1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


Mövzu :30 Söz,Mahiyyət,Şair və mütəfəkkilərin söz,kəlam ,dil haqqında



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   54   55   56   57   58   59   60   61   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Mövzu :30 Söz,Mahiyyət,Şair və mütəfəkkilərin söz,kəlam ,dil haqqında
mühazirələri 
Plan: 
1.Şərq mütəfəkkilərin kəlamları 
2.Qərb mütəfəkkilərin kəlamları 
3.Ayrı –ayrı əsərlərdə kəlamlar və mülahizələr
Dil, nitq, söz haqqında görkəmli şəxsiyyətlərin fikirlərindən seçmələr
Müxtəlif səciyyəli insanların ürəyinə nüfuz etməyi bacarmayan, onları həyəcana 
gətirən və ya sakitləşdirməyin səbəblərini bilməyənlər öz nitqləri ilə arzu etdikləri 
məqsədə çata bilməzlər
(Siseron).
Ədibin əsası sözdür. Gözəl söz söyləməsini bilən şərəfə çatar (Ədib Əhməd Yüknəki).
Ürək bulud, sözüm inci, könülsə bir dərya 
Dilim bu gövhərə çarçı, zəmanə isə bəha 
Əbül-Üla Gəncəvi
Dilim qılınc, oxum isə səhər vaxtı çəkdiyim ah, 
Sındıraram səflərini olsa da yüz eylə ləşkər. 
Mücirəddin Beyləqani 
Sözün kəsər və kəskinliyi qılıncA sirayət edərək onu itiləşdirmiş, materialını 
saflaşdırmışdır (Xətib Təbrizi).
İztirab çəkən könüllər sözdən aram tutur. 
Qətran Təbrizi 
Bəzən dil sıyrılmış qılınca bənzər, 
Ayıq ol, başını bədəndən üzər
. Xəqani 


Sözün qanadları var, quş kimi incə-incə, 
Dünyada söz olmasa, nəyə gərək düşüncə
?
Nizami
Artıq söz danışma, başı ağrıdar, 
Hər deyilən sözə çıxma özündən, 
Ötən bülbül olma məclisdə gəl sən. 
Marağalı Əvhədi 
Bu babda gərçi paz çoxdur, 
Söz qapusu xatirə açuqdur. 
Liykən qüləlüm muna qənaət, 
Ta rəf olə işvəyi-şəfaət. 
Məsihi 
Bənd olmuşam şirin-şirin sözünə, 
Sözləri qənd, ağızları piyalə, 
Tutilər lal olur şirin dilindən
Vaqif 
Acı sözdən öz dilini dişlərsən.
 Saib Təbrizi
Dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möhkəm bilin ki, bu qanunlar 
sizin üçün müqəddəsdir (Bialo).
Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda ana 
dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir. Ana dili, təbiəti ona heç bir 
təbiətçinin izah edə bilmədiyi bir şəkildə izah edir; o, uşağı onu əhatə edən adamların 
xarakteri ilə, içərisində yaşadığı cəmiyyətlə, onun tarixi ilə heç bir tarixçinin tanış edə 
bilməyəcəyi bir tərzdə tanış edir; o, uşağı xalq poeziyasına heç bir bədiiyyatçının edə 


bilməyəcəyi bir tərzdə daxil edir; nəhayət, o, elə məntiqi anlayışlar və fəlsəfi görüşlər 
verir ki, əlbəttə, bunu heç bir filosof uşağa verə bilməz (K.D.Uşinski). 
İnsanlar nəyi hiss edir və başa düşürlərsə, onu ifadə edirlər, onlar yalnız özləri yaxşı 
başa düşmədiklərini ifadə etməkdə söz tapa bilmirlər (V.Q.Belinski).
Nəyi dumanlı təsəvvür edirsənsə, onu dumanlı da ifadə edirsən. İfadələrin qeyri-
dəqiqliyi və dolaşıqlığı yalnız fuikirlərin dolaşıqlığını tədsiq edir (N.Q.Çernışevski).
İnsanın şərəfinin bir dəlili də nitqidir 
(H.B.Zərdabi).
Danışdığı sözün qiymətini bilə, 
Məcazi danışa, məcazi gülə 
Kəlməsindən ləl, lövhər süzülə 
Tamam sözü müəmmalı gərəkdir. 
Aşıq Ələsgər
Cəbhədə qılınca, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır (M.S.Ordubadi). 
Gəlib gedər yaxşılar da, yaman da 
Qu tükündə, saman üstə yatan da 
Aşıq Alı, nə qazandın cahanda, 
Səndən qalan qatar-qatar söz oldu. 
Aşıq Alı 
Nahaq söz od vurar qəlbə, fəqət haq söz keçər daşdan 
Ucuz söz qan qaraldar ki, küsərsən dostla sirdaşdan. 
S.Vurğun
Dil könüllər fəth edən 
Böyük insan gücüdür. 
Dili qiymətdən salar 


Ucuz söz, hiylə, böhtan, 
Elə saxla dilini, 
Nə dil səndən utansın, 
Nə sən dildən utan. 
R.Rza
Söz qiymətli daşlar kimidir. Bu daşları yaxşı yonub cilalandırıb ən şərəfli sarayların 
mərmər divarlarını bəzəmək üçün işlədirlər (M.İbrahimov). 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin