56. Kəskin şüa xəstəliyinin əsasən toksiki-hipoksik ensefalopatiya sindromu ilə özünü göstərməsi hansı kliniki forma üçün xarakterikdir? A) damar-toksemik forması
B) beyin forması
C) bağırsaq forması
D) sümük iliyi forması
E) dəri forması
57. Kəskin şüa xəstəliyinin sümük iliyi formasının I ağırlıq (yüngül) dərəcəsi hansı dozada şüalanma nəticəsində inkişaf edir? A) 8-10 qrey (Qr)
B) 2-4 qrey (Qr)
C) 6-8 qrey (Qr)
D) 4-6 qrey (Qr)
E) 1-2 qrey (Qr)
58. Yaralılarda rast gəlinən hansı böyrək patologiyaları xüsusi müalicə olmadan keçib gedir? A) toksiki nefropatiya
B) kəskin böyrək çatışmazlığı
C) kəskin diffuz qlomerulonefrit
D) kəskin nefrit
E) kəskin pielonefrit
59. Beyin ödemləri zamanı onkotik təzyiqi qaldırmaq və dehidratasiyanı