1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   22   23   24   25   26   27   28   29   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Ekran nitqi.
Buna telenitq də deyilir. Ekran nitqi kütləvi informasiya 
vasitələrindən ən dəyərlisidir. Bu nitq həm yazılı, həm də şifahi nitqin 
xüsusiyyətlərini özündə birləşdirir. Telenitq monoloji və dialoji formalarda olur, 
məzmun hərəki təsvir və səs ifadəsi ilə dinləyiciyə çatdırılır. 
Çoxmilyonlu auditoriya üçün səsləndirilən bu nitqdə ədəbi dilin normalarına 
ciddi bir şəkildə riayət edilir. Danışan fikrini çatdırmaq üçün münasib formaları 
tapmağa, dilin sinonimik vasitələrindən yerli-yerində istifadə etməyə, cümlələri 
düzgün qurmağa çalışır. Burada orfoepik normaları - ədəbi tələffüz qaydalarını 
gözləmək daha vacib sayılır. Teleekran ədəbi dilin, xüsusilə orfoepik tələffüzün 
təbliğatçısı, yayıcısı, tənzimləyicisi olduğundan bu verilişlərdə həmin qaydalara 
xüsusi qayğı və tələbkarlıqla yanaşılır, əməl edilir və tələb olunur ki, danışanın 
nitqi diksiya baxımından aydın olsun, səslər öz məxrəcində deyilsin. Hər bir söz
söz qrupu ədəbi tələffüz normalarına uyğun, aydın, emosional və təsirli bir şəkildə 
tələffüz edilsin. 
Ədəbi tələffüz təkcə səs və sözlərin düzgün deyiliş qaydalarından ibarət 
deyildir. Vurğu, ritm, tembr, pauza kimi prosodik ünsürlər də bu anlayışa daxildir. 


Bu mənalı səslənmə vasitələrindən düzgün istifadə telenitqin gözəlliyi, təsir effekti 
baxımından olduqca əhəmiyyətlidir. 
Çox təəssüf ki, teleekranlarda (xüsusən özəl kanallarda) çıxış edənlərin 
nitqində ədəbi dildən, onun normalarından uzaqlaşma halları da müşahidə edilir. 
Bu daha çox ədəbi tələffüz normalarının pozulmasında özünü göstərir. 
Danışanların nitqində yerli şivəyə, adi danışıq dilinə xas olan qüsurlara (məsələn; 
qabul, münasibat, avvam, məhşur, yani, sa`naye, təyyin, məsəlçin, belənçik, 
nərazılıq, gorə, məytəf və s.) yol verilir.
Ekran nitqində müşahidə olunan digər qüsur orfoepiyası orfoqrafiyasından 
fərqli olan söz və qrammatik formaların yazılıdığı kimi deyilməsi və ya 
oxunmasıdır. Məsələn; yarpaqlar (yarpa [x]lar əvəzinə), vətəndən (vətənnən 
əvəzinə) alırlar (alıllar əvəzinə), qanlı (qannı əvəzinə), başlayır (başlıyır əvəzinə), 
alsa idi (alseydi əvəzinə ) və s. 
Bir sözlə, televiziya verilişlərində (eləcə də radio verilişlərində) qüsursuz, təmiz, 
etalon səviyyəli, canlı, təbii Azərbaycan dili səslənməlidir. Lakin bu tələbə həmişə 
riayət olunmur. 
Ədəbi dilimizin, mədəni nitqin tənzimləyicisi, yayıcısı olan ekran nitqində 
qüsurlara yol verməmək üçün televerilişlər ciddi redaktə olunmalıdır. Verilişin 
hansı kanalda getməsindən asılı olmayaraq, orada ədəbi dilimizin qaydalarına, o 
cümlədən orfoepik normalarına ciddi bir şəkildə riayət edilməlidir. Bu nitq aydın, 
ardıcıl, düzgün, təmiz, rəvan, sadə, təsirli olmalıdır ki, geniş ünsiyyətə lazımi 
səviyyədə xidmət edə bilsin. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin