1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


mühazirə, məruzə, məlumat, çıxış, nitq və s



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   19   20   21   22   23   24   25   26   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

mühazirə, məruzə, məlumat, çıxış, nitq və s.
Mühazirə.
Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın 
konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümumiləşdirmələrdən 
ibarət şərhidir: Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə
və s. yerlərdə də istifadə olunur. Məsələn; ölkənin iqtisadi və siyasi vəziyyəti ilə 
bağlı mühazirə, sağlamlığın (və yaxud ekologiyanın) qorunmasına həsr olunmuş 
mühazirə və s. Mühazirənin məruzədən bir fərqi ondadır ki, birincidə dialoqa yol 
verilə bilər. Yəni şərhin gedişində dinləyicilər natiqə sualla müraciət edə bilərlər. 
Mühazirəçi elə oradaca suala müvafiq cavab verib şərhini davam etdirir. Yaxud 
dinləyicilərin replikalarla mühazirənin gedişində onları maraqlandıran məsələlərin 
daha ətraflı izah olunmasını xahiş etməsi mümkündür. Bütün hallarda verilən 
cavablar aydın, məntiqli, qısa, lakonik olmalıdır. “Mühazirə oxumaq” ifadəsi şərti 
olaraq işlədilir. Burada mühazirə materialı heç də üzündən oxunmur, o söylənilir. 
Mühazirəçi ehtiyac hiss etdikdə (məsələn, sitatlar vermək, danışıqda ardıcıllığı 
gözləmək lazım gəldikdə və s.) mətnə müraciət edə, həmin sitatları üzündən 
oxuya, qeydlərə baxa bilər.


Monoloji nitqin digər formalarında olduğu kimi, mühazirə o vaxt effektli şərh 
üsulu sayılır ki, lektor ona yaxşı hazırlaşsın, nəyi, necə, harada deməyi bacarsın, 
şərhi auditoriyanın səviyyəsinə uyğun qurulsun. Nitqi səlis və aydın olsun, fikrini 
əsaslandırmaq üçün göstərdiyi sübutlar, faktlar, çıxardığı nəticələr reallığı əks 
etdirsin, incə mətləbləri dinləyiciyə çatdırmaq, onların marağını ələ almaq, 
hisslərinə təsir etmək məqsədilə müvafiq nitq nümunələrindən, dil vasitələrindən, 
şifahi şərhin bir sıra formalarından (təsvir, xarakteristika, izah, mühakimə və s.) 
daha münasib şəkildə istifadə etməyi bacarsın və s. Mühazirəçi dinləyicilərin 
görmə qavrayışını da nəzərə almalı, mümkün olduqca eksponatlar, illüstrasiyalar, 
diaqramlar, onları təsdiq edən şəkillər və s. nümayiş etdirməlidir. Mühazirəçi 
mövzuya aid bütün məsələləri əhatə etməli, yadda qalan misallar gətirməli, 
inandırıcı sübutlar göstərməli, onu dinləyicilərin işi, həyatının konkret məsələləri 
ilə bağlamağı bacarmalıdır. 
Məruzə.
Bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir. 
Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin yekunu ilə bağlı 
hesabat məruzəsi, yaranmış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında 
məruzə, elmi-praktik konfranslarda məruzə və s. mövzudan asılı olaraq məruzə 
qısa və geniş ola bilər. Məsələn; hər hansı bir kriminal vəziyyətlə bağlı yuxarı 
təşkilat qarşısında edilən məruzə bir qədər konkret və yığcam olmalıdır. 
Beynəlxalq vəziyyətə dair, yaxud elmi mövzuda auditoriyada, kütlə qarşısında 
edilən məruzələr öz əhatəliliyi, genişliyi ilə əvvəlkindən fərqlənməlidir.
Məruzə giriş, əsas və nəticə olmaqla üç hissəyə bölünür. Birinci hissədə bəhs 
açılan məsələnin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya qoyulan 
məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir. 
Məruzənin əsas hissəsində görülən işin məzmunundan bəhs olunur, münasibət 
bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir. 
Məruzənin yüksək səviyyədə hazırlanması üçün birinci növbədə onun əhatə 
edəcəyi mövzunun həcmi, sərhədi, mövzuya aid ədəbiyyat (eləcə də digər 
mənbələr) müəyyənləşdirilməlidir. Bütün bunlar əsasında məruzənin mətni 
hazırlanmalı, oradan irəli gələn ideyalar formalaşdırılmalıdır. Məruzə oxunduqdan 
sonra dinləyicilərin tənqidi qeydləri, sualları və təklifləri əsasında məruzə 
mətnində düzəlişlər aparılmalıdır. 
Çıxış.
Rəsmi və ictimai tədbirlərdə (iclaslarda, yığıncaqlarda, müşavirələrdə, 
nümayişlərdə, konfranslarda və s. yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin 
öz fikrini, münasibətini bildirməsidir. “Çıxış” sözü hazırda bir qədər də geniş 
dairədə işlədilir: müzakirə zamanı edilən çıxışlar, təşviqat xarakterli çıxışlar, 


matəm çıxışları, məclis (stol) çıxışları, radio, televiziyada, qəzet vasitəsilə edilən 
çıxışlar və s. Lakin çıxıĢ deyəndə daha çox adamların qarşısında söylənilən nitq 
forması başa düşülür. 
Çıxış edən şəxs bir qayda olaraq müzakirə olunan məsələ ilə əlaqədar şəxsi 
mülahizələrini söyləyir. Bu şəxsi mülahizə, fikir çıxışın əsas əlaməti hesab edilir. 
Nitqdə isə bundan fərqli olaraq şəxsi mülahizə deyil, rəhbər, istiqamətverici 
göstərişlər üstünlük təşkil edir. Orada irəli sürülən məsələlər icra üçün əsas olur. 
Dinləyicilər məruzədəki fikrə həmrəy olmaq, həmin fikrə nəyisə əlavə etmək, 
nəyəsə münasibət bildirmək və s. məqsədlərlə çıxış etməli olurlar. Bu çıxışlar o 
zaman effektli olur, dinləyiciləri razı salır ki:
a) yığcam olsun, çox vaxt aparmasın; 
b) danışan müzakirə olunan mövzudan kənara çıxmasın;
c) məruzədə və ya əvvəlki çıxışlardakılar təkrar edilməsin;
ç) deyilənlərdə ardıcıllıq və rabitəlilik gözlənilsin;
d) sözlər, cümlələr aydın, hamının eşidə biləcəyi bir səs tonu ilə tələffüz edilsin; 
e) loru və tüfeyli sözlərə, ifadələrə, şivə tələffüzünə və s. yol verilməsin. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin