikası  qanunu  bu  məsələyə  aydınlıq  gətirdi.  Həmin  qanun  prokurorluğun 
sosializm  dövründən  qalmış  nəzarətini  əlindən  alaraq,  prokurorluğun  nəzarət 
funksiyasını  yalnız  təhqiqat  və  əməliyyat-axtarış  orqanlarının  fəaliyyətində 
qanunların  icra  və  tətbiq  olunmasına  nəzarətlə  məhdudlaşdırdı.  Beləliklə, 
prokurorluğun «nəzarət hakimiyyətinə» son qoyuldu.
 
Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu 
məhkəmə  hakimiyyəti  sisteminə  daxil  olmaqla  ərazi  və  ixtisaslaşdırılmış 
prokurorluqların  Azərbaycan  Respublikası  Baş  prokurorun  tabeliyinə  əsaslanan 
vahid mərkəzləşdirilmiş orqandır.
 
Azərbaycan Respublikasının Prokurorluğu sisteminə daxildir:
 
-  Azərbaycan Respublikasının Baş Prokurorluğu; 
-  Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; 
-  Naxçıvan Muxtar Respublikasının Prokurorluğu; 
-  rayon (şəhər) prokurorluqları; 
-  hərbi və nəqliyyat ixtisaslaşdırılmış prokurorluqları; 
-  tədris-elm  müəssisələri,  mətbuat  orqanları,  mətbəə,  sosial  məişət, 
təsərrüfat təyinatlı digər qurumlar. 
Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin