42. Çoxmaşınlı-klaterli komplekslərin arxitekturası
Çoxmaşınlı hesablama sistemi. Burada hesablama sisteminə daxil
olan bir neçə prosessor ümumi əməli yaddaşa malik olmayıb hər birirnin öz
(lokal) əməli yaddaşı var. Çoxmaşınlı sistemdə hər kompyuter klassik
arxitekturaya malikdir və belə sistem kifayət qədər geniş tətbiq edilir. Lakin belə
hesablama sisteminin tətbiqindən alınan effekt yalnız olduqca xüsusi struktura
malik məsələləri həll etdikdə əldə oluna bilər. Sistemdə nə qədər kompyuter
varsa, məsələ o qədər sayda zəif əlaqəli altməsələlərə bölünməlidir.
Çoxprosessorlu və çoxmaşınlı hesablama sistemlərinin birprosessorlu sistemlər
qarşısında sürətə görə üstünlüyü aşkardır.
43. Çoxprosessorlu komplekslərin arxitekturası
təxminən bərabər xarakteristikalara malik iki və ya bir neçə birləşdirilmiş prosessorun bir, yaxud bir neçə prosesi (proqramı və ya komandalar toplusunu) birgə yerinə yetirməsi rejimi. Çoxprosessorlu emal zamanı hər bir prosessor fərqli komandalar yığını ilə (və ya eyni bir prosesin müxtəlif hissələri ilə) işləyir ki, bunun da məqsədi sürətin, yaxud hesablama imkanlarının artırılması, eləcə də paralel emal və soprosessorlardan istifadə olunmasıdır. Paralel emal zamanı bir sistem çərçivəsində bir neçə proses (növbəli deyil) eyni vaxtda yerinə yetirilir, soprosessor isə yüksək səmərəliliklə təkcə spesifik məsələləri emal edir. Ancaq bu anlayışlar çox dinamik dəyişir və xüsusən çoxprosessorlu emalla paralel emal arasındakı fərqlər bəzən yox olur.
Dostları ilə paylaş: |