-
Oğlanlar və qızların ali təhsil sisteminə
gəlməsinin gender tədqiqatı
Azərbaycan Respublikasının Konstitusiyasında hər bir vətəndaşın, ali təhsil daxil olmaqla, təhsilə hüququ var.
Bu tədqiqat Azərbaycanın təhsil, o cümlədən ali təhsil sistemində gender bərabərliyinin yaranması, formalaşması və ikişafına səbəb ola biləcək şəraitin təhlili cəhdidir. Respublikanın üç iri şəhərində – Bakıda, Naxçıvanda və Mingəçevirdə ali təhsil sisteminin qızları və oğlanları üçün əlçatanlığın gender aspekti nəzərdən keçirilmişdir; təhsil test üzrə qəbul imtahnlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ərizələrin verilməsi və 2000-2004-cü illər dövründə respublikanın ali məktəblərinə imtahaların verilməsi və qəbulu nəticələri üzrə aparılmışdır.
Tədqiqatın elmi-nəzəri əsaslarını gender problemləri ilə bağlı bir sıra alimlərin elmi yaradıcılığı, xarici və respublika konfranslar və seminarlarda məruzələri təşkil etmişdir. Bundan əlavə, buraya Dövlət Statistika Komitəsinin materialları, Tələbə qəbulu üzrə Dövlət komissiyasının 2000-2004-cü illər üzrə elmi-statistik hesabatları (“Abituriyent” jurnalının səhifələrində, bir də İnternet saytında yerləşdirilmiş məlumatlar) və qəbul imtahanları ilə bağlı aparılmış kollektiv tədqiqatın (M.M.Abbaszadə, T.A.Bədəlov, A.N.Bağırov, O.Y.Şelaginov. “2004-cü ilin qəbul imtahanlarının nəticələrinin gender aspekti”) materialları cəlb edilmişdir.
Bu tədqiqatda “gender” anlayışının məzmunu sosioloq C.Lorber tərəfnidən verilmiş təsnifatına uyğun qəbul edilmişdir: “gender – qadın və kişilərin arasında sosial münasibətlərin qaydalaşdırılmış modelidir; burada həm onların, ailədə şəxsiyyətlərarası ünsiyyəti və yaxud fəaliyyəti, həm də cəmiyyətin əsas sosial institutlarda onların sosial münasibətləri xarakterizə olunur” (Bax Lorber C. Cins-sosial kateqoriyadır // Tezislər. Qadın, kişi, ailə. M., 1994, №6, s.127-136).
Dövlət statistika komitəsinin 2004-cü ilin məlumatına uyğun, Azərbaycan Respublikasında əhalinin savadlığı səviyyəsi 1999-cu ildə 15 yaşdan yuxarı olan qızlarda və qadınlarda 98,2%, oğlanlarda və kişilərdə, müvafiq olaraq, 99,5% təşkil edirdi. Deməli, təhsil ilə bağlı Azərbaycanda gender bərabərsizliyi əhəmiyyətli dərəcədə mövcud deylidir. 2003/2004-cü ili əvvəli üçün ümumtəhsil məktəblərdə oxuyanların 48% qızlar və 52% oğlanlar idi.
Təhsildə bərabərliyin gender aspektinə səbəb ola biləcək şəraitin təhlili aparmaq üçün ümumtəhsil sistemində bütün tədris illərində şagirdlərin cins üzrə nisbətini aşağıdakı cədvəldə təsvir etmişik. Cədvəldə birinci sinfə qəbul olunanların sayı, 9 və 11 sinfi bitirənlərin sayı (min nəfər) göstərilmişdir:
Cədvəl 1
№
|
Tədris ili
|
I sinfə qəbul olunanların sayı
| Tədris ili |
IX sinfi bitirənlərin sayı
|
Tədris ili
|
XI sinfi bitirənləri sayı
|
1
|
1990/91
|
154055
|
1998/99
|
-
|
2000/01
|
102 354
|
2
|
1991/92
|
71794
|
1999/2000
|
132 816
|
2001/02
|
98255
|
3
|
1992/93
|
158167
|
2000/01
|
68788
|
2002/03
|
57258
|
4
|
1993/94
|
188994
|
2001/02
|
130659
|
2003/04
|
100968
|
5
|
1994/95
|
184692
|
2002/03
|
161401
|
2004/05
|
126427
|
Cədvəldən göründüyü kimi, burada müəyyən ildə qəbul olunanların sayı buraxılış ilə nisbətdə dəyişilir. Belə vəziyyətin səbəblərindən biri - Azərbaycan regionlarına erməni ölkənin səkkiz rayonunu işğalı nəticəsində dinc əhalinin, o cümlədən qadınların, uşaqların və qocaların öldürülməsi, qaçqı düşməsi, zəbt edilmiş torpaqlardan əhalinin külli miqdarda yerdəyişməsidir. Son illərdə, sosial-iqtisadi şəraiti üzündən qız uşaqlarının məktəbə davamiyyəti azalmışdır; erkə nigahlara daha tez-tez yol verilir; xüsusi olaraq, bu hal respublikamızın cənubi rayonları üçün xasdır. Şagirdlərin xeyli qismi 8-9 il məktəbdə oxuyandan sonra, öz təhsilini orta ixtisas təhsil müəssisələrində davam etdirirlər.
Bundan əlavə, 1991/92-ci tədris ilində orta ümumtəhsil məktəblərə həm 6, həm də 7 yaşlı uşaqlar qəbul olunmşudur. Sonradan 7 yaşında olan şagirdləri 3 il müddətdən sonra birbaşa 5-ci sinfə keçirirdilər; nəticədə 2001/02 tədris ilində ali məktəblərə sənədləri verənlərin sayı azalmışdır.
Qeyd edilənlərinə baxmayaraq, hər il TQDK tərəfindən aparılan elmi-statistik təhlilə əsasən, məlum olur ki, son illərdə ali məktəbə həm orta ümumtəhsil, həm də orta ixtisas tədris müəssisələrin məzunları tərəfnidən ərizə verənlərin sayı artır; aşağıdakı cədvəldə bunu aşkar şəkildə müşahidə etmək olur:
Dostları ilə paylaş: |