1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   10   11   12   13   14   15   16   17   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

vurğusu

surəti
onun 
tempi,
istiqaməti onun melodiyası, dayanacağı isə 
fasilədir
.
Vurğu, fasilə, temp, melodiya nitqin xarici komponentləridir. Bu xarici 
komponentlər səslənməni yaradır. Bu ünsürlər – nitqin texniki cəhətləri nitq 
mədəniyyətinin əsas bölmələrindən biri olub, danışıq və oxuda ifadəliliyin 
yaranmasına xidmət edir.
Vurğu.
Vurğu intonasiyanın əsas ünsürlərindəndir. Dilçilik ədəbiyyatında onun üç 
növündən – söz vurğusu, məntiqi vurğu və həyəcanlı vurğudan bəhs olunur.


Söz vurğusu
. Söz vurğusu nitqdə, əsasən, iki vəzifəni yerinə yetirir: 
a) sözlərdə forma gözəlliyi yaradır; b) yeni məna əmələ gətirir. Bunlardan 
birincisi fonetik, ikincisi fonosemantik vəzifədir. Vurğu öz yerində deyiləndə söz 
tam, dəqiq, səlis, təbii, ürəyəyatan formasını, ən optimal fonetik şəklini alır. əks 
halda, sözlər bayağılaşır, öz axarından uzaqlaşır, süni deyim yaranır, məna 
anlaşılmır. Şifahi nitq üzərində müşahidələr göstərir ki, vurğu səhv vurulanda həm 
sözlərin, həm də bütövlükdə cümlələrin mənası dolaşır. Məsələn: də`ymə düşər – 
dəymədüşə`r, di`mdik –dimdi`k, gö`rməmiş – görməmi`ş, bağla` - ba`ğla, yağsa` - 
ya`ğsa, qı`zdır – qızdı`r, gülü`n –gü`lün, sa`bah – saba`h və s. kimi omonimləşmiş 
sözlər yalnız vurğu vasitəsi ilə fərqlənir. Sözlərdə vurğunun qüsurlu tələffüzü 
nitqin gözəlliyinə xələl gətirir, onun təbii gücünü azaldır, nəzərdə tutulan fikir 
ideya, məqsəd dinləyiciyə istənilən səviyyəyə çata bilmir. Azərbaycan dilinə 
məxsus sözlərdə vurğu dilin təbiətinə görə (iltisaqiliyin bir əlaməti kimi) əsasən 
son heca üzərin düşür.
Sözlərdə vurğunun düzgün tələffüzü mühazirəçi, müəllim, söz sənəti ilə məşğul 
olan adamlar üçün daha vacibdir. Hər hansı bir alınma sözün, terminin deyilişində 
yol verilən qüsurlar mühazirəçinin (müəllimin) nitqinə xələl gətirir, onun effektini 
azaldır.
Vurğunun düzgün tələffüzü alınma sözlərin deyilişində xüsusi əhəmiyyət kəsb 
edir. İşlətdiyimiz alınmalar vurğunun yerinə görə üç qrupa bölünür: 
a) vurğusu birinci hecada olan sözlər;
b) vurğusu orta hecada olan sözlər;
c) vurğusu son hecada olan sözlər; 
Vurğusu birinci hecada olan alınma sözlərə aşağıdakıları nümunə göstərmək 
olar:
a`riya, di`ksiya, di`ktor, do`llar ,e`ra, fa`brik, fo`rma, fi`niş, f`irma, fo`lklor, 
ko`mpas, ku`bok, le`ksika,
Alınma sözlərin müəyyən bir qrupunda vurğu orta hecada tələffüz olunur. 
Məsələn: akva`rium, aku`stika, alümi`nium, Ame`rika, anali`tik, batare`ya, 
dia`metr, dikta`tor, ekzo`tika, kalkulya`tor, kata`loq, konstitu`siya, malyari`ya, 
mano`metr, meta`fora,omo`nim, orna`ment, parla`mentrea`ksiya, rema`rka, 
simme`triya, sino`nim və s.


Vurğusu son hecaya düşən sözlər: delfi`n, def`is, Litva`, bomba`, mane`vr, 
pedaqo`q, benzi`n, Saxali`n, Pari`s, İsve`ç, foye`, Moskva` və s. 
Mürəkkəb sözlərin vurğusu daha geniş araşdırmalar tələb edir. Bu sözləri 
əmələ gətirən birinci söz müstəqil vurğusunu itirir, hər iki tərəf üçün ümumi olan 
vurğu ikinci sözün üzərində tələffüz olunur. Azərbaycan dilində mürəkkəb sözlərin 
əksəriyyəti bu qanuna tabe olur. Məsələn; alagö`z, qaraqa`ş, boyunbağı`, 
qayınana`, ağcaqayı`n, ayaqqabı`, pambıqtəmizləmə`, Həsənoğlu`, yadelli`, 
bərabərhüquqlu`, səsvermə` və s. Belə sözlərin bəzisində vurğu tərkibin birinci 
tərəfinin üzərinə düşür. Məsələn; Gö`yçay, Qara`bağ, A`ğsu, A`ğdaş, A`ğdam, 
sü`bçağı, dünya`görüşü, i`ldönümü və s. Mühazirəçi alınma söz və terminləri 
düzgün tələffüz etməyi bacarmalıdır. Bunun digər yolu mövcud sorğu 
kitabçalarından istifadə etməkdir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin