Mövzu № 13. Natiqlik sənətinin sahələri
Plan:
1.İctimai şifahi nitq
2.Məhkəmə natiqliyi
3.Akademik natiqlik
Adamlar müxtəlif şəraitdə müəyyən məqsədlə nitq fəaliyyətində olurlar. Bu
baxımdan nitq bir sıra növlərə ayrılır: ictimai-siyasi nitq, məişət nitqi, məhkəmədə
söylənilən nitq və s.
İctimai-siyasi nitq.
İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf
etmişdir. İctimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və
televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. Respublikamızın prezidenti
möhtərəm İ.Əliyev cənablarının ölkənin daxili və xarici vəziyyəti, ölkə daxilində
gedən ictimai-siyasi hadisələrə həsr olunan çıxışları siyasi natiqliyin dəyərli
nümunələridir. İstər respublikamızda, istərsə də xarici ölkələrdə, ən mötəbər
məclislərdə onun yığcam və olduqca mənalı çıxışları, nitqləri çox böyük razılıqla
dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə qiymət verir, onu
düzgün yola istiqamətləndirir.
Ulu öndərimiz H.Əliyevin nitqləri natiqlik sənəti baxımından xüsusilə
səciyyəvidir. O, ölkəmizdə siyasi natiqliyin əsasını qoymuşdur. Dövrün bu görkəmli
dövlət xadiminin natiqlik məharəti həm elmlik, həm linqvistik, həm də publisistik
cəhətdən təhlil olunmalı, öyrənilməlidir.
Məhkəmə natiqliyi.
Bu nitq dilin bütün funksiyalarını (ünsiyyət, xəbər, təsir
funksiyalarını) yerinə yetirir. Ona görə natiqliyin bu növündə bütün dil
üslublarından, xüsusən elmi və rəsmi üslublardan – elmi terminlər, hüquqi
kateqoriyalar, standart formulalar işlədilir ki, bu da təbiidir. Ona görə ki, məhkəmə
prosesində hüquqi təhsili və müəyyən hüquqi savadı olanlar danışır, fikir və
mülahizələrini söyləyirlər. Məhkəmə natiqliyində ehtiyac duyulduqda digər nitq
üslublarından – istimai-siyasi məlumat vermək, təbliğat və təşviqat məqsədilə
publisistik, nitqin təsirini artırmaq, onun mahiyyətini uğurlu bir tərzdə verə bilmək
üçün bədii üslublardan da istifadə etmək olar. Bu nitqə prokuror, vəkil, müttəhim,
şahid, hakim və xalq iclasçılarının nitqi daxildir. Həmin nitq formalarından bir
qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digər isə (vəkil və müttəhimin
nitqi) müdafiəedici xarakterdə olur.
İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. O, səlis və aydın danışmağı
bacarmalıdır. Bu nitq dərin təhlilə, sübutlara, faktlara, obyektivliyə, əda-lətə,
qanun
aliliyinə
əsaslandığı
təqdirdə
təsirli
və
inandırıcı
olur.
Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Məhkəmə
prosesində qaldırılan vəsadət hadisələrin dərin təhlilindən alınan məntiqi
nəticələrə əsaslanmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, qanunun aliliyinə riayət
etməlidir. Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ eradan əvvəl
qədim quldarlıq dövləti olan Yunanıstanda natiqlik sənətinin bu növünə böyük
əhəmiyyət verilmişdi. Məşhur Solon qanunlarının müəyyən maddəsi öz şəxsi
mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq söyləməyi hər bir
afinalının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda, eləcə də Roma
respublikasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, İsey,
Siseron Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdılar.
Azərbaycanda da məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə
salonlarında alovlu nitqlər söyləyən, adamların hüquqlarını müdafiə etməyi
bacaran vəkillərin nitqi ictimaiyyət tərəfindən həmişə qiymətləndirilmiş, təqdir
olunmuşdur. Uzun illər xalq hakimi, sonra da vəkil işləmiş adlı-sanlı ədliyyə
müşaviri İman İmanovun natiqliyi barədə dəfələrlə eşitmişdik.
Məhkəmə natiqliyindən söhbət düşəndə İ.İmanov onun uğurlu nəticələr
verməsi üçün aşağıdakıları əsas sayırdı:
1) natiq nitqin predmetini yaxşı bilməli, onun müsbət və mənfi cəhətləri natiq
üçün aydın olmalıdır;
2) natiq ana dilinin zənginliklərindən, ifadə vasitələrindən istifadə etməyi
bacarmalıdır;
3) yalan danışmamalıdır
Akademik natiqlik. Akademiya və elmi müəssisələr sistemində, beynəlxalq
konfrans, simpozium, treninq və sairədə edilən məruzələr, çıxışlar, verilən elmi
məlumatlar və s. akademik natiqliyə aid edilir. Bu, elm adamlarının, alimlərin,
yüksək hazırlıqlı ziyalıların, müəllimlərin elmi-praktik konfranslarda, ali məktəb
auditoriyalarında, radio və televiziya verilişlərində, müdafiə sovetlərində və s.
yerlərdəki nitqidir. Elmi nitq öz məntiqliyi, fikirlərin ardıcıllığı, söylənilənlərin
sübutla, dəlillərlə əsaslandırılması, ümumiləşdirmələri, nəticələri və s. ilə digər
nitq növlərindən fərqlənir. Nitqin bu növü vasitəsilə yaradıcı insanlar, alimlər və b.
öz tədqiqatlarından, araşdırmalarından alınmış nəticələri həm yazılı (məqalələr,
əsərlər, monoqrafiyalar şəklində), həm də şifahi yolla başqalarına çatdırırlar. Bu
nitq o zaman yararlı sayıla bilir ki, insanlar onu başa düşsünlər, orada şərh
olunanlara inansınlar. Mühazirəçinin söylədikləri reallığa əsaslanmalı, dinləyicilər
tərəfindən qəbul olunmalıdır. Akademik natiqliyin yaranmasında ali məktəblərin
rolu xüsusilə böyükdür.
|