1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


Mövzu № 14. İctimai məişət natiqliyi.Ekran nitqi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   21   22   23   24   25   26   27   28   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

 Mövzu № 14. İctimai məişət natiqliyi.Ekran nitqi 
Plan: 
1.Məişət nitqinin formaları 
2.Nida nitqi 
3.Telentiq 
İctimai-məişət natiqliyi.
Bu nitqin geniş istifadə olunan növlərindən biridir. 
Adamlar həyatda müxtəlif münasibətlə (yubileylərdə, toylarda, bayramlarda, ad 
günlərində, dəfn mərasimlərində, stol arxasında və s.) başqaları qarşısında çıxış 
etməli, tost deməli, nitq söyləməli olurlar. Məişət zəminində söylənilən bu nitqlər 
digərləri ilə müqayisədə müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada 
haqqında danışılan adamlar yalnız təriflənir, onların barəsində xoş sözlər 
söylənilir, obrazlı ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir.
Natiqliyin bu növündən yubiley tədbirləri, şənliklər keçirilən zaman istifadə 
olunur. Bu tədbirlər, əsasən, iki formada aparılır. Birincisi, görkəmli adamların – 
elm, maarif və mədəniyyət xadimlərinin, yazıçı, aktyor, əmək və müharibə 
veteranları və başqalarının yubileyləri, həmçinin əlamətdar, tarixi günlərin qeyd 
olunması; ikincisi isə kiçik kollektivlərdə, ailədə dostlarla, yaxınlarla keçirilən 
yubiley şənlikləri. Yubileylərin forması və keçirilmə şəraiti fərqli olduğu kimi, orada 
söylənilən nitqlərin, çıxışların ifadə tərzi də müxtəlif olur. Birincidə bu tədbir, 
adətən, ciddi planda aparılır. Orada əvvəlcə bir nəfərin (müəssisənin rəhbəri və ya 
orada çalışan mötəbər adamlardan birinin) giriş nitqi dinlənilir. Onun ardınca 
əvvəlcədən müəyyənləşdirilmiş çıxışlar olur, xatirələr söylənilir. Danışanlar daha 
çox yubilyarın işindən, əmək fəaliyyətindən söhbət açırlar. Burada söylənilən nitq, 
işlədilən söz və ifadələr, cümlələr bir qədər nizamlı – düzümlü olur, atmacalara, 
replikalara, zarafata yol verilmir. 
Ailədə, kollektivdə dostlar arasında keçirilən yubiley şənliklərində yubilyarın 
xarakteri, mənəvi keyfiyyətləri, insanlara münasibəti, cəmiyyətdə, ailədə mövqeyi 
və s. haqda söhbətlər ön planda olur. Bu söhbətlərdə zərif-duzlu atmacalara, incə 
yumora geniş yer verilir. Orada söylənilən xatirələr, bir növ, ürək nəğmələrini 
xatırladır, yubiley tədbirlərinin təsirini artırır. 
Məişət nitqinin çox geniş yayılmış forması toy mərasimlərində tamada – 
masabəylərin nitqidir. Müxtəlif peşə sahibi olub, həm də tamada kimi fəaliyyət 


göstərən bu natiqlərin nitqini məclis əhli maraqla dinləyir, ondan eşitdikləri musiqi 
qədər həzz alır. Lakin həmişə belə olmur. Toy natiqlərinin bir qismi çıxışında 
münasib söz və ifadələri tapıb işlədə bilmir, fikrini ardıcıl şəkildə ifadə etməkdə 
çətinlik çəkir, şablon ifadələr işlədir,hamının dəfələrlə eşitdiyi şeirləri söyləyir, 
əhvalatları danışır, uzunçuluq edir, eşidənləri yorur.
Məişət nitqinin digər forması hüzn mərasimində söylənilən vida nitqidir. Bu 
nitq həcmcə qısa və yığcam olur, çox vaxt almır. Monoton ifadə tərzi bu nitqin 
əsas əlamətidir. Nitqin bu növü də qədimdir. Vətən, xalq, dövlət qarşısında öz 
borcunu ləyaqətlə yerinə yetirib həlak olanların, vəfat edənlərin dəfn 
mərasimində bir qayda olaraq ən məşhur natiqlər, söz ustaları nitq söyləmiş, 
mərhumun məziyyətlərindən danışmış, onu yüksək qiymətləndirmişlər. Son illərdə 
erməni işğalçılarına qarşı vuruşlarda şəhid olanların hər birinin dəfn mərasimində 
vida nitqləri söylənilmiş, onların vətən qarşısında xidmətləri qeyd edilmişdir. Belə 
nitqlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında təsiri böyükdür.
Dəfn mərasimlərində el ağsaqqallarının, ağbirçəklərin, dünyagörmüşlərin, 
ziyalıların və b. qəbirüstü söylədikləri nitqlər, orada mərhumun fəaliyyətini 
qiymətləndirmək, onun ideyalarının, işinin, əməllərinin, yaşayacağı haqda söz 
söyləmək, yas sahibini ovundurmaq, ona təsəlli vermək baxımından 
əhəmiyyətlidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin