1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   48   49   50   51   52   53   54   55   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Cavabvermə
.İctimai yerlərdə, geniş auditoriyalarda natiqə, çıxış edən digərlərinə 
ünvanlanan suallar diqqətlə dinlənilməli, sualın müqabilində “Sizi başa düşdüm”, 
“Sualınız mənə aydındır”, “Aydındır”, “Çalışaram, məsələyə aydınlıq gətirəm”, 
“Sualınıza görə təşəkkür edirəm”, “Bu çox yaxşı və gərəkli sualdır”, “Çox yerində verilən 
bir sualdır” və s. kimi nəzakətli ifadələr işlədilməlidir. Cavabdan sonra qarşı tərəfin razı 
qalıb-qalmaması soruşulsa daha yaxşı olar. Bu məqsədlə belə ifadələr işlədilə bilər: 
“Razı qaldınızmı?”, “Cavabım sizi qane etdimi?”, “Deyilənlərə etirazınız yoxdur ki?”, 
“Sizi razı sala bildimmi?”, “Deyilənlərlə razısınızmı?”, “Razılaşmırınızsa nə üçün?”, 
“Bunu nə ilə izah edə bilərsiniz?” və s.
Cavab verilərkən bəzən etik normalardan uzaqlaşma halları da olur. Təktək olsa da 
kobud sözlər və ifadələr işlədilir: “Səni başa salmaq çətindir”, “Vaxtımı alırsan”, 
“Ürəyimi çəkirsən”, “Sən belə şeyləri başa düşməzsən” və s. Verilən sualın əvəzində 
“Zəhləmi tökmə”, “Başımı ağrıtma”, “Açıl başımdan”, “Mane olma”, “Vaxtımı alma” və 


s. kimi ifadələri işlədən adamlara, xüsusən müəllim və valideynlərə heç bir halda bəraət 
qazandırmaq olmaz. Cavab vermək bacarığı insanın əsas keyfiyyətlərindən biridir. 
Cavab verən təkcə bilik və məlumatını deyil, eyni zamanda, öz mədəni səviyyəsini də 
nümayiş etdirir. Danışan söhbət boyu dinləyicilərin istək və arzularını gözlərindən 
oxumalı, cavabları səmimiyyətlə qəbul etməli, bu zaman ifrat tərifə və ya məzəmmətə 
yol verməməlidir. Natiq suallara aydın, lakonik və müvafiq emosional çalarda cavab 
verməyi bacarmalıdır. İstər böyüklər, istərsə də kiçiklər cavablarda nəzakətli sözlər, 
ifadələr eşitdikdə, müəyyən ölçüdə nəvaziş hiss etdikdə razı qalır, məmnunluq 
duyurlar.
Nitqi dinləmə bacarığına yiyələnmək.
“Başqasını dinləməyi bacarmaq böyük 
məharət tələb edir. Səbrlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə dinləmək 
yüksək mədəniyyətin, nəzakətliliyin nəcib əxlaqın təzahürüdür”. (Bu keyfiyyət hər bir 
savadlı və mədəni adam, xüsusən natiq üçün olduqca vacibdir. “Dinləyə bilmək bacarığı 
yaxşı danışmaq bacarığına bərabərdir” (Ə.M.Bəhmənyar). Mustafa Kamal Atatürk 
analara müraciətlə deyirdi ki, ey ana, istəsən ki, övladın əsl vətənmdaş olsun, ona təkcə 
danışmağı deyil, dinləməyi də öyrət. Nitqi dinləmək bacarığına ictənilən səviyyədə 
sahib olmayan adamlarınbaşqasına qulaq asmağa səbri çatmır, yersiz replikalarla 
müsahibinin sözünü ağzında qoyur, başqaları ilə danışır, nə söylənilən fikri lazımi 
dərəcədə dərk edir, nə də digərlərinə bunun üçün imkan yaradır. Bir türk zərbi-
məsəlində deyilir ki, qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə 
axırıncı ol.
Təxmini statistikaya görə insan bir günlük vaxtının 30%-ni danışmağa, 45%-ni isə 
eşitməyə, dinləməyə sərf edir. Ünsiyyət zamanı ötürülən informasiyanın 60%-i eşitmə, 
dinləmə vərdişlərinin zəifliyi, mövzuun dinləyən üçün maraqsız olması və s. səbəbindən 
ya yarımçıq, ya da dolaşıq bir şəkildə qavranılır. Bunu nəzərə alıb düzgün danışmaqla 
yanaşı, nitqi qavrama vərdişlərinə də yiyələnmək lazımdır. Amerikanın məşhur 
teleaparıcısı Larrı Kinq qeyd edirdi ki, danışmaq qolf oynamaq və ya maşın sürmək 
kimidir. Bu sahədə nə qədər erkən və müntəzəm iş aparılsa insan ona, eləcə də eşitmə 
qabiliyyətinə daha mükəmməl şəkildə yiyələnə bilər.
Ünsiyyət prosesində dinləyici informasiyanı sadəcə olaraq qəbul etməməli, o, 
mimikası, jesti, replikaları və s. ilə müsahibinə həmrəy olduğunu və ya olmadığını, 
etirazını danışana anlatmalıdır. Bu cür əks-əlaqə nitqin təsirini duymaq, lazım gələrsə 
onun istiqamətini dəyişmək, söhbəti qısaltmaq və ya genişləndirmək və sairədə 
danışana kömək edir.
Müsahibin nitqi sona kimi səbrlə, təmkinlə dinlənilməlidir. Ona aşağıdakı hallarda 
müdaxilə edilə bilər:


1. Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda. Belə hallarda çox zaman 
dinləyicilər, “mətləbə gəl”, “əsas məsələdən danış” və s. kimi replikalarla danışanı 
istiqamətləndirirlər.
2. Məlum olan əşya və hadisə barədə danışıldıqda.
3. Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə.
4. Müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdir etməyə ehtiyac 
dujyulduqda.
5. Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda . 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin