gücləndirmək məqsədilə aşağıdakı preparatlardan hansı təyin edilməlidir? A) iri molekullu məhlullar
B) bütün sadalanan preparatlar
C) plazma və zülal preparatları
D) ilgək diuretikləri
E) osmotik diuretiklər
60. Kəskin şüa xəstəliyinin sümük iliyi formasının II mərhələsi (dövrü) necə adlanır? A) ümumi reaksiya mərhələsi
B) kliniki təzahürlər mərhələsi
C) nisbi sakitlik (gizli) mərhələsi
D) şiddətlənmə mərhələsi
E) çiçəklənmə mərhələsi
61. Toksiki-septik pnevmoniyalar üçün aşağıda göstərilən xüsusiyyətlərdən hansı xarakterikdir? A) retgenoloji miliar vərəmi xatırlatması
B) tək-tək böyük infiltrasiya ocaqlarının olması, onların öz aralarında birləşərək total
prosesə çevrilməsi
C) subfebril hərarətlə getməsi, qabarıq fizikal xarakterli dəyişikliklərlə biruzə verməsi
D) sadalanan xüsusiyyətlərin hamısı toksiki-septik pnevmoniyalar üçün xarakterikdir
E) fizikal xarakterli dəyişikliklərin qabarıq olması