1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   25   26   27   28   29   30   31   32   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

 
 


Mövzu:16
Durğu işarələri onların işlənmə məqamları 
Plan: 
1.Nöqtə və vergülün işlənmə məqamları 
2.Nöqtəli vergül və defis 
3.İki nöqtə və üç nöqtə 
4.Sual və nida işarəsi 
Düzgün yazı bacarığına yiyələnməyin başlıca şərtlərindən biri durğu 
işarələrinin məqama uyğun işlədə bilməkdir. Durğu işarələri düzgün oxuyub 
yazmaqda, fikri başqasına dəqiq çatdırmaqda, ümumiyyətlə, nitq mədəniyyətində 
müstəsna əhəmiyyət kəsb edir. Bu işarələr yazılı nitqin təsir gücünü artırır, onun 
məzmununa aydınlıq, dürüstlük və dəqiqlik gətirir. Durğu işarələri o zaman böyük 
əhəmiyyət kəsb edir ki, bütün yazanlar və oxuyanlar hər bir durğu işarəsinin 
mənasını, vəzifəsini eyni dərəcədə başa düşsünlər, durğu işarələrinin işlənməsinə 
dair vahid, dəqiq qaydalara əsaslanmış olsunlar. Durğu işarələrinin bir qismi 
(nöqtə, defis, dırnaq kimi) orfoqrafik, digər qismi (vergül, nöqtəli vergül, sual, nida 
kimi) sintaktik funksiya daşıyır. Bu işarələr təkcə yazıdakı müxtəlif qrammatik 
bağlanmaları, ayrılmaları göstərməyə deyil, həm də yazılı nitqdə nəzərdə tutulan 
fikir rəngarəngliyini, hissi halları, psixoloji vəziyyətləri nəzərə çarpdırmaq vəzifəsini 
də yerinə yetirir. Sual, nida, çox nöqtə, mötərizə, dırnaq kimi işarələrdən sözlərin, 
ifadələrin və cümlələrin üslubi, emosional-estetik çalarlarını nəzərə çarpdırmaq 
məqsədilə istifadə olunur. Bu işarələrin işlənmə məqamları rəngarəngdir. İmkanın 
məhdudluğu üzündən onlar haqda bir qədər yığcam danışmaqla kifayətlənirik. 
NÖQTƏ
. Bu işarə aşağıdakı hallarda qoyulur:
1) Nəqli cümlənin sonunda. Məs.;
Nəbi Xəzri lirik şairdir.
2) Yarımçıq nəqli cümlələrdən sonra. Məs.;
- Maşınınız harada qalıb?
- Kəndin girəcəyində.
- Sən haralısan? 
- Qaramanlı.
3) Ad və ata adlarının qısaltma formalarından sonra. Məs.;


N.Abdullayev təcrübəli müəllimdir. 
4) Və ilaxır və sair, və başqa sözləri ixtisarla yazıldıqda. Məs..; 
M.F.Axundov, F.Köçərli, Ə.Nazim, M.Arif, M.C.Cəfərov və s. görkəmli tənqidçi - 
ədəbiyyatşünaslar olmuşlar.
5) Əsərlərindən misal gətirilən müəllifin adı ixtisarla veriləndə. Məs.; 
Gərək ya Hacı Səmədağanın əlinə baxam, ya da gedib polis qulluğuna daxil olam 
(Ə.H.). 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin