bayılma, fiziki yük zamanı yaranan və sakitlik vəziyyətində keçən döş sümüyünün arxasında ağrı, ürəkdöyünmə. Obyektiv: ürək tonları dəyişməyib, tez-tez rast gəlinən ekstrasistolalar, döş sümüyünün sol kənarında və zirvədə sistolik küy. EKQ göstəricilər: sol mədəcik miokardının hipertrofiyası, V3-V6 aparmalarındadərin mənfi T dişciyləri, mədəcik ekstrasistolaları. Diaqnozu dəqiqləşdirmək üçün müayinəni seçin: A) tredmil-test
B) EKQ sutkalıq monitorinqi
C) ExoKQ
D) koronaroangioqrafiya
E) FKQ
240. Mədəciklərarası defektin klinikası üçün xarakter deyil: A) kicik qan dövranının hipovolemiyası
B) Eyzenmenger sindromu
C) infeksion endokardit
D) defektin spontan bağlanması mümkünlüyü
E) ürək çatmamazlığı
241. Konstriktiv perikarditli xəstələrdə obyektiv müayinənin nəticəsi hansıdır? A) zirvə vurğusunun zəifləməsi
B) Stok yaxalığı
C) zirvədə sistolik küy
D) ürəyin bütün sərhədlərinin böyüməsi
E) ürək tonlarının güclənməsi