1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


Mövzu № 12. Yazılı və şifahi nitq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   17   18   19   20   21   22   23   24   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Mövzu № 12. Yazılı və şifahi nitq 
Plan: 
1.Təşkil olunmuş nitq 
2.Yazılı və şifahi nitqin fərqləri
3.Mühazirə 
4.Məruzə 
5.Çıxış
Nitq mədəniyyətindən söhbət gedəndə, adətən, onun (nitqin) şifahi forması 
nəzərdə tutulur, yazılı nitq bu anlayışa daxil edilmir. Əslində isə nitq mədəniyyəti 
problemlərini nitqin səlis qurulması, dil vahidlərinin məqsədəuyğun, dəqiq, 
ahəngdar, aydın, məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə 
məhdudlaşdırmaq düzgün olmazdı. Nitq mədəniyyəti problemi bunlarla yanaşı, 
əyani, konkret ifadə vasitəsi olan yazılı dillə də son dərəcədə bağlıdır. Dil 
sisteminin həm şifahi, həm də yazılı formalarında ədəbi dil normalarının 
gözlənilməsi dilin hərtərəfli inkişafı, onun sosial funksiyasının genişlənməsi 
baxımından başlıca şərtdir. Nitq mədəniyyətindən, ədəbi dilin normaları əsasında 
fəaliyyət göstərən nümunəvi nitqdən, onun düzgünlüyü, aydınlığı, saflığı, səlisliyi 
və s. söhbət gedirsə, o zaman yazılı nitqin orfoqrafiya və durğu işarələri 
qaydalarına əməl etmək də normativlik sayılmalıdır. Nitq inkişafı üzrə aparılan 
təlim işlərində onun yazılı və şifahi formaları vəhdət şəklində götürülməlidir. “... 
ancaq şifahi nitqə diqqət yetirib, yazılı nitqi unutmaq nitq mədəniyyətini birtərəfli 
inkişaf etdirmək deməkdir”.
Ədəbi dilin şifahi və yazılı formalarının hər birinin özünəməxsus xüsusiyyətləri, 
bu səbəbdən irəli gələn fərqli cəhətləri vardır. Həmin fərqlər dilçilik ədəbiyyatında 
aşağıdakı şəkildə göstərilir:
1. Yazılı nitqin ifadə vasitələri hərf və yazı, şifahi nitqin ifadə vasitələri səs və 
sözdür; 
2. Yazılı nitq sərbəst və müfəssəl bir ünsiyyət formasıdır. Burada həmsöhbətlə 
əks əlaqə olmur. Yazan fikrini başqalarına nə dərəcədə çatacağını, aydın olub-
olmayacağını daim diqqət mərkəzində saxlayır, bacardığı qədər şərhini aydın, 


anlaşıqlı qurmağa çalışır. Bunun üçün nitqin bu növündə daha münasib və yararlı 
dil vasitələrindən istifadə olunması lazım gəlir.
3. Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş yer 
verilir, yazılı ədəbi dildə isə elmi, texniki, siyasi və digər terminlər daha çox 
işlədilir. 
4. Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur, 
yazılı dildə isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə edilir. 
5. Şifahi ədəbi dildə yarımçıq cümlələrə, qısa replikalara, yazılı ədəbi dildə isə 
bütöv, mürəkkəb cümlələrə daha geniş yer verilir. Buna görə də yazılı dilin 
sintaksisi daha mürəkkəb olar. 
6. Şifahi ədəbi dil fikrin əsas incəliklərini, müxtəlif intonasiya çalarlarını özündə 
əks etdirən canlı dildirsə, yazılı nitq bir növ sünidir.“Söz özünün ən güclü təsirini, 
öz əlvan qiyafəsini yalnız şifahi nitqdə tapmağa qadirdir. Əgər o yazılı nitqdə 
açılmamış 
bir 
qönçədirsə, 
şifahi 
nitqdə 
ətirli 
bir 
çiçəyə 
çevrilir”
7. Ədəbi dilin şifahi formasında fikrin ifadəsi üçün yardımçı vasitələrdən – 
mimika, jest və bədən hərəkətlərindən istifadə olunur. Yazılı ədəbi dildə isə həmin 
vasitələrin ifadə etdiyi məna çaları müəyyən təsvir yolu ilə oxucuya çatdırılır.
8. Şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya digər fikri gələcək nəslə 
çatdıra bilmir. Lakin yazılı nitq bu funksiyanı yerinə yetirə bilir.
9. Şifahi ədəbi dilin tempi sürətli, yazılı ədəbi dilin tempi isə aşağıdır, zəifdir. 
Deyilənlərdən aydın olur ki, yazılı nitq tam, dəqiq, subyekt və predikatı olan 
nitqdir, müfəssəl və böyük quruluş mürəkkəbliyinə malikdir. Yazıdan istifadənin 
çətinlikləri də bununla bağlıdır. Nitqdənkənar vasitələrlə zənginləşdirilən şifahi 
nitq isə daha müxtəsər, şəraitlə şərtlənən ünsiyyət formasıdır. Hazırda işlətdiyimiz 
yazılı nitq dövlət tərəfindən təsdiq olunmuş, rəsmiləşdirilmiş, müəyyən qaydalara 
– orfoqrafiya qaydalarına əsaslanır ki, onları gözləmək bu dilin daşıyıcıları, həm də 
onu öyrənmək istəyənlər üçün vacib sayılır. 
Nitq danışanın fikrinə uyğun olmalıdır. Danışan söyləyəcəyini fikrində götür-qoy 
etməli, özünə aydınlıq gətirdikdən sonra ifadə etməlidir. Şifahi monoloji nitq bu 
baxımdan iki formada olur. Birincisi, təşkil olunmuş nitq, ikincisi isə spontan, yəni 
təşkil olunmamış nitq. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin