1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   54   55   56   57   58   59   60   61   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

15. Əzizləmə, yalvarış məqsədilə
: “Canım qurban”, “baş üstə”, “Göz üstə yerin var”, 
“qurban olum”, “quzum”, “sonam”, “dilbərim”, “gözünü yeyim”, “ağrın alım”, “canım 
qurban”, “başına dönüm” və s. 
 16. Danışmağa başlamaq məqamında:
İcazənizlə fikrimi bildirim. Mənə söz verdiyiniz 
üçün minnətdaram. Məni dinlədiyiniz üçün təşəkkür edirəm və s.
17. Deyilənlərlə razılaşmaq, mübahisədən imtina etmək məqamında:
Bu məsələyə 
hazır deyiləm. Sizin fikrinizə şərikəm. Məsələ mənə aydındır. Bu barədə söhbət açmağa 
ehtiyac duymuram. 
 18. Məsləhət vermək məqamında: Bunları nəzərə alsanız yaxşı olar.
Bu sizin 
xeyrinizədir. Bu sizə başucalığı gətirər. Çalışın müsahibinizi axıra qədər dinləyə biləsiniz 
və s. 
 19. Məsləhəti qəbul etmək məqamında:
Dediklərinizlə razıyam. Bunlar mənim 
xeyrimədir. Faydalı məsləhətiniz üçün çox sağ olun. Sizin bu xeyirxah məsləhətinizi heç 
vaxt unutmaram. Sizin təklifinizi qəbul edirəm. Çalışacağam ki, dediklərinizə əməl edim. 
Sizin üçün bu işi etməyə çox şad olardım və s. 
 20. Telefonla danışanda; Zəng edəndə: 
Alo, sabahınız (axşamınız, hər vaxtınız) xeyir 
olsun. Bağışlayın, mən kiminlə danışıram? Sizi narahat edən Kamilədir. Bilmək 
istəyirəm... Fikrimi sizə çatdıra bildimmi? Çox sağ olun. Bağışlayın, vaxtınızı aldım. 
Deyəsən, sizi yordum. Təşəkkür edirəm. Minnətdaram. Zəngə cavab verəndə: Alo, 
salam, eşidirəm sizi. Buyurun. Zəhmət olmasa bir qədər ucadan danışın. Bağışlayın, 


zəng edən kimdir? Xoşdur. Bu saat çağıraram. Mütləq yetirərəm. Arxayın olun! Sağ 
olun!
21. Süfrə etiketləri: “
Bismillah”, “Bərəkətli olsun”, “Allah bol eləsin”, “Afiyət olsun”, 
“Nuş olsun”, “Buyurun”, “Çox sağ olun”. Şübhəsiz, mədəni nitqin etiketləri 
dediklərimizlə məhdudlaşmır. Dilimiz bu baxımdan olduqca zəngindir. 
Yuxarıda deyilənlərə yekun olaraq qeyd etməliyik ki, insanın etik, əxlaqi baxışları qısa 
zaman daxilində yaranıb formalaşmır. Bu, uzun sürən bir proses olub, ömrün bütün 
dövrlərini əhatə edir. Mədəni nitq, danışıq etikası, nəzakətli hərəkətlər hələ ibtidai 
siniflərdən şagirdlərə öyrədilməlidir. Bəzi xarici ölkələrin məktəblərində bu məqsədlə 
“Ünsiyyət mədəniyyəti” adlı xüsusi fənn tədris olunur. Bizim məktəblərdə də bu sahədə 
bütün təhsil müddətində iş aparılmalı, gələcəyin mühəndisi, həkimi, jurnalisti, 
hüquqşünası... öz fikrini düzgün, aydın, məntiqi, yığcam, səlis, ahəngdar, təsirli bir 
şəkildə, ən başlıcası, etik qaydaları gözləməklə ifadə etməyi bacarmalıdır. Bu baxımdan 
nitq mədəniyyətinin bütün ali məktəblərdə ayrıca fənn kimi tədris edilməsi 
məqsədəuyğun sayılmalıdır. Bu, ali təhsilli gənclərin həyata hazırlanmasının başlıca 
şərtlərindəndir.
Kütlələrin nitq mədəniyyətinə, nəzakətli davranışa yiyələnməsinə təsir 
göstərməkdə radio-televiziya verilişlərinin imkanları daha genişdir. Bu verilişlər mədəni 
nitqin mənimsədilməsində nümunə rolunu oynamalıdır. Dinlə-yicilər diktorların, 
aparıcıların, verilişə dəvət olunan ziyalıların etik normalara uyğun səslənən nitqini 
dinləyərək onun məziyyətlərini mənimsəyər, eşitdiklərini öz nitq təcrübəsinə tətbiq 
edər, lazımi məqamda işlədə bilirlər. Mətbuatda “Nitq mədəniyyəti”, “Nitq 
mədəniyyəti və mətbuat dili”, “Mədəni danışığa yiyələnək”, “Danışıq etikası”, “Biz 
düzmü danışırıq?” və s. mövzularda söhbətlərin, müzakirələrin aparılması, buraya 
görkəmli filoloqların, yazıçıların, pedaqoqların, səhnə ustalarının və başqalarının dəvət 
olunub onların mülahizə və təkliflərinin nəzərə alınması bu sahədəki qüsurların aradan 
qaldırılmasında faydalı ola bilər.
Biz tək-tək fərdlərin, ziyalıların, o cümlədən vəzifə sahiblərinin deyil, bütövlükdə 
cəmiyyətin etik mədəniyyətinin yüksəldilməsinə nail olmalıyıq. Nəzakət qaydalarının 
gözlənilməsi insanların cəmiyyətdə qarşılıqlı anlaşmasının, müsbət əhvali-ruhiyyə 
yaradılmasının ən mühüm şərtlərindəndir. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin