onda müxtəlif emosiyalar oyatmaq, eşidənləri nəyəsə sövq etmək, nədənsə
çəkindirmək və s. kimi məqsədlər də qarşısına qoyur. Belə hallarda nitq rəngarəng
ifadə çalarları kəsb edir, emosional boyalarla müşayiət olunur. İntonasiya
baxımından zəngin olan nitq maraqla dinlənilir.
Dinləyicilər belə nitqdən, ifadə
tərzindən xüsusi zövq alırlar. İntonasiya baxımından düzgün qurulmuş nitq diqqəti
daim səfərbər edir, nəzərdə tutulmuş məqsədin, ideyanın dinləyiciyə asan
çatmasına şərait yaradır. Əksinə, intonasiya çalarından məhrum olan nitq,
monotonluq, süstlük, həddindən artıq sürətlə və ya yavaş danışıq, diksiyanın
pozulması və s. dinləyicini yorur, bəzən hətta əsəbiləşdirir. Dinləyicilər bu cür
natiqin mühazirəsindən, necə deyərlər, tez yaxa qurtarmağa çalışırlar.
Dilimiz intonasiya cəhətdən olduqca zəngindir.
Bu dil nitq prosesində
rəngarəng məna çaları kəsb edir. İntonasiya çalarları vasitəsilə müxtəlif emosional
vəziyyətlər: qorxu, qayğı, qərəz, qəm, məğrurluq, əsəbilik, dəhşət, etinasızlıq,
məftunluq, məyusluq, nigarançılıq, nəşə, həyəcan, təlaş, təşviş, təskinlik, təntənə,
pərtlik, lovğalıq, laqeydlik, coşqunluq, həya, sevinc, acıq, şübhə, təkəbbür və s.
ifadə olunur.
İntonasiya həm danışıq, həm də oxu prosesi ilə bilavasitə əlaqədar olan ən
xarakterik tələffüz hadisəsidir. Ünsiyyət prosesində danışan məqsədinə müvafiq
şəkildə nitqinə müxtəlif səs tərtibatı verir.Oxu prosesində isə vəziyyət bir qədər
başqadır. Nitqin yazılı formasında müəllifin yalnız məntiqi təfəkkürünün nəticələri
verilir. Burada oxuyanın məqsədi yazılı şəkildə verilmiş olan müəllif fikrini açmaq,
onu səsləndirməkdir.
İntonasiya nitqdə elə incə emosional münasibətlər yaradır ki, heç bir formal
əlamət onu yarada bilməz. İntonasiya cümlənin, ifadənin, ayrıca götürülmüş sözün
təsir qüvvəsini nəinki artıra, onun əslində ifadə etdiyi mənanı
təhrif edə, ya da
tamamilə əks mənada başa düşülməsinə səbəb ola bilər. İntonasiya vasitəsilə adi
fikri ifadə edən ən “nəzakətli” sözlərlə dinləyicinin qəlbinə dəymək olar. Məsələn,
buyurun oturun, bağışlayın, üzr istəyirəm, xoş gəlmişsiniz, bəli, əhsən, təşəkkür
edirəm və s. kimi nəzakət və hörmət mənasını ifadə edən sözlər bəzi məqamlarda
rişxənd, istehza, hiddət, qəzəb, kinayə, etiraz və s. bildirən intonasiya boyaları ilə
də işlədilə bilər. Fransız fonetiki Qrammonun dediyi kimi “cümlələri əmələ gətirən
sözlər onun yalnız “skeletidir”, bu skeletə hərəkət və həyat verən intonasiyadır.
İntonasiya ilə bağlı qüsurun başqa bir forması oxu və danışıq sürətinin
normadan bir qədər yavaş olmasıdır. Belə nitqdə dinamika zəif, sözlər, nitq
taktları, cümlələr arasındakı pauzaların müddət ölçüləri normadan artıq olur.
Yavaş oxu danışıq və qiraətdə monotonluğa gətirib çıxarır, dinləyici yorulur,
eşitdiyini tam şəkildə mənimsəyə bilmir. Natiqlərin,
mühazirəçilərin içərisində
yüksək templə danışan və oxuyanlara da rast gəlinir.
Yüksək templə danışmaq və oxumaq öz-özlüyündə müsbət haldır. Lakin
müəyyən hüduda qədər, hüduddankənar danışıq və oxu səs-küy kimi qarşılanır,
belə oxu dinləyicini yorur, çox vaxt ətrafdakılara da mane olur.
Natiqlik təcrübəsində aşağı tonla danışan və oxuyanlara da təsadüf olunur.
Belə nitq ünsiyyətə istənilən səviyyədə xidmət edə bilmir. O, dinləyiciyə çatmır.
Aşağı tonla danışıq və oxu dinləyənin eşitmə orqanını daima gərgin vəziyyətdə
saxlayır. Bu cür oxu, danışıq natiqlik praktikasında məqbul hesab olunmur.
Danışıq və xüsusən oxuda özünü göstərən ümumi bir qüsur intonasiyaca
kasıblıqdır. Bu o deməkdir ki, danışıq, xüsusən oxuda müəyyən məzmun, müxtəlif
emosional vəziyyətlər (alicənablıq, ağrı, abır, bədbəxtlik, əsəbilik, əzab, ələm,
qəzəb, qeyz, qeyrət, qayğı, qüssə, zövq, etinasızlıq, inam, iftixar, iztirab, yəqinlik,
qəhərlənmək, dəhşət, vahimə, diksinmə, öyünmə, fəxretmə, qərarsızlıq, acizlik,
vüqar, iddia, yaxşılıq, yamanlıq və s.) uyğun informasiya çaları
ilə verilə bilmir,
dilimizin zəngin intonasiya çalarları zəif nəzərə çarpır.
K.S.Stanislavskinin aşağıdakı fikri bu baxımdan dəyərlidir. “Danışıq, şeir özü də
musiqidir. Danışıqda da, şeirdə də səs məlahətli olmalıdır, skripka kimi
səslənməlidir, taxtaya dəyən noxud kimi taqqıldamamalıdır. Elə etmək lazımdır ki,
danışıq
muncuq
kimi
düzülsün,
qovuşsun,
hecalara
bölünməsin”.
Nitqin intonasiyası kompleks dil hadisəsidir. İntonasiya tələffüzün dörd
elementi – fasilə, vurğu, melodiya və tempi özündə birləşdirir. Bütün hərəkətlər
kimi nitq başlanğıca (hərəkətin doğması), davama (hərəkətin inkişafı və müəyyən
istiqamətə yönəlməsi) və sona (hərəkətin kəsilməsi) malikdir. Canlı nitqdə daim
müəyyən bir hərəkət, surət, güc, fasilə özünü göstərir ki, bunlar intonasiyanın
yuxarıda göstərilən dörd elementi ilə əlaqədardır. Nitqin gücü, zərbəsi, dinamikası
Dostları ilə paylaş: