Mövzu:16
Durğu işarələri onların işlənmə məqamları
Plan:
1.Nöqtə və vergülün işlənmə məqamları
2.Nöqtəli vergül və defis
3.İki nöqtə və üç nöqtə
4.Sual və nida işarəsi
Düzgün yazı bacarığına yiyələnməyin başlıca
şərtlərindən biri durğu
işarələrinin məqama uyğun işlədə bilməkdir. Durğu
işarələri düzgün oxuyub
yazmaqda, fikri başqasına dəqiq çatdırmaqda, ümumiyyətlə, nitq mədəniyyətində
müstəsna əhəmiyyət kəsb edir. Bu işarələr yazılı nitqin təsir gücünü artırır, onun
məzmununa aydınlıq, dürüstlük və dəqiqlik gətirir. Durğu işarələri o zaman böyük
əhəmiyyət
kəsb edir ki, bütün yazanlar və oxuyanlar
hər bir durğu işarəsinin
mənasını, vəzifəsini eyni dərəcədə başa düşsünlər, durğu işarələrinin işlənməsinə
dair vahid, dəqiq qaydalara əsaslanmış olsunlar. Durğu
işarələrinin bir qismi
(nöqtə, defis, dırnaq kimi) orfoqrafik, digər qismi (vergül, nöqtəli vergül, sual, nida
kimi) sintaktik funksiya daşıyır. Bu işarələr təkcə yazıdakı
müxtəlif qrammatik
bağlanmaları, ayrılmaları göstərməyə deyil, həm də yazılı nitqdə
nəzərdə tutulan
fikir rəngarəngliyini, hissi halları, psixoloji vəziyyətləri nəzərə çarpdırmaq vəzifəsini
də yerinə yetirir. Sual, nida, çox nöqtə, mötərizə, dırnaq kimi işarələrdən sözlərin,
ifadələrin
və cümlələrin üslubi, emosional-estetik çalarlarını nəzərə çarpdırmaq
məqsədilə istifadə olunur. Bu işarələrin işlənmə məqamları rəngarəngdir. İmkanın
məhdudluğu üzündən onlar haqda bir qədər yığcam danışmaqla kifayətlənirik.
NÖQTƏ
. Bu işarə aşağıdakı hallarda qoyulur:
1) Nəqli cümlənin sonunda. Məs.;
Nəbi Xəzri lirik şairdir.
2) Yarımçıq nəqli cümlələrdən sonra. Məs.;
- Maşınınız harada qalıb?
- Kəndin girəcəyində.
- Sən haralısan?
- Qaramanlı.
3) Ad və ata adlarının qısaltma formalarından sonra. Məs.;
N.Abdullayev təcrübəli müəllimdir.
4) Və ilaxır və sair, və başqa sözləri ixtisarla yazıldıqda. Məs..;
M.F.Axundov, F.Köçərli, Ə.Nazim, M.Arif, M.C.Cəfərov və s.
görkəmli tənqidçi -
ədəbiyyatşünaslar olmuşlar.
5) Əsərlərindən misal gətirilən müəllifin adı ixtisarla veriləndə. Məs.;
Gərək ya Hacı Səmədağanın əlinə baxam, ya da gedib polis qulluğuna daxil olam
(Ə.H.).
Dostları ilə paylaş: