İKİ NÖQTƏ
1. Ümumiləşdirici sözdən sonra
2.“Məsələn” və onun ixtisar şəklindən (məs.:) sonra
3. Dialoqlarda
ÜÇ NÖQTƏ
1. Fikrin bitmədiyini bildirmək məqsədilə cümlənin sonunda qoyulur. Məs.;
1) Axşam...
Göy fikirli...
Dəniz nigaran... (N.Xəzri)
2. Yüksək hiss-həyəcanla deyilib özündən sonrakı sözdən müəyyən fasilə ilə ayrılan
xitabdan sonra. Məs.;
Ay Qurban... Nə deyim bircə səni bağrıma basaydım, ondan sonra ölsəydim də,
qəmim olmazdı (Ə.Haqverdiyev)
3. Dialoqlarda müsahib cavab vermədikdə. Məs.;
- Günah özündədir!...
- ...
- Əlbəttə, günah özündədir (M.Cəlal).
SUAL İŞARƏSİ.
Cavab almaq məqsədilə verilən sual cümləsinin sonunda qoyulur. MƏS:
Bu quş nə üçündür?
Danışıqda heç bir cavab tələb etməyən sual cümlələri də işlədilir. Bunlar ritorik
sual cümləsi adlanır. Məs.;
Alçalmısan, ucalmısan,
Ömür sürüb qocalmısan,
Nə vermisən, nə almısan,
O dövrandan, bu dövrandan? (R.Rza)
NİDA İŞARƏSİ.
1. Bu işarə nida cümlələrinin sonunda qoyulur. Məs.;
Bayatına yaslı şerim qoşulsun,
Sənin dərdin, mənim serim bir olsun! (Ə.Cavad)
Nida intonasiyası ilə deyilib təkid, alqış, razılıq, təşəkkür, buyuruq, çağırış və s.
bildirən əmr cümlələrindən sonra nida işarəsi qoyulur. Məs.;
Kəsin eyşi-nuşi, gələnlər, susun!
2. Xitablardan sonra. Məs.;
Gəl, ey boranlı qış, səpələn ey qar!
3. Bəli, xeyr, çox gözəl, yox kimi təsdiq və inkar sözlərindən sonra. Məs.;
1) Çox gözəl! Razıyam (nağıl. 2)Yox! Arvad, bu olan şey deyil.
Ədəbiyyat:
1. Z.İ.Budaqova. Azərbaycanda durğu işarələri. Bakı, 1977.
2. M.Həsənov. Durğu işarələri təliminin metodikası. Bakı, 1974.
3. Durğu işarələrinin işlədilməsi qaydaları. Bakı , 2011.
|