1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   24   25   26   27   28   29   30   31   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Leksik normalar 
sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş 
işlənməsi, mənasının asan dərk olunması və s. baxımından uyarlısının 
müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir. Bu normalara görə 
sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul sayılmır:
a) sözlərin yerli şivə və dialektlərdə işlənən və ümumiyyət tərəfindən az anlaşılan 
variantları: məs.: cəviz (qoz), sərək (ağılsız), soruq (döşəkağı), qəlbi (hündür), 
tumo (zökəm) və s.
b) köhnəlmiş, ünsiyyətdə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər 
daxildir. Məsələn, çuxa, əba, xış, badya (qab), dünğ, kəndxuda, suç, çuar (su çuarı) 
və s. 
c) loru sözlər və ifadələr. Məsələn, zırpı (böyük), lələş, qağa, fışqırıq, dürtmək, 
anqırmaq, bağırmaq, böyürmək və s.
ç) sözlərin yerində işlənilməməsi. Məsələn, Azərbaycan xalqı yaxşı yaşamağa 
məhkumdur (layiqdir əvəzinə); Biz bunlara müdaxilə göstərməyə (etməyə əvəzinə) 
çalışdıq; Adama necə də həzz verirdi (ləzzət verirdi əvəzinə). Bu il havaların pis 
keçməsilə bağlı qəbahət (çətinlik əvəzinə) yaranmışdır; İcazə verin sizdən bir sual 
soruşum (sual verim əvəzinə) və s. e) söyüş xarakterli sözlər, ifadələr.
Qrammatik normalar.
Dilin qrammatik quruluşunun nitq prosesində 
fəaliyyətini nizamlayır. Bu normalara dilin öz təbiəti, qanunauyğunluğu, dildə 
axıcılıq, rəvanlıq, ardıcıllıq və s. tələblərin gözlənilməsi baxımından məqbul sayılan 
əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin sıralanması, qrammatik 
kateqoriyaların işlənməsi və s. ilə bağlı qaydalar daxildir. Qrammatik normalara 
aşağıdakıları misal göstərək. Söz kökündən sonra əvvəlcə sözdüzəldici (söz 
yaradan), sonra isə sözdəyişdirici şəkilçi (qrammatik funksiyanı yerinə yetirən) 
işlənir. Məsələn; arı-çı-lıq-dan, sənət-çi-lər və s. Miqdar və qeyri-müəyyən 
sayından sonra işlənən isim cəm şəkilçisi qəbul etmir: beş qələm, xeyli adam, dörd 
göz otaq əvəzinə beş qələmlər, xeyli adamlar, dörd göz otaqlar demək düzgün 
sayılmır. Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına malik olur: 
mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin isim və isimlə ifadə olunan 
üzvdən əvvəl, tamamlıq ismi və feli xəbərin, zərflik xəbər, xəbər qrupunun 
əvvəlində işlənir.


Bir qrammatik qaydaya görə cümlədə və ya abzasın əvvəlində işlənilən 
isimlər sonra gələn cümlədə (eləcə də abzasda) şəxs əvəzlikləri və ya münasib 
sözlərlə, ifadələrlə əvəz olunmalıdır. Bu eyni söz və ya ifadənin təkrarını aradan 
qaldırmaqla nitqin ahəngdarlığını təmin edir.
Deyilənlərdən əlavə digər kateqoriyaların, məsələn, mənsubiyyət, hal, dərəcə, 
zaman, şəxs və sairənin ədəbi dildə işlədilməsi ilə bağlı qrammatik normalar 
mövcuddur.
Həm yazılı, həm də şifahi nitqdə qrammatik normalardan uzaqlaşma halları 
tez-tez müşahidə olunur. Məsələn;
a) Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Bir neçə maşın torpaqları 
həyətə tökdülər. 
b) İdarə əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Ustalar 1400 oturacaq stullar 
təmir etdilər. 
c) Yanaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar: Bizim daha da dostluğumuz 
artdı (olmalıdır: daha da artdı). Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə 
bağlı qüsurlar: Ona müvəffəqiyyət uğuru arzu edirəm.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin