yürütmək tərzi
Plan:
1. Rəy söyləmək
2 .Münasibət bildirmək
3. Məsləhət vermək
4. Mühakimə yürütmək
İnsanlar istər yazılı, istərsə də şifahi formada başqasının fikrinə münasibət bildirir,
rəy söyləyirlər. Orta və ali məktəb praktikasında rəy söyləmək, münasibət bildirmək
məzmun və formasına görə müxtəlifdir, rəngarəngdir. Şagird danışığına, oxusuna, yazılı
işlərinə rəy vermək, ali məktəbdə tələbə nitqini məzmun və forma baxımından
qiymətləndirmək, yoxlama, kurs işi və sairəyə rəy vermək, başqasının nitqinə
münasibət bildirmək, istiqamət vermək və s. Bu iş ali məktəb həyatında açıq dərsləri
müzakirə etmək, elmi işlər, müdafiə olunacaq əsərlər barədə fikir söyləmək və s.
formalarda daha geniş bir şəkildə tətbiq olunur. Həm şifahi, həm də yazılı formada
verilən rəylər, söylənilən fikirlər fəaliyyət və işin məzmunundan, keyfiyyətindən, iş
görənin şəxsiyyətindən asılı olmayaraq bütün hallarda dilin etik ölçülərinə uyğun
olmalı, hissiyyata, mənliyə toxunan fikir və ifadələrə yol verilməməlidir. İstər şifahi,
istərsə də yazılı şəkildə rəy verilərkən, münasibət bildirilərkən “İş yararsızdır”,
“Tarixdən xəbəri yoxdur”, “Hətta sözləri sətirdən-sətrə keçirə bilmir”, “Boş və mənasız
fikirlərdir” və s. kimi ifadəılərin işlədilməsi məsləhət görülmür. Həmin fikirləri başqa
tərzdə, məsələn: “Təfərrüata yol verilmişdir”; “Bəzi fikirlər aydın deyildir”; “Bu barədə
daha əsaslı faktlar gətirmək olardı”; “Bir qədər səthilik nəzərə çarpır”; “Bu hissənin
yenidən işlənilməsi məsləhətdir” və s. kimi ifadə etmək olar və lazımdır.
Bəzi müəllimlərin şagird və tələbələrin cavabları barədə söylədikləri “Sən qanan şey
deyil”, “Savadsızın birisən”, “Sən bunları başa düşməzsən”, “Tupoysan”, “Dünyadan
xəbərin yoxdur”, “Əhsən sənin başına”, “Qorxuram ki, bu səndə alınmaya”, “Səndən
heç nə çıxmayacaq” və s. kimi təhqiranə, neqativ rəylərlə, replikalarla heç cür
razılaşmaq olmaz. Belə ifadələr şagird, tələbə və başqalarının şəxsiyyətini alçaldır, onu
qəlbən incidir, təhqir edir, öz gücünə inamını azaldır. Belələri cavab verməkdən, fikrini
bildirməkdən çəkinir, əksər hallarda susmağı üstün tuturlar.
Sorğular göstərmişdir ki, bu cür neqativ qiymətləndirmə (ustanovka) nəticəsində
adamların, xüsusən uşaq və gənclərin 90 faizində öz gücünə inamsızlıq yaranır.
Psixoanalitiklər təsdiqləmişdilər ki, istədiklərinə nail ola bilməyənlərin – uğursuzların
əksəriyyətinin şüurunda “açıq fraza” (“bu mənim işim deyil”, “bacarmaram”, “əlimdən
gəlməz” və s.) olur ki, onu valideynlər, müəllimlər yaradırlar. Bu qəbildən olanlar hər
hansı bir qərarı qəbul etmək istədikdə həmin fraza ona təsir göstərir, mane olur. Bu
baryeri dəf etmək az-az adamlara nəsib olur.
Müəllim özünün aqressiv replikası, mənfi rəyləri ilə zəif oxuyan, bəsit düşünən
şagirdin, tələbənin əl-qolunu sındırmamalıdır. Bunların əvəzində elə ifadələr işlədilməli,
qüsurlar elə bir tərzdə göstərilməli, nəzərə çarpdırılmalıdır ki, (məsələn, “Cavabın pis
deyil”, “İstəsən öyrənərsən”, “Bir az çox oxumaq, çalışmaq lazımdır”, “Bilmədiyin şeyi
danışma”, “Bir qədər ətraflı danışmağa çalış”, “Fikirlərini ümumiləşdir”, “Konkret
danışsan daha yaxşı olar” və s.) cavab verən razı qalsın, öz gücünə inamı artsın, onda
oxumağa, öyrənməyə, cavab verməyə, mübahisəli məsələlərin izahatında iştirak
etməyə səy yaransın. Belə bir humanistliyin müqabilində şagird və ya tələbə daxilən
razı qalır, müəllim onun nəzərində yüksəlir, özünü borclu sayan şagirdin (həm də
tələbənin) fəalliği nəzərə çarpacaq dərəcədə artır. Sədi demişkən:
Kimin olsa əgər bir şirin dili
Tük ilə çəkər o dalınca fili.
Dərin zəka və yüksək mədəniyyət sahibləri başqaları barədə, onların fəaliyyəti ilə
bağlı danışanda, yazılı və ya şifahi formalarda rəy söyləyəndə həmişə “yumşaq” sözlər,
ifadələr işlətməyə çalışırlar. Bu yumşaqlıq heç də qüsurların üstündən keçmək,
liberallıq göstərmək, kiməsə yaramaq mənasında başa düşülməməlidir. Burada
qüsurlar, çatışmazlıqlar göstərilir, amma bir qədər başqa tərzdə, haqqında danışılana
humanist mövqedən, xeyirxah bir məqsədlə müsahibi daha çox işlətməyə, oxumağa,
çalışmağa sövq etmək, həvəsləndirmək üçün münasib sözlər, ifadələr işlədilir.
Şirin, nəzakətli danışmaq Allahın, peyğəmbərin buyruğudur. Həzrət Əli Əleyhissalam
buyurur: “Qəzəblənməyin, simic olmayın, bərkdən salam verin, şirin danışın”.
İnsan heç bir zaman başqasının uğursuzluğuna biganə qalmamalıdır. Nəyəsə nail ola
bilməmək, ədalətsizliklə qarşılaşmaq, xəstəliyə düçar olmaq və s. nəticəsində insanlar
çox zaman sarsılır, bədbinləşir, çıxış yolunu tapa bilmirlər. Belə vəziyyətdə, kiçicik bir
diqqət – ürəkdən təəssüflənmək, bir-iki təskinedici söz, ifadə (məs.: “Onun fikrini
çəkməyin, düzələr”, “Hər şey yaxşı olacaq”, “Siz tezliklə sağalacaqsınız”, “Ümidinizi
üzməyin”, “Sizin haqlı olduğunuzu həyat özü göstərəcək” və s.) müsahibin keçirdiyi
gərginliyin azalmasına, daxilən sakitləşməsinə səbəb olur. Bəzən adamlar bir-biri ilə
görüşdükdə “Nə yaman qocalmısan?”, “Gözümə bir təhər dəyirsən”, “Niyə belə
arıqlamısan?”, “Xəstələnib eləməmisən ki?” kimi ifadələr işlədir və ya müsahibin
xəstəliyi, onun fəsadları barədə əhvalatlar danışılır ki, bunlar eşidənin durumuna mənfi
təsir edir, onun ovqatını korlayır. Bunun əvəzinə qohuma, dosta, tanışa rast gələrkən
“Çox yaxşısınız”, “Siz heç dəyişməmişsiniz”, “Siz həmişə olduğunuz kimi bu gün də şən
və gümrahsınız”, “Sizin xəstəliyiniz çox asan müalicə olunur”, “Sizin xəstəliyiniz
yüngüldür” və s. kimi ümidverici və təskinedici ifadələri işlətmək daha yaxşı olar.
Adamlar, ümumiyyətlə, hər hansı formada onlara əmr edilməsini o qədər də
xoşlamırlar. “Bu işi edin” və ya “Bu işi etməyin” əvəzinə “Bu barədə fikirləşin”, “Bu iş,
sizcə, bir nəticə verə bilərmi?” kimi ifadələr işlətmək daha yaxşı olar. Nitq praktikasında
müsahibə “Düzgün danışmırsan” kimi irad tutmaq məsləhət görülmür. Bunun əvəziə
“Yaxşı olar ki, bu haqda bir qədər düşünə idin”, “Fikrini başqa şəkildə necə ifadə edə
bilərsən?” və s. ifadələrdə qarşı tərəfə müəyyən istiqamət vermək olar. Bütün hallarda
hər hansı suala cavab verilməsi, tapşırığın yerinə yetirilməsi üçün adamlara imkan
yaratmaq lazımdır. Bu cür yanaşma qüsurların islahı işini xeyli asanlaşdırır, insanda öz
gücünə inam yaradır, o özünün başqaları, ümumiyyətlə, cəmiyyət üçün əhəmiyyətini
dərk edir.
Natiq mühakimə etmək, olanlara qiymət vermək bacarığına yiyələnməlidir. İnsan
təfəkkürünə, məntiqinə, reallığa əsaslanan mühakimənin digər sahələrdə olduğu kimi,
dil ünsiyyətində, adamların qarşılıqlı münasibətində, birbirini anlaması və hər hansı bir
fəaliyyətə cəlb olunmasında rolu olduqca böyükdür.
Mühakimə yürütmək baxımından insanları ümumi şəkildə də olsa bir neçə qrupa
ayırmaq olar. Birinci qrupa daxil olanlar hər hansı məsələ barəsində öz qəti fikrini
bildirir, heç bir həll variantı ilə razılaşmırlar. “Bunun çarəsi yoxdur”, “Belə işə girişmək
ağılsızlıqdır”, “Millətdən bundan artıq nə gözləmək olar”, “Torpaqlarımızı geri
qaytarmaq qeyri-mümkündür”, “Tələbəni kitab oxumağa alışdırmaq müşkül məsələdir”
və s. Bu cür şablon, avtoritar xarakterli mühakimə dinləyicini razı salmır, çox zaman
konfliktə gətirib çıxarır.
Mühakimənin irrasional xarakterli digər formasında danışan hər hansı bir məsələdə
özünü haqlı sayır, təqsiri başqasında görür: “Siz günahkarsınız?”, “Sizə görə biz geri
qaldıq”, “Mən bu barədə sizi xəbərdar etmişdim”, “Sizi cəzalandırmaq lazımdır” və s.
Belə yanaşmanın problemin həlli üçün heç bir əhəmiyyəti olmur. Bu nitq modelində
məqsəd başqasını günahlandırmaq və öz qüsurunu pərdələməkdir.
Başqa bir qrup insan danışarkən uğursuzluğa daha çox meyil edir və bəhs olunan
məsələ barədə belə ümumiləşmə aparır: “Mən bilirdim ki, heç nə alınmayacaq”,
“Mənimki həmişə gətirmir”, “Bunun başqa çarəsi yoxdur”, “Bunun axırı görünmür”,
“Mən bunun belə olacağına əvvəlcədən bilirdim” və s. Uğursuzluğu təlqin edən bu cür
mühakimə, nitq modeli dinləyicilərdə ümidsizlik yaradır, onları fəaliyyətsizliyə sövq
edir, əhval-ruhiyyəyə mənfi təsir göstərir. Əgər bu nitq modelini müəllim işlədirsə (“Sən
bunları bilməzsən”, “Sənin başın işləmir”, “Səndən heç nə olmayacaq” və s.) nəticə
daha ağır olur. Öyrənən ümidsizliyə qapılır, öz imkanına, gücünə inamını itirir,
oxumaqdan, öyrənməkdən birdəfəlik əl çəkir. Belə irrasional mühakimə kəskin,
aftoritar tonla müşaiyət edildikdə dinləyicidə (dinləyicilərdə) emosional gərginliyi daha
da artırır. Başqaları ilə ünsiyyətə girən hər hansı şəxs mühakimənin rasional
formalarından, uyarlı nitq modellərindən istifadə etməyə çalışmalıdır. “Mən istəyirəm”,
“Mən hesab edirəm”, “Mənə lazımdır”, “Bu mənim qəti fikrimdir”, “Ayrı cürə ola
bilməz” və s. kimi irrasional nitq modelləri əvəzinə, dinləyicini razı salan, onları
alternativ axtarmağa, öz fikir və rəyini bildirməyə sövq edən “Mən istərdim”, “Mən şad
olardım”, “Sizin rəyinizi bilmək istərdik”, “Özümüz fikirləşməli, bir yol tapmalıyıq”,
“Sizin fikrinizə şərikəm”, “Bu məsələdə özüm günahkaram, ona görə də səhvimi özüm
düzəltməliyəm”, “Belə də olur”, “İnanıram ki, yaxşı düşünsək, hər şeyi yoluna qoya
bilərik” və s. kimi modelləri işlətmək daha münasibdir, məqsədəuyğundur.
Natiqin, mühazirəçinin mühakimələrinin auditoriyada konfliktə, emosional
Dostları ilə paylaş: |