1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


Plan:  1.Nitqin melodikliyinin funksiyaları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   14   15   16   17   18   19   20   21   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Plan: 
1.Nitqin melodikliyinin funksiyaları 
2.Melodiya ilə durğu işarələri arasındakı münasibət
3.Tembr 
4.Sintaktik quruluşların tələffüzü qaydaları 
5.Həmcins üzvlərinin tələffüzü 
Nitqin melodikliyi.
Nitq zamanı səs gah alçalır, gah da yüksəlir. Səsin 
müəyyən intervalda alçalıb qalxması musiqidə olduğu kimi, nitqdə də melodikliyi 
əmələ gətirir. Nitqin bu keyfiyyəti hissi halların ifadəsi kimi meydana çıxır. 
Həyatda temperamentsiz, hissiz adamların nitqi melodiklik baxımından zəif olur. 
İnsanın emosional həssaslığı nə qədər çox olarsa, onun nitqinin melodik ifadəliliyi 
bir o qədər zəngin olar. Cümləyə məxsus melodiya məntiqi və psixoloji olmaqla iki 
funksiyanı yerinə yetirir. 
Melodiya ilə durğu işarələri arasındakı münasibət fasilə ilə durğu işarələri 
arasındakı münasibətin demək olar ki, eynidir. Belə ki:
1. Vergül bütün hallarda nitq tonunun yüksəlməsini tələb edir. 
2. Nöqtədə səs tonu aşağı enir. 
3. Nöqtəli-vergülün melodiyası nöqtənin melodiyasına yaxındır. Bu işarə qoyulan 
yerdə səs tonu bir qədər aşağı enir.
4. İki nöqtədə səsin tonu alçalır.
5. Tire və mötərizə ilə cümlənin digər üzvlərindən ayrılan sözlər enən intonasiya 
ilə oxunur. Bu işarədən sonra gələn söz mötərizədən, tiredən əvvəlki sözün 
intonasiyasına uyğun şəkildə deyilir və oxunur.
Sual, nida işarəsi qoyulmuş cümlələr yüksək səs tonu ilə tələffüz olunur. 
Cümlə melodiyası psixoloji funksiya da daşıyır. Bu melodiya danışanın daxili 
hisslərini vermək üçün əsas və başlıca vasitədir. 
 
Psixoloji funksiyalı melodiya səsin qalxıb-enmə dərəcəsindən asılı olaraq 
müxtəlif keyfiyyət kəsb edir. Əgər səsin yüksəlməsi və alçalması arasında interval 


eyni nisbətdədirsə, belə nitq melodiklikdən məhrumdur. Bu cür danışıq tərzi 
monoton adlanır. Monoton nitqdə səs tonu yeknəsəqdir. Nekroloq və digər bəd 
xəbərlər, fəlakət, faciəvi hadisələr və s. aşağı tonla – monoton bir tərzdə oxunur. 
Monotonluq danışıq və oxu üçün yabançı bir haldır. Belə danışıq tərzi dinləyicini 
yorur, mətndəki əsas fikrin anlaşılmasına mane olur.
Natiqlik praktikasında nitqin melodiklik baxımından zənginliyi xüsusi 
əhəmiyyət kəsb edir. Məhz belə keyfiyyətə malik olanlar söhbətlərində
mühazirələrində, oxu prosesində dinləyicilərin marağını, diqqətini cəlb edə bilir, 
onların qəlbinə yol tapırlar. 
İfadəliliyin ən incə və mürəkkəb vasitələrindən biri də 
tembrdi
r. Tembr 
fransız sözü olub, zınqırov deməkdir. Tembr tələffüzdə əlavə səslərin 
(obertonların) köməkliyi ilə yaranır. Əlavə səslər əsas səsi qüvvətləndirir, ona 
xüsusi rəng verir. Tembr vasitəsilə biz müxtəlif musiqi alətlərinin (tar, kamança, 
piano, gitara, qarmon və s.) səslərini bir-birindən fərqləndirir, hər hansı bir tanışı 
üzünü görmədən (məsələn, telefon vasitəsilə) səsindən tanıya bilirik. Tembr 
danışanın əhval-ruhiyyəsindən, onun insan, əşya və hadisələrə münasibətindən 
asılı olaraq dəyişir. Danışanın fərdin fiziki göstəriciləri və səciyyəvi psixoloji 
xüsusiyyətləri də (xəstəliyi, sağlamlığı, bədbəxtliyi, xoşbəxtliyi və s.) səs tembrində 
“oxunur”.
Tembrin ifadəli oxuda xüsusi rolu vardır. Oxuda ən çətin məsələ hər hansı bir 
obrazın danışıq tembrini müəyyənləşdirməkdir. Əsəroxunarkən (hətta səssiz 
oxunarkən) qəhrəmanın səs tembri “eşidilir”, keçirdiyi psixoloji hallarla əlaqədar 
səs tembrinin dəyişməsi də hiss edilir. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin