1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


Mövzu :19 Leksikanın üslubi imkanları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   34   35   36   37   38   39   40   41   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Mövzu :19 Leksikanın üslubi imkanları
Plan: 
1.Leksik vasitələr 
2.Sinoim vasitələr 
3.Antonim sözlər
4.Frazeoloji birləşmələr 
5.Atalar sözü,zərb məsələlər,aforizmlər 
6.Ritorik sual
Leksikanın üslubi imkanları
. Sinonim vasitələr. Danışıq zamanı üslubi effekt 
səlislik yaratmaq, lüzumsuz təkrarlara yol verməmək, fikin daha təsirli, ifadəli 
və dəqiq ifadə edilməsi məqsədilə rəngarəng sinonimlərdən istifadə olunur ki, 
onlar nitqin təsir gücünü artırır, emosionallıq və ekspressivlik yaradır ki, onlar incə 
məqamları ifadə etmək üçün geniş və rəngarəng üslubi imkanlara malikdir. 
Danışan fikir və hisslərini daha dəqiq ifadə etmək üçün sinonim cərgəyə məxsus 
lazımi sözü yerli-yerində elə işlədir ki, bu, nitqdə dəqiqliyi yaradır, eyni zamanda 
ahəngdarlıq təmin edir. Bu baxımdan Ulu öndər H.Əliyevin nitqi təsirli və zəngin 
olmuşdur. Onun dilində həyəcan-narahatlıq, arzu-istək, köməkqayğı-mənəvi 
dayaq, bilikli-savadlı, hörmət-ehtiram-minnətdarlıq, fikir-duyğuistək və s. kimi 
ifadələrə, sinonimlərə tez-tez rast gəlmək mümkündür ki, bu da onun dilinin leksik 
cəhətdən zəngin olduğunu göstərir. 
Leksik vasitələrdən, o cümlədən sinonimlərdən istifadə şifahi nitqə bir növ 
yaradıcı xarakter verir. Natiqlər, müəllimlər və başqaları hərə öz bacarığı, nitq 
tutumu və lüğət ehtiyatının səviyyəsi dairəsində sinonimlər işlətməyə çalışırlar. 
Sinonimlər vasitəsilə yaranan rəngarənglik nitqi maraqlı edir, dinləyicilər belə 
danışıq tərzini rəğbətlə qarşılayırlar. Dilimizin leksikası sinonimlik baxımından 
olduqca zəngindir: qoçaq, igid, cəsur, qorxmaz, qəhrəman;; el, vətən, diyar, yurd, 
oba; dünya, aləm, cahan, kainat; iftixar, qürur; incə, zərif, nəfis, lətif; tək, tənha; 
od, atəş; səs, səda, avaz və s. 
Nitqdə sinonimlərdən aşağıdakı məqsədlərlə istifadə olunur:


a) nəzərdə tutulmuş fikrin daha təsirli, emosional, dəqiq və incə məna çalarında 
dinləyiciyə çatdırılması;
b)məzmundan asılı olaraq müəyyən məna koloriti (məsələn, komiklik, liriklik və s.) 
yaratmaq; 
c) nitqin etik normalarını gözləmək, dil vahidlərindən ictimai nəzakət qaydalarına 
uyğun istifadə etmək, kobud, qaba, eyibli sözlərin (vulqarizmlərin) işlənməsinə yol 
verməmək;
ç) nitqdə lüzumsuz təkrarlardan qaçmaq 
Natiq öz danışığında (eləcə də yazısında) leksik sinonimlərlə yanaşı, sinonim 
frazeoloji vahidlərdən də istifadə etməyi bacarmalıdır. Məsələn: dili dolaşmaq – 
dili topuq vurmaq, gözə gəlmək – göz dəymək, rəhmətə getmək – dünyasını 
dəyişmək, ürək-göbəyi düşmək – bağrı yarılmaq, başını itirmək – çaş-baş düşmək 
və s. sinonim frazeoloji vahidlər nitqin emosionallığını, təsir gücünü, ifadəliliyini 
artırır, onun xəlqiliyini təmin edir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin