a) artıq
/ ədatından sonra.
Məsələn; Artıq / həyat məni tərk edir, nəfəsim boğulur (Ə.Məmmədxanlı); b)
qüvvətləndirici
hətta
ədatından sonra. Məsələn; Hətta/ Rüstəm kişi bir balaca pərt
oldu (İ.Şıxlı); c)
bəri, qabaq, əvvəl, sonra, ötrü, ilə
qoşmalarından sonra. Məsələn;
O, rəqsi bitirdikdən sonra / qonaqlar tərəfindən alqışlandı (S.S.Axundov).
5. Axırıncı həmcins üzvdən sonra Bu, əsasən, həmcins mübtəda və
tamamlıqlara aiddir). Məsələn; Sevənlərin sevincləri, həyəcanları, göz yaşları / ona
anlaşılmaz, uzaq və dumanlı görünürdü.
6. Müxtəsər cümlədə mübtəda ilə xəbər arasında. Əgər sadə geniş cümlədə
mübtəda ilə xəbərdən biri mürəkkəb olarsa, onların arasında fasilə edilir.
Məsələn; Əhməd / sinfin əlaçısıdır. Məktəb direktoru / danışdı.
Fasilə
psixoloji funksiya
da daşıyır. Bu fasilə dinləyicinin diqqətini danışanın
mətndən əlavə nəzərdə tutduğu və bilavasitə sözlərlə ifadə etmək istəmədiyi
cəhətə cəlb edir. Tutaq ki, düşmənlərin ağır cəza, işgəncə ilə öldürdüyü 83 bir
əsgər haqqında söhbət gedir. Danışan bu hadisəni daha təsirli vermək üçün
psixoloji fasilədən belə istifadə edir. “Düşmənlər onu güllələmədilər... Onlar onu
diri-diri torpağa basdırdılar”. Burada fasilə (çox nöqtələrin yerində) özündən sonra
gələn fikri qüvvətləndirir. Dinləyici əvvəlkindən daha dəhşətli olan bir hadisənin
baş verəcəyini səbirsizliklə gözləyir. Psixoloji fasilə yazıda, adətən, çox nöqtə ilə
göstərilir. Bütün hallarda çox nöqtədə edilən fasilə psixoloji fasilədir. Fasilə
mövzunun mənasından, danışanın bəhs etdiyi məsələyə münasibətdən doğmalı,
bu zaman yaranan sükut nitqdən daha təsirli, daha məzmunlu olmalıdır.
Mövzu№ 10.Nitqin melodikliyi
Dostları ilə paylaş: |