Mövzu:9 Nitq fasiləsi
Plan:
1.Nitq fasiləsinin funksiyaları
2.Fasilənin mahiyyəti
3.Məntiqi fasilə
4.Psixoloji fasilə
Nitq fasiləsi.
İntonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən dayanacağa
malikdir. Tənəffüs məqsədilə danışıq və oxu prosesində edilən bu dayanacaq fasilə
(pauza) adlanır.
Tələffüz prosesində nəfəs və səsin düzgün tənzim edilməsi mühüm
şərtlərdəndir. Xüsusən, nəfəsalmaya düzgün əməl olunmaması nitq zamanı
darıxmaya, təngnəfəsliyə, diksiyanın pozulmasına və s. kimi hallara gətirib çıxarır.
Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Tənəffüs iki funksiyanı
yerinə yetirir: o həm insan həyatı üçün zəruri şərt, həm də nitqi yaradan başlıca
vasitədir. Həyat üçün lazım olan tənəffüs aşağıdakı ardıcıllığa malikdir, nəfəsalma,
nəfəsvermə və fasilə. Nəfəsalma (ciyərlərin oksigenlə doldurulması) tənəffüsdə ən
aktiv, şüurdan asılı olmayan prosesdir.
Danışanın məqsədindən, daha doğrusu, nitqin məzmunundan asılı olaraq
tənəffüsün, xüsusən nəfəsvermənin adi ritmi pozulur, nəfəsvermə nəfəsalmadan
xeyli uzun sürür. Nəfəsvermə və nəfəsalma arasındakı dövretmənin nəticəsində
nitqdə uzun və qısa fasilələr əmələ gəlir.
Nitq fasiləsi həm
Dostları ilə paylaş: