Davamlıq baxımından məntiqi xarakterli fasilələr müxtəlif ölçüdə - adi (normal),
bir qədər davamlı və adi normadan qısa olur. Həmcins üzvlər arasındakı fasilə adi
ölçüdədir. Abzaslarda, cümlənin sonunda, nöqtədən sonra, iki və çox nöqtədə, tire
işarəsi qoyulan yerdə, mübtəda qrupu ilə xəbər qrupu arasında böyük fasilə edilir.
Kiçik fasilə ən çox sintaqmalar (təqtilər) arasında özünü göstərir.
Nitqdə sintaqmanın müxtəlif qrupları mövcuddur. Bu qruplara söz birləşmələri,
frazeoloji birləşmələr, bir məna verən nominativ adlar, mürəkkəb idarə, müəssisə,
təşkilat adları, terminlər və s. daxildir. Onlar bir sözdən, söz birləşməsindən, bəzən
də bir cümlədən ibarət ola bilir.
Sintaqma cümlə üzvü, mürəkkəb cümlənin bir
hissəsi, xitab, ara sözü və s. olur.
Sintaqmaların sərhədində
fasilə edildiyi halda, çox zaman durğu işarəsi
qoyulmur. Bu cəhət ifadəli oxu və əzbər söyləmədə xüsusilə nəzərə alınmalıdır.
Belə halın bir neçəsini göstərək:
1. Mübtəda qrupu ilə xəbər qrupu arasında
fasilə edilir, lakin durğu işarəsi
qoyulmur. Məsələn; Birdən-birə qopmuş külək / gəmini beşik kimi yırğalamağa
başladı
2. Qarşılaşdırma bildirən bağlayıcılar özündən sonra gələn sözlə müəyyən fasilə
ilə ayrılır. Məsələn; Onlar tez-tez görüşürdülər / ancaq
söhbətləri uzun çəkərdi
(M.H.).
3. Səbəb bildirən çünki bağlayıcısından sonra fasilə edilir. Məsələn; Bu gün
deyilsə,sabah gələcəklər , çünki / həyat özü bunu tələb edir (C.C.)
4. Bir sıra ədat və qoşmadan sonra da fasilə edilir:
Dostları ilə paylaş: