178. Hansı halda perikardiosentez icra edilmir: A) İrinli effuziya
B) Perikardial effuziya ehtimalı
C) Massiv hemoperikardium
D) Hemodinamik əhəmiyyətsiz az miqdarda maye
E) Kardiak tamponada
179. Sistem xəstəliklər zamanı yaranan ekssudativ plevritlərə nə xarakterikdir: A) auskultasiya zamanı yaş xırıltılar
B) irinli ekssudativ maye
C) seroz ekssudativ mayenin tərkibində yüksək səviyyədə limfositlər və mezotelium
hüceyrələrinin olması
D) prosessin hər zaman ikitərəfli olması
E) antibakterial terapiya fonunda yaxşılaşma
180. Qayıdan perikarditlərdə seçim preparat: A) Yuxarıdakıların kombinasiyası
B) Antibiotik
C) QSİƏM
D) Kolxisin
E) Steroidlər
181. Aşağıdakılardan hansı elektroimpuls terapiya üçün göstəriş deyil? A) Aktiv revmatik prosesin olması
B) Mİ kəskin fazasında olan xəstələrdə paraksizmal taxikardiya
C) Mədəciklərin fibrilyasiyası
D) Mədəcik taxikardiyası
E) Bütün cavablar səhvdir