1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


Mövzu:29 Mədəni nitqin etiketləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   54   55   56   57   58   59   60   61   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Mövzu:29 Mədəni nitqin etiketləri
Plan: 
1,Etiket haqqında 
2.Müraciət etiketləri 
3.Görüşmə etiketləri 
4.Təbrik etiketləri 
5.Vidalaşma etiketləri 
Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin 
işlətdiyi bir sıra ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismini mədəni 
danışığın etiketləri təşkil edir. Etiket fransızca etiquette sözündən olub mənası 
mərasim, təsrifat deməkdir. Vaxtilə monarx saraylarında, diplomatik dairələrdə və s. 
davranış qaydaları etiket adlanırdı. Hal-hazırda hər hansı bir cəmiyyətdə qəbul edilmiş 
davranış və nəzakət formalarına da etiket deyilir. Xalqımızın milli təfəkkürünə, 
etnoqrafiyasına, ənənələrinə uyğun işlənilən bu ifadələr, hazır nitq modelləri bütün 
hallarda adamları razı salır, onlarda xoş ovqat yaradır, müsahibin fəaliyyətini 
istiqamətləndirir, qarşılıqlı anlaşmanı təmin edir. Dilimiz belə ifadələrlə zəngindir. 
Adamların gündəlik nitq fəaliyyətində onların dünyagörüşü, savad dərəcəsi, dilə şüurlu 
münasibətindən irəli gələn rəngarəng ifadələr tez-tez işlədilir. 
Müxtəlif nitq situasiyalarında, ünsiyyətin bütün formalarında(məsələn, müraciət, 
görüşmə, ayrılma, yolasalma, təbrik, alqış, telefon danışığı və s.) işlədilən belə söz
ifadə və cümlələrdən, formullardan bir neçəsini nümunə göstərək. 
1. Kömək etmək, qulluq göstərmək məqsədilə
: İcazə verin kömək edim; Siz əziyyət 
çəkməyin, bunu mən edərəm; Qulluğunda olum; Sizə kömək etmək lazımdır?; Köməyə 
ehtiyacınız varmı?; Mən sizi eşidirəm; Cavab verməyə tələsməyin, bir qədər fikirləşin; 
Sizi narahat edən nədir?; Sizə nə kömək edə bilərəm?; Nə buyurursunuz? və s.
2. İş gördürmək, soruşmaq, üzrxahlıq etmək məqsədilə:
İnciməyin, sizə zəhmət 
verəcəyəm; əgər mümkünsə; zəhmət olmasa; Buyruq olmasın; vaxtınız varsa; imkanınız 
olsa; Sizə əziyyət olacaq; Sizi yormayım; Rica edirəm danışın; Lütfən söyləyin; Üzr 
istəyirəm; Əvvəlcədən minnətdarlığımı bildirirəm və s. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin