İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı
bacarmalıdır.
Bu nitq dərin təhlilə, sübutlara, faktlara, obyektivliyə, əda-lətə,
qanun
aliliyinə
əsaslandığı
təqdirdə
təsirli
və
inandırıcı
olur.
Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Məhkəmə
prosesində qaldırılan vəsadət hadisələrin dərin təhlilindən alınan
məntiqi
nəticələrə əsaslanmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, qanunun aliliyinə riayət
etməlidir. Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ eradan əvvəl
qədim quldarlıq dövləti olan Yunanıstanda natiqlik sənətinin bu növünə böyük
əhəmiyyət verilmişdi. Məşhur Solon qanunlarının müəyyən maddəsi öz şəxsi
mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə
nitq söyləməyi hər bir
afinalının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda, eləcə də Roma
respublikasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, İsey,
Siseron Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdılar.
Azərbaycanda da məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə
salonlarında alovlu nitqlər söyləyən, adamların hüquqlarını müdafiə etməyi
bacaran vəkillərin nitqi ictimaiyyət tərəfindən həmişə qiymətləndirilmiş, təqdir
olunmuşdur.
Uzun illər xalq hakimi, sonra da vəkil işləmiş adlı-sanlı ədliyyə
müşaviri İman İmanovun natiqliyi barədə dəfələrlə eşitmişdik.
Məhkəmə natiqliyindən söhbət düşəndə İ.İmanov onun uğurlu nəticələr
verməsi üçün aşağıdakıları əsas sayırdı:
1) natiq nitqin predmetini yaxşı bilməli, onun müsbət və mənfi cəhətləri natiq
üçün aydın olmalıdır;
2) natiq ana dilinin zənginliklərindən, ifadə vasitələrindən istifadə etməyi
bacarmalıdır;
3) yalan danışmamalıdır
Akademik natiqlik. Akademiya və elmi müəssisələr sistemində, beynəlxalq
konfrans, simpozium, treninq
və sairədə edilən məruzələr, çıxışlar, verilən elmi
məlumatlar və s. akademik natiqliyə aid edilir. Bu, elm adamlarının, alimlərin,
yüksək hazırlıqlı ziyalıların, müəllimlərin elmi-praktik konfranslarda, ali məktəb
auditoriyalarında, radio və televiziya verilişlərində, müdafiə sovetlərində və s.
yerlərdəki nitqidir. Elmi nitq öz məntiqliyi, fikirlərin ardıcıllığı, söylənilənlərin
sübutla, dəlillərlə əsaslandırılması, ümumiləşdirmələri, nəticələri və s.
ilə digər
nitq növlərindən fərqlənir. Nitqin bu növü vasitəsilə yaradıcı insanlar, alimlər və b.
öz tədqiqatlarından, araşdırmalarından alınmış nəticələri həm yazılı (məqalələr,
əsərlər, monoqrafiyalar şəklində), həm də şifahi yolla başqalarına çatdırırlar. Bu