Mövzu:25 Sualvermə,söhbətəqoşulma.Nitqi dinləmə bacarığına yiyələnmə
Plan:
1.Sualların verilməsində nəzakət qaydaları
2.Cavabvermə
3.Nitqi dinləmə
4.Şad və ya bəd xəbərlərin dinlənilməsi
İctimai yerlərdə natiqə, ya da hər hansı bir adama söylənilən fikirlə bağlı
veriləcək suallar münasiblik, lazımlıq, aidlik və s. baxımından ölçülüb-biçilməli, götür-
qoy edilməlidir. Bəsit suallar onun sahibinin səviyyəsinin, dünyagörüşünün, bilik və
məlumatının səthiliyini büruzə verir. Sualı yenidən başqa cür təkrar etmək, deyilmiş və
hamıya aydın olan məsələ barədə sual vermək, mətləblə heç bir əlaqəsi olmayan bir
şeyi soruşmaq məsləhət görülmür. Rəsmi yerlərdə, verilişlərdə ənənəvi, bir növ
qəliblənmuiş , çeynənmiş suallar da dinləyiciləri təmin etmir.
Şübhəsiz ki, suallar (xüsusilə rəsmi yerlərdə, geniş auditoriyalarda, radio və
televiziya verilişlərində qoyulan suallar) ölçülüb-biçilməli, onların əhatəli, düşündürücü,
məntiqli, maraqlı olmasına diqqət yetirilməlidir.
Dostları ilə paylaş: