Mövzu :30 Söz,Mahiyyət,Şair və mütəfəkkilərin söz,kəlam ,dil haqqında
mühazirələri
Plan:
1.Şərq mütəfəkkilərin kəlamları
2.Qərb mütəfəkkilərin kəlamları
3.Ayrı –ayrı əsərlərdə kəlamlar və mülahizələr
Dil, nitq, söz haqqında görkəmli şəxsiyyətlərin fikirlərindən seçmələr
Müxtəlif səciyyəli insanların ürəyinə
nüfuz etməyi bacarmayan, onları həyəcana
gətirən və ya sakitləşdirməyin səbəblərini bilməyənlər öz
nitqləri ilə arzu etdikləri
məqsədə çata bilməzlər
(Siseron).
Ədibin əsası sözdür. Gözəl söz söyləməsini bilən şərəfə çatar (Ədib Əhməd Yüknəki).
Ürək bulud, sözüm inci, könülsə bir dərya
Dilim bu gövhərə çarçı, zəmanə isə bəha
Əbül-Üla Gəncəvi
Dilim qılınc, oxum isə səhər vaxtı çəkdiyim ah,
Sındıraram səflərini olsa da yüz eylə ləşkər.
Mücirəddin Beyləqani
Sözün kəsər və kəskinliyi qılıncA sirayət edərək onu itiləşdirmiş, materialını
saflaşdırmışdır (Xətib Təbrizi).
İztirab çəkən könüllər sözdən aram tutur.
Qətran Təbrizi
Bəzən dil sıyrılmış qılınca bənzər,
Ayıq ol, başını bədəndən üzər
. Xəqani
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə
?
Nizami
Artıq söz danışma, başı ağrıdar,
Hər deyilən sözə çıxma özündən,
Ötən bülbül olma məclisdə gəl sən.
Marağalı Əvhədi
Bu babda gərçi paz çoxdur,
Söz qapusu xatirə açuqdur.
Liykən qüləlüm muna qənaət,
Ta rəf olə işvəyi-şəfaət.
Məsihi
Bənd olmuşam şirin-şirin sözünə,
Sözləri qənd, ağızları piyalə,
Tutilər lal olur şirin dilindən
Vaqif
Acı sözdən öz dilini dişlərsən.
Saib Təbrizi
Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möhkəm bilin ki, bu qanunlar
sizin üçün müqəddəsdir (Bialo).
Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O,
eyni zamanda ana
dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir. Ana dili,
təbiəti ona heç bir
təbiətçinin izah edə bilmədiyi bir şəkildə izah edir; o, uşağı onu əhatə edən adamların
xarakteri ilə, içərisində yaşadığı cəmiyyətlə, onun tarixi ilə heç bir tarixçinin tanış edə
bilməyəcəyi bir tərzdə tanış edir; o, uşağı xalq poeziyasına heç bir bədiiyyatçının edə
bilməyəcəyi
bir tərzdə daxil edir; nəhayət, o, elə məntiqi anlayışlar və fəlsəfi görüşlər
verir ki, əlbəttə, bunu heç bir filosof uşağa verə bilməz (K.D.Uşinski).
İnsanlar nəyi hiss edir və başa düşürlərsə, onu ifadə edirlər, onlar yalnız özləri yaxşı
başa düşmədiklərini ifadə etməkdə söz tapa bilmirlər (V.Q.Belinski).
Nəyi dumanlı təsəvvür edirsənsə, onu dumanlı da ifadə edirsən. İfadələrin qeyri-
dəqiqliyi və dolaşıqlığı yalnız fuikirlərin dolaşıqlığını tədsiq edir (N.Q.Çernışevski).
İnsanın şərəfinin bir dəlili də nitqidir
(H.B.Zərdabi).
Danışdığı sözün qiymətini bilə,
Məcazi danışa, məcazi gülə
Kəlməsindən ləl, lövhər süzülə
Tamam sözü müəmmalı gərəkdir.
Aşıq Ələsgər
Cəbhədə qılınca, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır (M.S.Ordubadi).
Gəlib gedər yaxşılar da, yaman da
Qu tükündə, saman üstə yatan da
Aşıq Alı, nə qazandın cahanda,
Səndən qalan qatar-qatar söz oldu.
Aşıq Alı
Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan
Ucuz
söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan.
S.Vurğun
Dil könüllər fəth edən
Böyük insan gücüdür.
Dili qiymətdən salar