prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün normalarına
riayət
edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi vacib sayılmalıdır. Nitqin
dialoji forması mükalimə də adlanır. O, danışıq dili üçün səciyyəvi, yığcam və
ixtisar olunmuş nitqidir. Orada ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir.
Yarımçıq cümlələrdən daha çox işlədilir. Nitqin bu növündə digər vasitələrdən də -
jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur.
Dialoji nitqdə intonasiya
mühüm rol oynayır.
Monoloji nitq.
Dialoji nitqlə müqayisədə monoloji nitq struktur baxımından
sadədir. Fikir bir nəfər tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə
ifadə edilir. Burada danışanın müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur.
Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir,
təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir
məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş, proqramlaşdırılmış
nitqdir. Yəni danışan deyəcəklərini
əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin
həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət
formasını, dil materiallarını seçir, müsahibinin (müsahib-lərinin) səviyyəsini,
deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır. Nitqin
bu formasında danışan fikrən və ya yazılı
şəkildə plan tutur, şərh edəcəyi
məzmunu vermək üçün ona,
necə deyərlər, dil donu geyindirir. Hansı sözlərdən,
ifadələrdən istifadə edəcəyini, nitqini necə başlayacağını və quracağını və s. özü
üçün müəyyənləşdirir.