1 Hesablama maşınları, hesablama sistemləri və arxitektura anlayışı?


) Kompüterin yaranma tarixi və inkişaf mərhələləri



Yüklə 1,26 Mb.
səhifə41/44
tarix10.01.2022
ölçüsü1,26 Mb.
#51161
1   ...   36   37   38   39   40   41   42   43   44
Komputer Arxitekturası-Cavablar

55) Kompüterin yaranma tarixi və inkişaf mərhələləri

Birinci nəsil EHM-lər elektron lampalar üzərində yaradılmışdır və 1945-1950-

ci illəri əhatə edirlər. Bu tip maşınlar böyük ölçüyə, kiçik əməli yaddaşa, aşağı

hesablama məhsuldarlığına malik olub,

etibarlı işləmirdi və tez-tez sıradan çıxırdı. Bu nəsil EHM-lərə misal olaraq: “Ural”,

“Strela”, “Minsk -1” maşınlarını göstərə bilərik.İkinci nəsil EHM-də elektron lampalar yarımkeçirici elementlərlə-tranzistorlarla və diodlarla əvəz olundu.Bu nəsil EHM-lər daha yüksək hesablama

məhsuldarlığına (saniyədə milyon əməliyyat yerinə yetirirdi), əməli yaddaşa

malik oldular və onların ölçüləri hiss ediləcək dərəcədə kiçildi.Bu nəsil EHM-lərə misal olaraq “BESM”, “Minsk -22” və s. Misal göstərə bilərik.Üçüncü nəsil 1964-cü ildən başlayaraq inteqral sxemlərin əsasında qurulmuş hesablama maşınlarını üçüncü nəslə aid etmək olar. İnteqral sxemlərin

hesablama texnikasında istifadəsi hesablama maşınlarının ölçülərinin

kiçilməsinə, etibarlığının artmasına, tələb etdiyi enerjinin azalmasına və s. texniki

göstəricilərinin yaxşılaşdırılmasına səbəb oldu. Üçüncü nəsil EHM-in əsasında

tele-emal sistemlərinin yaradılmasını həyata keçirdilər. Bu isə uzaqda yerləşən

istifadəçilərin terminallar vasitəsi ilə EHM-lərə daxil olub, onlardan lazım olan

məlumatların oxunmasına imkan yaratdı.Dördüncü nəsil BU NƏSİL BİS lərin yaranması nəticəsində yarandı.bu nəsilə mikroEHM- (mikrokompüter)-i nümunə göstərmək olar.Beşinci nəsil Bu nəsil elektron hesablama maşınları keçən əsrin 90-cı illərində yaradılmışdır və təkmilləşdirilməkdə davam etdirilir. Beşinci nəsil hesablama maşınlarında biliklərin səmərəli işlənməsi sisteminin yaradılmasına imkan verən onlarla paralel işləyən mikroprosessorlardan, həmçinin eyni zamanda onlarla əmr

proqramlarını həyata keçirə bilən paralel (vektor) quruluşlu daha mürəkkəb

mikroprosessorlardan geniş istifadə edilmişdir.




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin