Mövzu:18 Nitqin üslubları. Fonetikanın üslubi imkanları
Plan:
1.Nitqin üslubları
2.Ahəngdarlıq
3.Alliterasiya
Mədəni nitqə yiyələnmək üçün dilin yalnız leksik-qrammatik normalarını
gözləmək kifayət etmir. Bunun üçün nitq üslubi cəhətdən də düzgün qurulmalıdır.
Yəni danışarkən
elə sözlər seçilməli, cümlələr elə qurulmalıdır ki, fikir dəqiq və
aydın ifadə oluna bilsin. Danışan və ya yazan işlətdiyi hər bir sözün əhəmiyyətini,
onun nəzərdə tutulan fikrin ifadəsi üçün nə dərəcədə yararlı, dəqiq olmasını
nəzərə almalıdır. Həm danışıq, həm də yazıda hər hansı
bir söz öz həqiqi
mənasından başqa, digər mənalarda da işlənilir. Mənadan doğan forma
rəngarəngliyi dilin üslubi imkanları əsasında yaranır ki,
bütün bunlar dilin
üslubiyyat bəhsində öyrənilir.
Nitq üslubu danışanın (eləcə də yazanın) dil vasitələrindən, onun fonetik, leksik
və qrammatik imkanlarından məqsəd və məqama uyğun istifadə edə bilmə
tərzidir, sistemidir. Bu istifadə bir sıra
amillərlə, şərtlərlə (ünsiyyətin şəraiti,
məqsədi, müsahibin marağı, anlama səviyyəsi və s.) bağlı olur və müxtəlif formalar
kəsb edir. Üslub fərdidir, danışanların hər birinin özünəməxsus nitq üslubu vardır.
Dil vahidlərinin üslubi keyfiyyətləri müxtəlifdir. Bu keyfiyyətlər dilin fonetikası,
leksikası və qrammatikasının imkanları sayəsində yaranır, nitqə üslubi çalarlıq
gətirir, onu səlis, çevik, mənalı
və kəsərli edir, estetik təsir gücünü artırır.
Fonetik, leksik, morfoloji, sintaktik normalar ədəbi dilin strukturu ilə bağlı olub
nitqin düzgünlüyünü təmin edirsə, üslub normaları leksik-qrammatik normaların
bir növ törəməsi
olub nitqin gözəlliyini, ifadəliliyini, dəqiqliyini artırmaqla
ünsiyyəti asanlaşdırır,
onun təsirli, cəlbedici olmasını, danışan, oxuyan və
dinləyənin ən incə məqamları, mətləbləri ifadə və dərk edə bilməsini təmin edir.
Dostları ilə paylaş: