1)Hesablama maşınları, hesablama sistemləri və arxitektura anlayışı?
I və II nəsil kompüterlərin aparat və proqram vasitələri bir-birindən asılı olmadan ayrı-ayrılıqda yaradılırdı. III nəsildən başlayaraq kompüterin aparat (hardware) və proqram (software) vasitələri vahid bir sistem kimi layihələndirilməyə başlandı.Və komputer arxitektura anlayışı yaranmağa başladı.
Kompüterin arxitekturası dedikdə, aparat-proqram vasitələrinin ümumi prinsipləri və müəyyən sinif məsələlərin həlli üçün onların funksional imkanlarını təyin edən xarakteristikaları başa düşülür.Kompüterin arxitekturası aparat və proqram vasitələri kompleksinin qurulması ilə bağlı aşağıdakı amilləri nəzərə alan məsələləri əhatə edir:
kompüterin qiyməti;
tətbiq sahəsi
funksional imkanları
istismarın asanlığı və s.
Dostları ilə paylaş: |