1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


Təvazökarlıq mədəni nitqin başlıca şərtlərindəndir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   52   53   54   55   56   57   58   59   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Təvazökarlıq mədəni nitqin başlıca şərtlərindəndir.
Adamlar öz şəxsiyyəti, fəaliyyəti 
barədə bu və ya digər məqsədlə başqalarına məlumat verməli, danışmalı olurlar. Nitq 
fəaliyyətinin bu formasında bəzən təvazökarlıqdan kənar işlənən söz və ifadələrə yol 
verilir. 
Böyük mesenant H.Z.Tağıyev olduqca sadə və təvazökar insan imiş. Onu yaxından 
tanıyan ingilis yazıçısı O.Nilin öz əsərlərinin birində yazırdı ki, Azərbaycan tarixində 
tanınmış simalardan olan H.Z.Tağıyev təbiətən az danışan olub. Özü haqqında isə 
ümumiyyətlə az danışarmış. Bu onun təbiətindən, təvazökarlığından irəli gəlirdi. 


Dahilər, həqiqi mənada elm adamları, savadlı və mədəni şəxsiyyətlər özləri barədə, 
fəaliyyətləri haqda həmişə mümkün dərəcədə az danışmağa çalışmış, başqalarının 
onları tərifləməsinə razı olmamışlar. 
Ta qədimdən yazıb-yaradan ədiblər, filosoflar sadəlik və təvazökarlıqla bağlı çox 
dəyərli, hikmətli sözlər söyləmişlər. Ə.Xaqani sadəlik və təvazökarlığı insana xas olan 
nəcib sifət kimi tərənnüm etmiş, lovğalığı və xudpəsəndliyi pisləmişdir: 
“Mənəm, mənəm” deyib öymə özünü, 
Həmişə müxtəsər söylə sözünü. 
Cahildir özünü tərif edənlər, 
“Çox bilirəm” demə bilsən də əgər. 
Geniş dünyagörüşünə, mükəmməl savada, yüksək intellektə sahib olan adamların 
nitqi, danışığı, adi söhbətləri təvazökarlıq baxımından xoşagəlimli olur. Onlar bir qayda 
olaraq gördükləri işi ümuminin adından təqdim edirlər. “Bizim bu sahədəki 
nəticələrimiz olduqca faydalıdır”; “Bu məsələyə bir qədər aydınlıq gətirməyə 
çalışmışıq” və s. Çoxları öz fəaliyyətləri barədə danışarkən təvazökarlıq xatirinə belə 
ifadələr işlədir: “Özünü tərif olmasın”, “Özündən demək olmasın”, “Təvazökarlıqdan 
kənar olmasın”, “Bu mənim şəxsi fikrimdir” və s. Belə adamlar lovğalığın nə olduğunu 
bilməz, hər hansı işinə görə təriflənməsini də xoşlamazlar. İmperator Sezar Avqust 
(b.e.ə., I əsr) onu tərifləyənlərin, yaltaqların qənimi idi. O, “cənab” sözünü işlətməyi və 
onu tərifləməyi qadağan etmişdi. Bir dəfə ailəsi ilə teatra gedərkən səhnədən aktyorun 
“Ey mərhəmətli hökmdar, Allah səni Roma xalqı üçün çox görməsin” deməsinə, 
tamaşaçıların onu alqışlamasına görə hiddətlənir və bir daha teatra gəlmir. 
Deyilənlərdən aydın olur ki, təvazökarlıq mədəni nitqin başlıca keyfiyyətlərindəndir. 
Natiqin nitqi bu baxımdan da nümunəvi olmalıdır. Dünyanın böyük adamları bir də ona 
görə böyükdürlər ki, onlar öz uğurları ilə öyünmürlər, başqalarının mənliyinə, qüruruna 
toxunmurlar. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin