haqqında danışacağı (və ya yazacağı) əşyanı,
hadisəni, əhvalatı və sairəni yaxşı
mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir.
2. Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən
məntiqi ardıcıllığa riayət olunmalıdır.
3. Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı
bacarmalıdır. Natiq şərhində əsas məsələ üzərində xüsusi dayanmalı, söhbətin
mahiyyətini dinləyiciyə çatdırmalıdır.
Onun nəzərində tutduğu məsələdə ikinci dərəcəli fikirlər əsas fikrin izahına,
anlaşılmasına kömək etməlidir. Amma bəzən nitqdə bu tələb gözlənilmir. Danışan
mövzuda az əhəmiyyətli məsələlər üzərində daha çox dayanır, uzunçuluğa yol
verir ki, belə nitqdə fikir zəif və natamam ifadə olunur.
Əsas fikri çatdıra
bilməyən natiqin nitqi, şərhi maraqsız olur, dinləyici belə
söhbətdən tez can qurtarmağa çalışır.
4. Natiq öz sözü, cümləsi, düşüncəsi, üslubu ilə danışmalıdır. Özgə dili ilə, hazır
cümlələrlə danışmaq nitqin keyfiyyətini aşağı salır, onu canlılıqdan məhrum edir.
Natiq məlum olanları şərh etdikdə belə onları öz dili – ifadə tərzi ilə daha bitkin,
daha maraqlı bir formada dinləyicilərə çatdırmağı bacarmalıdır.