1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


Sualların verılməsində nəzakət qaydaları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   47   48   49   50   51   52   53   54   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Sualların verılməsində nəzakət qaydaları
gözlənilməlidir. Məhəmməd 
Peyğəmbərin kəlamlarından birində bu münasibətlə deyilir: “Qarşımızdakıların 
söhbətlərini diqqət və ciddiyyətlə dinləməliyik.. əgər bir toplantıda olduqda mövzunu 
düzgün və yaxşı anlamamışıqsa, qəlbə dəyməyən suallar verərək daha çox izah 
edilməsini rica etməliyik”.
Hər hansı bir məsələni araşdırmaq, öyrənmək, müsahibi söhbətə, dialoqa cəlb 
etmək məqsədilə belə ifadələri işlətmək daha münqasib olar: Zəhmət olmazsa, deyin 
görüm; Zəhmət olmazsa, başa salın; Deyə bilməzsiniz ki... Sizin fikrinizi bilmək olar?; 
Sizə zəhmət vermək istəyirəm; Sizə bir sual vermək olar? və s. Suala cavab aldıqdan 
sonra müsahibə razılıq əlaməti olaraq belə ifadələr işlədilə bilər: “Danışığınızdan 
məmnun oldum”. Çox sağ olun; Sizdən razı qaldım; Təşəkkürümü bildirirəm; 
Minnətdaram və s. kimi ifadələr işlədilməlidir.
Söhbət, məlumat, mühazirə və s. müsahibi qənaətləndirmirsə, qarşı tərəfə belə 
ifadələrlə müraciət etmək olar: Fikriniz aydın olmadı, xahiş edirəm, bir də təkrar edin; 
Zəhmət olmasa, nümunə göstərin; Bu məsələyə sizin şəxsi münasibətiniz necədir? Siz 
buna əminsinizmi?; Düşünmək lazımdır; Mən ayrı yolu seçərdim; Siz bu təklifə necə 
baxırsınız?; Siz yəqin ki, bu barədə maraqlanırsınız; Siz belə fikirləşmirsiniz ki?... 


Danışan sözünün axırında dinləyicilərə razılıq əlaməti olaraq belə ifadələrdən istifadə 
edə bilər: “Diqqətinizə görə təşəkkür edirəm”; “Sizi yordum, vaxtınızı aldım” və s.
Suallar xüsusi nəzakət və razılıqla qəbul edilməlidir. Bu, natiqin, müəllimin, suala 
cavab verən digər şəxsin mimikasında əks olunmalıdır. Verilən suala dərhal münasibət 
bildirilməlidir: “Sual yerində verilmişdir”. “Yaxşı sualdır”. “Mən bu sualı gözləyirdim”. 
“Düşünülmüş sualdır” və s.
Sual bəsit və məsələyə dəxli olmayanda və ya düzgün qurulmadıqda: “Bu nə 
sualdır?”. “Hələ sən onu da bilmirsən?”. “Belə də sual olar?”. “Vaxtımızı alırsan”. “Sual 
verəndə yaxşı-yaxşı fikirləşmək lazımdır. “Mane olmayın, imkan verin işləyək”. “Səni 
heç cür başa sala bilmərəm” kimi ifadələr işlətmək məsləhət deyildir. Bunun əvəzində 
“Gərək bu sualı belə qoyaydın”. “Bəlkə, soruşmaq istəyirsən?...”. “Bu sualı başqa 
şəkildə də vermək olar” və s. kimi ifadələrlə natiq qüsurlu və ya düzgün qoyulmayan 
suallara müəyyən təshihlər aparmalı, sonra onlara cavab verməlidir. 
Fikrin istənilən səviyyədə çatıb-çatmadığını müəyyənləşdirmək məqsədilə belə 
suallar verilə bilər. “Fikrimizi izah edə bildimmi?”. “Mənimlə razısanmı?”. “Bu barədə 
siz nə deyə bilərsiniz?”. “Deyəsən, fikrimi sizə çatdıra bilmədim?” və s. Ünsiyyət 
prosesində dinləyici hər hansı bir səbəbdən (başa düşmədiyini soruşmaq, nəyisə əlavə 
etmək, məsələyə münasibət bildirmək və s.) söhbətə qoşulmalı, müsahibinin danışığını 
kəsməli olur. Belə müdaxilə münasib məqamlarda, həm də müəyyən nəzakət 
dairəsincə edilməli, “Bağışlayın”, “Üzr istəyirəm”, “Sözünün arasında əzizlərin dursun”, 
“Sözünü oğlunun toyunda kəsim” və s. kimi ifadələrlə söhbətə müdaxilə edən 
üzrxahlığını bildirməlidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin