232. a-adrenoblakatorun hipotenziv terpiyada əsas çatışmazlıgı: A) bradikardiya
B) kalium mübadiləsinin pozulması
C) reflektor taxikardiya
D) dislipoproteidemiya
E) ortostatik hipotenziya
233. 30 yaşlı kişi ailədə cavan yaşlarda qəfil ölüm hadisələri olduğu üçün həkimə müayinə üçün müraciət etmişdir. ExoKQ: mədəcikarası çəpər divarının hipertrofiyası, çəpərarası divarın sol mədəciyin arxa divarının qalınlığına nisbəti 1,5- dən çoxdur, sol mədəcik boşluğunun kiçilməsi, mitral qapağın ön tayının sistolanın ortasında sistolik hərəkəti və onun mədəcikarası çəpərlə kontaktı. Təxmin olunan diaqnoz: A) obstruktiv hipertrofik kardiomiopatiya
B) idiopatik dilatasion kardiomiopatiya
C) idiopatik miokardit
D) konsentrik hipertrofik kardiomiopatiya
E) mitral qapağın ön tayının prolapsı
234. Xroniki ağciyər ürəyinin əsas səbəbi: A) xroniki obstruktiv bronxit
B) miokard infarktı
C) arterial hipertoniya II mərhələ
D) miokardit
E) arterial hipotoniya