1. Xan çıxdı
və gördü ki, qapını döyən xanın öz kəndlisi – İtqapan kəndinin əhli
Novruzəlidir (C.Məmmədquluzadə).
2) Müqayisə edilən obyektləri daha qabarıq nəzərə çarpdırmaq üçün onların
(qarşılaşdırılan sözlərin) arasında. Məs.;
Sən günəş – mən səndən nur alan Ayam,
Sən bir səs – mən isə əks-sədayam!
Zirvəsən – zirvəyə qalxan cığıram.
(N.Xəzri)
3) Ümumiləşdirici söz həmcins
üzvlərdən əvvəl gələrsə, ondan sonra tire
qoyulur.
Məs.; Dostlar hər şeydən –
həyatdan, ailədən, dostluqdan, məhəbbətdən,
dünyanın işlərindən danışdılar.
4) Ümumiləşdirici söz həmcins
üzvlərdən sonra gələrsə, ondan əvvəl tire
qoyulur. Məs.; O, vəziyyətə də, yorğunluğa da, yurdsuzluğa da – bunların hamısına
dözərdi (S.Qədirzadə).
5) Məntiqi vurğulu sözü nəzərə çarpdırmaq, ayırmaq
üçün həmin sözdən sonra
tire qoyulur.
Vətən - əcdadımızın mədfənidir.
Vətən – övladımızın məskənidir.
(A.Səhhət)
6) Dialoqlarda cümlələrin əvvəlində tire qoyulur.
- Yoldaşım, yatmışmısan?
- Yox bir sözün varsa, buyur.
- On manat qərz istərəm...
- Yox, yox, bərabər, yatmışam (Sabir)
7) Müəllif sözü vasitəsiz nitqdən tire ilə ayrılır. Məs.; - Oğul, - dedi – gecə isti su
atanda bismillah deyərlər (T.Mahmud).
Dostları ilə paylaş: