KitabYurdu.az
22
11) Hüquq pozuntusunun hansı əlamətləri vardır?
12) Hüquq pozuntusunun növləri haqqında nə bilirsiniz?
13) Hüquqi məsuliyyət nə ilə xarakterizə olunur?
14) Hüquqi məsuliyyətin əsas növləri haqqında danışın.
Mövzu 3.
HÜQUQ SiSTEMiNiN KONSTiTUSiYA ƏSASLARI
P L A N
1. Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı və sosial-iqtisadi
mahiyyəti.
2. Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri.
3. Azərbaycan dövlətinin konstitusiya statusu.
4. İnsan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri.
5. İnsan və vətəndaşın əsas hüquq və azadlıqlarının təsnifatı: şəxsi, siyasi,
sosial-iqtisadi və mədəni hüquqlar.
6. Azərbaycan Respublikası vətəndaşlığı .
7. Qeyri-hökumət təşkilatlarının (İctimai birliklərin) hüquqi statusunun
əsasları.
1
. Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı və sosial-iqtisadi
mahiyyəti.
Konstitusiya anlayışı latın dilində olan «constitucio» sözündən olub hərfi
mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Etimoloji
baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator
hakimiyyətinin ayrı-ayrı aktlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta
əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan aktlar da sözün hərfi
mənasına uyğun olaraq bu cür adlandırılmışdır.
Dövlətin əsas qanunu kimi müasir anlamda konstitusiyanın meydana
gəlməsi burjua dövlətinin yaranması ilə əlaqədardır.
İlk yazılı Konstitusiya (yəni, daxili struktura malik vahid, əsas qanun) kimi
1787-ci ildə qəbul edilmiş və bu günə qədər fəaliyyət göstərən ABŞ-ın
Konstitusiyasının adını çəkmək olar. Avropada ilk yazılı konstitusiyalar 1791-ci il
Polşa və Fransa Konstitusiyaları olmuşdur.
Konstitusiya dövlətin ali qanunu kimi bir sıra özünəməxsus xüsusiyyətlərə
malikdir:
KitabYurdu.az
23
1. Konstitusiyanın xüsusi subyekt - xalq tərəfindən qəbul edilməsi. Qeyd
etmək lazımdır ki, konstitusiya digər üsullarla da qəbul olunur. Konstitusiya xalq
tərəfindən qəbul olunsa da, bəzən yuxarıdan (mütləq monarxiyalarda) bir növ
bağışlanılır. Lakin bu istisnadır və demokratik konstitusiyalar üçün xarakterik
deyildir.
2. Dövlət və cəmiyyətin Əsas Qanunu kimi Konstitusiya başqa
qanunlardan fərqli olaraq təsisedici, birbaşa xarakter daşıyır. O, ictimai
münasibətlərin geniş dairəsini, bunlardan bütün cəmiyyət üzvlərinin, bütün
vətəndaşların köklü maraqlarmı əhatə edən daha vaciblilərini tənzimləyir.
Konstitusiya dövlətin konstitusiya quruluşunu, insan və vətəndaşın başlıca hüquq,
azadlıq və vəzifələrini, dövlətin ictimai-iqtisadi əsaslarını, onun milli-ərazi
quruluşunu, dövlət hakimiyyəti və yerli özünüidarəetmə sistemini təsbit edir,
hüquq qaydasının və qanunçuluğun əsaslarmı müəyyən edir. Ona görə də
konstitusiya normaları dövlət orqanları, siyasi partiyalar, ictimai təşkilatlar,
vəzifəli şəxslər və vətəndaşların fəaliyyəti üçün əsasdır. Konstitusiya normaları
bütün başqa hüquq normalarına münasibətdə daha yüksək hüquqi qüvvəyə
malikdir.
3. Konstitusion
nizamasalmanın
hərtərəfliliyi.
Göstərildiyi
kimi,
Konstitusiya çox geniş və mürəkkəb olan sosial-siyasi sistemin əsaslarını
müəyyənləşdirir. Aydındır ki, bir sahəni əhatə etməklə konstitusiya bütün sistemi
müəyyən edə bilməz. Onun bir norması bəzən bir neçə sahə üçün çıxış nöqtəsi
rolunu oynayır. Məsələn, mülkiyyət hüququ bütün iqtisadi sistem üçün müstəsna
əhəmiyyətə malik olmaqla onun çıxış nöqtəsini təşkil edir. Seçki sistemi siyasi
sistemin əsasını təşkil edən çox mühüm elementlərdən biridir. Elə buna görə də
konstitusion normalar bir çox hallarda konkret olmur və aid olduğu məsələnin ən
əsas tərəflərini müəyyən edir.
4. Konstitusiya, artıq qeyd edildiyi kimi, bütün hüquq sisteminin başlanğıcı
kimi, hüququn əsas mənbəyidir. O, cari qanunvericilik üçün hüquqi bazadır və
onun xarakterini müəyyən edir. Cari qanunvericilik Konstitusiyanın müddəalarını
inkişaf etdirir. Bəzi hallarda Konstitusiyada bu və ya digər qanunun qəbul edilməsi
haqqında göstəriş olur (məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 142-
ci maddəsində göstərilir ki, bələdiyyələrə seçkilərin qaydaları qanunla müəyyən
olunur). Qanunvericiliyin hüquqi bazası kimi Konstitusiya bütün hüquq məkanında
əsas mərkəzdir. O, bütünlükdə hüququn inkişafında uzlaşmaya və hüququn
sistemləşdirilməsinə kömək edir.
5. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Əsas Qanun kimi
Konstitusiyanın aliliyi onda təzahür edir ki, bütün qanunlar və dövlət orqanlarının
digər aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyaya ciddi
və dəqiq riayət etmək bütün dövlət orqanları, ictimai birliklər, bütün vətəndaşlar
üçün ən ali davranış normasıdır.
6. Konstitusiyanın yuxarıda göstərilən xüsusiyyətlərindən doğan ayrıca
hüquqi xassələri də mövcuddur. Bunlara legitimlik, reallıq və stabillik xassələri
aiddir.
Konstitusiyanın legitimliyi dedikdə aşağıdakılar nəzərdə tutulur:
1. Konstitusiyanın xalq tərəfindən seçilmiş ali nümayəndəli hakimiyyət
orqanı tərəfindən qəbul edilməsi.
KitabYurdu.az
24
2. Ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi
(Azərbaycan Respublikasının Konstitusiyası).
3. Xüsusi təsis yığıncağı tərəfindən qəbul edilməsi.
Konstitusiyanın reallıq xassəsinə aşağıdakılar daxildir:
1. Konstitusiya müddəalarının nizama saldığı ictimai münasibətlərin
xarakterinə uyğun gəlməsi.
2. Konkret tarixi şəraitdə tarixi, siyasi, etnoqrafik, iqtisadi xüsusiyyətlərin
nəzərə alınması.
3. Konstitusiya müddəalarının sosial nəticələrini əvvəlcədən
görmək (məqsəd və nəticə).
4. Konstitusiyanın real təminat verməsi.
Qeyd etdiyimiz kimi, Konstitusiyanın hüquqi xassələrindən biri də onun
stabilliyidir. Konstitusiya uzun müddət üçün nəzərdə tutulan normativ hüquqi
sənəd olduğuna görə o, konstitusion tənzimləmənin obyekti olan ictimai
münasibətlərə məqsədyönlü təsir etməlidir. Bunun üçün cəmiyyətdə aşağıdakı
şərtlərin olması zəruridir:
1. Qanunçuluq rejiminə ciddi əməl olunmalıdır.
2. Hər hansı hüquq pozuntusuna qarşı dözümsüzlük tərbiyə edilməlidir.
3. Konstitusiyanın səmərəli müdafiə mexanizmi olmalıdır.
Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan və bir tərəfdən
insan və cəmiyyət arasında, digər tərəfdən isə insan və dövlət arasında
münasibətlərin əsaslarını nizamlayan hüquq normaları sistemidir. Bu hüquq
normaları bir və ya bir neçə normativ hüquqi aktda - əsas qanunlarda cəmlənə
bilər. Həmin normalar çoxsaylı normativ hüquqi aktlardan, eləcə də məhkəmə
presedentlərindən və konstitusiya adətlərindən ibarət ola bilər.
Konstitusiya maddi mənada özündə yazılı aktı, aktlar məcmusunu və yaxud
Konstitusiya adətlərini təcəssüm etdirir. Bu da ilk növbədə insan və vətəndaş
hüquq və azadlıqlarını bəyan edir və onlara təminat verir, eləcə də konstitusiya
quruluşunun əsaslarını, idarəetmə formasını və ərazi quruluşunu, mərkəzi və yerli
hakimiyyət orqanlarının təşkili əsaslarını, onların səlahiyyətlərini və qarşılıqlı
münasibətlərini, dövlət rəmzlərini və ölkənin paytaxtmı müəyyən edir.
Lakin maddi mənada «konstitusiya» termini az işlədilir. Əksər hallarda
Konstitusiya barədə formal mənada, yəni digər qanunlara münasibətdə ali hüquqi
qüvvəyə malik olan qanun və ya qanunlar toplusu kimi danışılır. Belə olan halda
Konstitusiya bir növ qanunların ən ali səviyyəsinə yüksəlir. Konstitusiya adi
qanunların dərc olunduğu qaydada dəyişdirilə bilməz, əksinə, ona uyğun gəlməyən
qanunlar və digər normativ hüquqi aktların özündə müvafiq dəyişikliklərin
edilməsini tələb edir.
Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın
dövlətçilik iradəsini, suverenliyi ifadə etdirən cəmiyyətin də əsas qanunudur.
Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıqlarını, hakimiyyətin
ictimai-siyasi institutlarını və xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş
cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir.
Konstitusiyanı cəmiyyətin mikromodeli, hüquqi nişanı kimi təsəvvür etmək olar.
Məhz onun hüdudlarında və əsasında dövlət hakimiyyəti mexanizmi fəaliyyət
göstərir, vətəndaşların hüquq və azadlıqları müdafiə olunur, ictimai inkişafın
KitabYurdu.az
25
sahələri qabaqcadan müəyyənləşdirilir.
Konstitusiya müxtəlif funksiyalara malikdir. Onun əsas funksiyası hüquqi
funksiyadır. O, nə qədər müxtəlif sosial hadisələrlə əlaqədar olsa da, konstitusiya
hüquq normaları sistemidir və bütün hüquq sisteminə xas olan tənzimləmə,
qoruma funksiyalarını yerinə yetirir. O həm də qanunvericilik sistemində bütün
digər normaların keyfiyyət və xarakterinin müəyyən edilməsi üçün başqa heç bir
hüquqi aktın malik olmadığı funksiyanı - hüquq normalarının hüquqauyğunluğunun
qiymətləndirilməsi, müəyyənləşdirilməsi funksiyasını yerinə yetirir.
Konstitusiyanın ikinci funksiyası onun sosial funksiyasıdır. Konstitusiya
ölkədəki sosial təbəqələrin ortaq mənafe və maraqlarını aşkara çıxarır. O, sosial
sistemin başlıca ünsürlərini bir-birilə əlaqələndirir və onlara hüquq çərçivəsində
davranış imkanı verir, onları təşkilatlandırır. Ailə, din kimi sosial təsisatlara, atalıq,
analıq kimi sosial dəyərlərə təsir göstərərək, bütün sosial sistemdə mövcud
münasibətlərə təsir edir və yeni dəyərlərin formalaşması üçün zəmin yaradır.
Konstitusiya sosial sistemin sabitliyini təmin edir, onun inkişafının ümumi
əsaslarını müəyyənləşdirir. Təhsil, elm kimi sosial sistemin yaşamasına birbaşa
təsir göstərən ünsürlərə təsir etməklə konstitusiya bu sistemin həyati əhəmiyyətli
maraqlarının müdafiəsini öz üzərinə götürmüş olur.
Üçüncü funksiya ölkənin siyasi sistemi ilə bağlı olan siyasi funksiyadır.
Konstitusiyanın bu funksiyası hakimiyyətin təşkili və dövlətin əsasları ilə birbaşa
bağlıdır. Konstitusiya fərdlərin siyasi sistemdə, siyasi durumda davranış
qaydalarını müəyyən edir, siyasi qüvvələrin hakimiyyəti əldə etməsinin sivil forma
və üsullarını təsbit edir və nəhayət, siyasi partiyaların təşkili və fəaliyyətinin
hüquqi əsasını formalaşdırır. Siyasi sistemə giriş-çıxış birbaşa konstitusiyadan
asılıdır desək, yəqin ki, yanılmarıq. Siyasi sistemin əsas «oyun qaydaları» burada
müəyyənləşdirilir. Məhz konstitusion normalar bütün siyasi qüvvələr üçün ümumi
imperativlər müəyyən edir və siyasi sistemdə bu imperativlərə riayət olunmasına
nəzarət edir (siyasi partiyaların fəaliyyətinin Konstitusiya Məhkəməsi tərəfindən
qiymətləndirilməsi buna misal ola bilər).
Dördüncü funksiya tərbiyəvi funksiyadır. Bu funksiya, hər şeydən əvvəl, hər
bir insanda konstitusiyaya, qanunlara, insan və vətəndaşın hüquq və azadlıqlarına
və dövlətə hörmət ruhu aşılayır. O eyni zamanda müəyyən dünyagörüşünü ifadə
edir.
Tərbiyəvi funksiya həm də insan - cəmiyyət - dövlət münasibətlərinin
qarşılıqlı əlaqəsini və onların məsuliyyətini müəyyən etməkdə böyük rol oynayır.
Konstitusiyanın hüquqi qüvvəsi məsələsi son illər konstitusiya hüquq
elmində aktiv müzakirə olunan məsələlərdən biridir. Bu ondan irəli gəlir ki,
konstitusiyanın hüquqi qüvvəsi onun xüsusiyyətlərinə görə digər aktların hüquqi
qüvvəsindən fərqlənir. Hüquqi aktların qüvvəsi onların nəyə və necə, hansı dairədə
tətbiq olunmasını ifadə edir. Hüquq normaları bir sistem olduğuna görə onların
tətbiqi və hüquqi qüvvəsi də bir-birindən asılıdır. Elə buna görə də hüquqda
birbaşa hüquqi qüvvə və dolayı hüquqi qüvvə anlayışları vardır. Bir qayda olaraq,
aktlar birbaşa hüquqi qüvvəyə malikdir. Birbaşa hüquqi qüvvə onu ifadə edir ki,
aktın nəzərdə tutulmuş fakta tətbiqi üçün başqa bir akta ehtiyacı yoxdur və özü
konkret hala təsir edə bilər. Başqa sözlə, birbaşa hüquqi qüvvədə hüquqi
nizamasalma, sadəcə, aktın öz gücü, öz imkanları hesabına həyata keçirilir. Dolayı
hüquqi qüvvə isə, əksinə, onu ifadə edir ki, aktın nəzərdə tutulmuş konkret hala
KitabYurdu.az
26
tətbiqi üçün başqa hüquqi akt da olmalıdır və həmin akt olmadan onun tətbiqi
qeyri-mümkündür. Burada aktın realizə olunması bir başqa aktla şərtləndiyinə görə
ona dolayı hüquqi qüvvə deyilir. Dolayı hüquqi qüvvəsi olan akt ortaya çıxmış
konkret halı tənzimləmək üçün bir başqa aktın olmasını tələb edir. Lakin burada
aktın dolayı hüquqi qüvvəsi ilə fərdi hüquqi tənzimləmənı qarışdırmaq olmaz.
Ümumiyyətlə, bütün hüquq sistemi reallığa iki cür təsir edir: 1) normativ
nizamasalma; 2) fərdi hüquqi nizamasalma. Fərdi hüquqi nizamasalma hüququn
tətbiqi prosesinə aid olub, aktın hüquqi qüvvəsindən asılı deyil və bir çox hallarda
tətbiq olunur. Fərdi hüquqi nizamasalma mərkəzləşdirilmiş qaydada, yalnız dövlət
orqanları tərəfindən həyata keçirilə və ya fərdlərin özləri tərəfindən realizə oluna
bilər. Məsələn, əmək müqaviləsi, mülki müqavilə fərdlərin özləri tərəfindən həyata
keçirilən fərdi hüquqi nizamasalma vasitəsidir. Fərdi hüquqi nizamasalma vasitəsi
qanunun tələblərini reallığa çevirmək üçün baş vermiş faktı incəliklərinə qədər
tənzim edən hüququn tətbiqi mərhələsidir. İstənilən məhkəmə qərarı, hökmü fərdi
hüquqi tənzimləmə vasitəsidir. Dolayı hüquqi qüvvəyə malik olan aktın realizə
olunmaq üçün fərdi hüquqi nizamasalmaya deyil, normativ hüquqi nizamasalmaya
ehtiyacı olur. Başqa sözlə, dolayı hüquqi qüvvəyə malik aktın - qanunun tətbiq
olunması üçün sərəncam, əmr verilməmişdən əvvəl (fərdi hüquqi nizamasalma
vasitəsi) mütləq başqa bir normativ hüquqi akt verilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə görə,
konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə
malikdir. Bu o deməkdir ki, heç bir akt konstitusiyaya zidd ola bilməz və
konstitusion müddəalar birbaşa praktikada tətbiq edilir. Yəni hər hansı qanunun
olub-olmamasından asılı olmayaraq, vətəndaş konstitusion normaların realizə
edilməsini tələb edə bilər.
Konstitusiyanın əsas normaları birbaşa tətbiq olunmaq imkanına malikdir.
Burada isə əsas problemlərdən biri norma-prinsiplərin birbaşa təsbit olunmasıdır.
Konstitusiyanın birbaşa tətbiqində məhkəmə hakimiyyətinin rolu xüsusilə
yüksəkdir. Məhz məhkəmə pozulmuş hüquq və azadlıqları müdafiə edir və
hüququn tətbiqi ilə də ən çox elə o məşğuldur.
Hər bir Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan əsas qanun kimi
özünün hüquqi mahiyyəti ilə bərabər, sosial-siyasi mahiyyətə də malikdir. Bu da
ondan ibarətdir ki, Konstitusiya qəbul olunduğu zaman özündə mövcud olan siyasi
qüvvələrin nisbətini təcəssüm etdirir. Bu, necə deyərlər, cəmiyyətin müxtəlif
hissələrinin siyasi mənafelərinin razılaşdırıldığı ictimai müqavilədir (əlbəttə, bu
heç də hüquqi mənada müqavilə deyildir). Hər belə ictimai sinif, sosial təbəqə,
ərazi, milli və digər birliklər siyasi mübarizədə öz sosial mənafeyini müdafiə edir
və bu mübarizədə nail olduqları səviyyə Konstitusiyada öz əksini tapır. Belə razılıq
olmayan cəmiyyətdə hüquq qaydası mövcud ola bilməz.
Lakin sovet dövrünün dövlət hüququ elmi uzun illər ərzində
siyasiləşdirildiyindən və ideolojiləşdirildıyindən sovet və xarici ölkə
Konstitusiyalarının təhlilinə əsasən sinfi mövqedən yanaşaraq, onları sinfi
qüvvələrin nisbəti, sinfi-siyasi hökmranlığın aləti kimi səciyyələndirirdi. Belə
təhlildə sinfi mənafelər ümumxalq mənafeyini, milli mənafelər ümumbəşəri
mənafeyi üstələyirdi. Bu yanaşma marksizm-leninizm ideologiyasının əsaslarına
söykənirdi.
Azərbaycan Respublikası Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət
KitabYurdu.az
27
hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, Konstitusiya
quruluşuna sistemli baxışa əsas verir, dövlət institutları sistemində balans yaradır,
Konstitusiya quruluşunun sabitliyini təmin edir.
Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin təşkilini deyil,
həm də qeyri-dövlət sahələrini - sosial-iqtisadi quruluşun əsaslarını, cəmiyyətin
mədəni həyatını, insan və vətəndaşın hüquq, azadlıq və vəzifələrini əhatə edir.
Onun tənzimləyici rolu bütün dövlət orqanizminə aiddir. Odur ki, Azərbaycan
Respublikasının Konstitusiyası onun Konstitusiya quruluşunun əsaslarmı, insan və
vətəndaşın hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas cəhətlərini, unitar dövlət
quruluşunu, Azərbaycan Respublikasında qanunverici, icra və məhkəmə
hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin
əsaslarım təsbit edir.
Bu gün respublikamızın hüquqi dövlət quruculuğu yolunu tutması onun
sosial və mənəvi həyatımızda yeni, yüksək zirvələrə doğru irəliləməsindən xəbər
verir. Onun hüquq sistemi kompleks sosioloji tədqiqatların və digər işlərin həyata
keçirilməsini, iqtisadi və siyasi sistemin normal fəaliyyətinin hüquqi əsasının
analizini, müqayisəli-hüquqi xarakterli materiallardan istifadə olunmasını,
bütövlükdə qanunvericilik prosesinin öyrənilməsini, insan hüquqları və vətəndaş
azadlıqlarının real müdafiəsi üçün əsaslandırılmış tövsiyələrin işlənib
hazırlanmasını nəzərdə tutur.
Xalqın hakimiyyət və qanunların icrası üzərində nəzarətinə nail olması belə
bir fikir söyləməyə əsas verir ki, «müasir mədəni dövlət elə Konstitusiya
dövlətidir».
2
. Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri
Azərbaycan Respublikasının ilk Konstitusiyası 1921-ci il 29 mayda I
Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən qəbul edilmişdir. O,
Konstitusiyanın sosialist tipdə inkişafının başlanğıcını qoymuş, Azərbaycanın
sonrakı konstitusiyaları SSRİ konstitusiyalarına müvafiq olaraq qəbul edilməklə
bu qəbildən olan prinsipləri inkişaf etdirmişdir.
1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikamızda
baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937, 1978 və 1995-ci
illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir.
1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən
çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə
nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in
Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək
qüvvədə olmuşdur.
Konstitusiyanın inkişaf mərhələləri Azərbaycanın ictimai və dövlət
quruluşunda baş verən dəyişikliklərlə əlaqədardır. Konstitusiya dövrə uyğun
dövlətə, hüquqa, onların cəmiyyətdə roluna, iqtisadi və sosial siyasətə, sovet
adamının (belə adlandırılan) vəziyyətinə hakim baxışın izlərini özündə daşıyırdı.
Sosialist tipli konstitusiyalar kimi, Azərbaycan SSR-in bütün
konstitusiyalarına ümumi əlamətlər, cizgilər xasdır. Belə ki, 1921-ci il Azərbaycan
SSR Konstitusiyasının keçid dövrü üçün əsas vəzifəsi mülkədar, burjua
siniflərinin, insanın insan tərəfindən istismarının ləğv edilməsi və sosializmin
yaranması məqsədilə şəhər və kənd proletariatı, kasıb kəndlilərin diktaturasının
KitabYurdu.az
28
qurulması olmuşdur.
1978-ci il Azərbaycan SSR-in Konstitusiyası 1921, 1927 və 1937-ci illər
Azərbaycan SSR-in konstitusiyalarının varisi olduğunu təsdiq etdi. Onun
preambulasında ölkə həyatı üçün başlıca olan kommunizm ideyaları əks olunurdu.
Dövlətdə və cəmiyyətdə 1978-ci il Azərbaycan SSR Konstitusiyası və Sovet
İttifaqı Kommunist Partiyasının rəhbər rolunu möhkəmləndirdi. Azərbaycan SSR-
in iqtisadi sisteminin əsası kimi o dövlət (ümumxalq) və kolxoz-kooperativi
mülkiyyətini təsdiq etdi,
ciddi mərkəzləşməyə əsaslanan planlı təsərrüfatı iqtisadi
sistemin əsaslarından biri kimi təsbit etdi.
Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ölkədə baş
verən köklü ictimai-siyasi və iqtisadi dəyişikliklərin hüquqi cəhətdən təsbit
olunması zərurəti ilə şərtlənirdi.
1995-ci ilin yazında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə
Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi hazırlanmışdır. 1995-
ci ilin yayında Konstitusiya komissiyasının iclası çağırılmış və 1995-ci ilin
payızında Konstitusiya komissiyası Azərbaycan Respublikasının yeni
Konstitusiyasının layihəsi üzərində öz işini davam etdirərək, onu 1995-ci il noyabr
ayının 12-də ümumxalq səsverməsinə çıxarmışdı.
Yeni Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə
qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr
edildiyi andan qüvvəyə minmişdir. Konstitusiyalı quruluşun əsaslarını
möhkəmləndirərək, Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı -
respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət
kimi müəyyən edir. Konstitusiya özündə ümumbəşəri dəyərləri təsbit etməklə
aşağıdakı prinsipləri müəyyən etdi:
1. İnsan, onun hüquq və azadlıqları ali dəyərlərdir (insan və vətəndaşın
hüquq və azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi
dövlətin vəzifəsidir);
2. Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan
xalqıdır;
3. Sosial siyasət insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən
şəraitin yaranmasına istiqamətlənib;
4. Dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları eyni qaydada tanınır və
müdafiə olunur;
5. Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti
bölgüsü əsasında həyata keçirilir;
6. Yerli özünüidarəetmə demokratik hüquqi dövlətin əsas elementlərindən
biri kimi tanınır və ona təminat verilir;
7. İdeoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınır. Heç bir ideologiya
dövlət və ya məcburi xarakterli ola bilməz;
8. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr
onun qanunvericilik sisteminin tərkib hissəsidir.
Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa
təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur.
Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli aktlar
Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır (Azərbaycan
Respublikası Konstitusiyası, maddə 147).
Dostları ilə paylaş: |