6)F. Neyman hesablama maşınının struktur elementlərinini funksional sxemləri?
7) Hesab məntiq qurğusu?
Adından da göründüyü kimi hesabi və məntiqi emal üçün nəzərdə tutulur. Hesab məntiq qurğusu aşağıdakı qovşaqlardan ibarətdir: Əməliyyat bloku, operandlar registrləri, əlamətlər registri, akkumulyator. Bunları nəzərə alsaq HMQ-nin funksional sxemi belədir. Qeyd olunan qovşaqlara aydınlıq gətirək.
Əməliyyat bloku. Əməliyyat bloku HMQ-nin girişinə verilən operandların üzərində hesab və məntiq əməllərini yerin ə yetirən hissəsidir. Əməliyyat bloku üçün mümkün əməliyyatlar siyahısından konkret əməliyyatın seçilməsi əmrlər əməliyyatının kodu ilə təyin olunur. Hesablama maşınlarında əməliyyatın kodu bilavasitə əmrlər registrindən daxil olur.
Operandlar registrləri. RX və RY registrləri operandların əməliyyat blokunun girişində saxlanmasını əməliyyatın nəticəsinin alınmasına və yazılmasına qədər təmin edir.
Əlamətlər registri. Məntiqi yaxud hesabi əməliyyatların sonuncu nəticələrini xarakterizə edən əlamətlərin saxlanılması və qeyd edilməsi üçün əlamətlər registri nəzərdə tutulur. Belə əlamətlər nəticənin sıfra bərabər olması,nəticənin işarəsi, böyük mərtəbədən keçid baş verməsi, mərtəbə setkasının əlavə dolması və i.a haqqında məlumat verə bilər.
Akkumuliyator.Öhdəsinə olduqca müxtəlif funksiyalar qoyulan registrdir. Ona əvvəlcədən hesabi və məntiqi əməliyyatlarda iştirak edən operandlardan biri yüklənir. Akkumuliyatorda əvvəlki əmrin nəticəsi saxlana bilər və onun özünə növbəti əmrin nəticəsi yazılır. Akkumuliyator vasitəsi ilə tez-tez giriş-çıxış əməliyyatları da yerinə yetrilir.
Dostları ilə paylaş: |