1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


Vergül. Aşağıdakı hallarda qoyulur.  I. Cümlənin həmcins üzvləri arasında



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   26   27   28   29   30   31   32   33   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Vergül.
Aşağıdakı hallarda qoyulur. 
I. Cümlənin həmcins üzvləri arasında
. Məs:
Gecəyədək yedilər, uiçdilər, danışdılar, güldülər (S.Qədirzadə).
II. Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında
. Məs.; 
Əlimi uzadıb qar dənəsinin altına tutdum, astaca gəlib ovucumun içinə düşdü 
(S.Behrəngi).
III. Tabeli mürəkkəb cümlənin tərkib hissələri arasında
. Məs.;
Deyirlər ki, bir zaman isti ilə buxar əl-ələ verib dünyaya böyük bir zəlzələ 
salmışdı (N.Gəncəvidən).
 IV. O, bu əvəzliklərindən sonra 
O, bu əvəzlikləri ilə ifadə olunan mübtəda isim
sifət, sayla ifadə olunan cümlə üzvündən əvvəl gələrsə ondan (mübtədadan) sonra 
vergül qoyulur. Məs.;
1. O, ağacın yanına gələr, budaqları əyib salxım gülləri iyləyər, dayanıb ağacın 
gözəlliyinə tamaşa edərdi (İ.Əfəndiyev). 2. Bu, ilk və son ayrılıq oldu (M.Cəlal). 
V. Ara sözlərdə:
a) ara söz cümlənin əvvəlində gəldikdə ondan sonra.
Məs: 
Bəlkə, səadətin rəngi mavidir? (N.Xəzri).
b) cümlənin ortasında gələn ara sözün hər iki tərəfində.
Məs.;
Onlardan biri, nəhayət, ağır addımlarla qadının buz heykəlinə doğru gedir 
(Ə.Məmmədxanlı).
c) cümlənin sonunda gələn ara sözdən əvvəl



 Məs.; Yazda əkdiyim şaftalı ağacı quruyur, deyəsən. 
VI. Hətta, ələlxüsus, habelə, baxmayaraq sözləri ilə xüsusiləĢən cümlə 
üzvündən əvvəl.
Məs.; 
Göyün üzünə ulduzların səpələnməsinə baxmayaraq, çayın vadisi qaranlıq idi 
(İ.Şıxlı). 
 VII. Xitablarda vergül:
a) cümlənin əvvəlində gələn xitabdan sonra.
Məs.; “Ay ana, bircə saat dincəl. 
b ) cümlənin ortasında gələn xitabdan əvvəl və sonra
. Məs.; - Adətimizdir, bala, 
səfərə çıxanın dalınca su atarlar (G.H.). 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin