57. Əmrlər sisteminin arxitekturası
Arxitektura anlayışı geniş bir anlayış olub, sistemin komponentlərinin birləşmə konstruksiyasını ifadə edir.
"Əmrlər sisteminin arxitekturası" dedikdə, onun hesablama sistemi olaraq əsas hissələrinin fiziki və məntiqi baxımdan əlaqələndirilmə prinsipləri nəzərdə tutulur.
Əmrlər vasitəsilə kompüter
toplama
çıxma
vurma
bölmə
müqayisə
yaddaşa yazma
ədədi bir registrdən digərinə köçürmə və s.
kimi əməliyyatları yerinə yetirir.
58. Kompüterin əsas xarakteristika¬ları
Kompüterin əsas xarakteristikalarına işləmə sürəti, yaddaş tutumu, hesablama dəqiqliyi, əmrlər sistemi, qiyməti və iş etibarlılığıdaxildir.
Kompüterin işləmə sürəti prosessorun bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayı ilə təyin olunur.Məhsuldarlıq vahid zaman ərzində kompüterdə həll olunan məsələlərin orta sayı ilə təyin olunur. Yaddaş tutumu (həcmi) kompüterin yaddaşında saxlana bilən informasiyanın maksimum miqdarı ilə təyin olunur.Hesablama dəqiqliyi ədədlərin təsviri üçün istifadə olunan mərtəbələrin sayından asılıdır. Əmrlər sistemi — prosessorun yerinə yetirə bildiyi əmrlər toplusudur. Əmrlər sistemiprosessorun hansı əməliyyatları yerinə yetirdiyini, əmrdəki operandların sayını, əmrin formatını təyin edir.
Dostları ilə paylaş: |