Referat elmi rəhbər: r.ü. f d. Həsənova Pərvanə Tələbə: Azadalıyev Ramal Bakı-2023 plan



Yüklə 30,01 Kb.
səhifə1/3
tarix26.12.2023
ölçüsü30,01 Kb.
#198576
növüReferat
  1   2   3
Azadalıyev Ramal 823 İnformatika


BAKI BİZNES UNİVERSİTETİ

Fakültə: İqtisadiyyat və idarəetmə


İxtisas: Sosial iş
Fənn: İnformatika
Kafedra: Humanitar elmlər
Qrup: 823
Kurs: 1
Mövzu: “Antivirus proqramlarının yaradılması və inkişafı”

REFERAT

Elmi rəhbər: r.ü.f.d. Həsənova Pərvanə


Tələbə: Azadalıyev Ramal
Bakı-2023


PLAN
Giriş
1. Kompüter viruslarının meydana gəlməsinin qısa tarixi
2. Polimafizm-virusların mutasiyası
3. Təhlükəsizliyə qarşı virus hədələrinin tarixi
4. Antivirus proqralarının yaradılması və inkişafı
Nəticə
Ədəbiyyat


GİRİŞ
İstifadəçi İnternetə qoşulan zaman İnternetdən fərdi kompüterə daxil olan ziyanverici viruslara qarşı həyata keçirilən müdafiə tədbirləri şəbəkələrarası ekranlaşdırıcı avadanlıqların köməkliyi ilə yerinə yetirilir. Belə avadanlıqlara nümunə olaraq şəbəkələrarası ekran proqramlarını göstərmək mümkündür. Hesablama texnikasında bu tip proqramları brandmayer və ya Firewall adlandırırlar.

1. Kompüter viruslarının meydana gəlməsinin qısa tarixi
Brandmayerlərin hansı funksiyanı yerinə yetirməsi onların necə sazlanmasından asılıdır. Adətən onlar digər kompüterlərin Sizin istifadə etdiyiniz fərdi kompüterin resurslarına daxil olma cəhdinin qarşısını alır və Sizin kompüterinizdə istifadə olunan proqramlara və İnternetə göndərilən informasiyaya nəzarət edirlər. Məsələn, troyan adlanan viruslar İnternetdən və ya elektron poçtundan Sizin kompüterə daxil olub kompüterinizdə olan fayllar haqqında informasiya toplayaraq pisfikirli (bədəməlli) kompüter istifadəçisinə göndərir. Burada məqsəd müxtəlif ola bilir: heç bir fəaliyyətə ziyan vurmadan mümkün kommersiya təkliflərinin qiymətləndirilməsi üçün məlumatların toplanması naminə və ya ciddi sənaye cəsusluğu ilə məşğul olmaq üçün tutarlı səviyyədə əhəmiyyət kəsb edən informasiyaların əldə olunması xatirinə. Belə proqramlar Sizin kompüterə daxil etdiyiniz parolları izləməklə yanaşı digər məxfi (konfidensial) proqramları da nəzarətdə saxlaya bilir. Brandmayerlərdən başqa İnternetlə bağlı təhlükələrin qarşısını almaqdan ötrü (cəsus proqramların axtarılması və neytrallaşdırılması) spyware adlanan proqram təminatından da istifadə edilir. Troyan viruslarından başqa İnternetdən rəsmi şəkildə təqdim edilən proqram təminatı təşkilediciləri (komponentləri) bir çox hallarda proqram modullarına malik olurlar ki, onlarda Sizin istifadə etdiyiniz kompüter haqqında məlumat toplamaqla yanaşı Sizin icanəniz olmadan (Sizdən xəbərsiz) Sizə məxsus olan informasiyanı proqram istehsalçılarına göndərə bilirlər. Bir çox hallarda istehsalçı şirkətlər bu şəkildə informasiya toplanmasını və İnternet vasitəsi ilə onlara çatdırılmasını istifadəçinin işinə ziyan vurmayacağını sübut etməyə cəht göstərirlər və bu əməliyyatın hətta istifadəçiyə müəyyən qədər xeyir gətirəcəyini də sübut etmək istəyirlər. Nəzərə alınmalıdır ki, istənilən kompüter istifadəçisi ona məxsus olan informasiyanı gizli saxlamaqla yanaşı digər kompüter istifadəçisinə göndərməməyə də tam ixtiyarı vardır. Bu baxımdan da kompüter istifadəçisinin brandmayerdən istifadəsi məsləhətdir. Bununla o, fərdi kompüterini cəsus proqramlarından müdafiə etmiş olur.
Windows əməliyyat sisteminə fərdi kompüterin viruslardan müdafiə edilməsi üçün sistemin proqram təşkilediciləri əlavə olunmuşdur. Onların arasında brandmayerlərə də rast gəlmək mümkündür (kompüterlərin susma rejimində brandmayer qoşulmuş vəziyyətdədir).
Bir çox hallarda istifadəçilər fərdi kompüterlərinin təhlükəsiz işləmələri üçün əlavə proqramlardan da istifadə edirlər, məsələn, kompüterə antivirus və ya anticəsus proqramlarının yüklənməsi məsəhətdir.
İstifadəçi nəzərə almalıdır ki, istehsal olunan bir çox antivirus proqramları bir-biri ilə uzlaşmır və bununda nəticəsində bir-birinə maneçilik edərək işləyirlər. Nəticədə hər bir antivirus proqramı digərinə mane olur, virusun aşkarlanaraq aradan götürülməsində birinci olmaq istəyir.
Bu baxımdan da fərdi kompüter istifadəçisi istehsal olunan antiviruslardan birinə üstünlük verməli və seçdiyi antivirus proqramını fərdi kompüterinə yükləməlidir.
Bir çox hallarda fərdi kompüter istifadəçisinə dövrü olaraq digər antivirus proqramlarından (onlardan daima istifadə etməsələrdə) bəhrələnməyi məsləhət bilirlər. Məsələn, istifadəçi “Doktor Veb” şirkətinin rəsmi saytına daxil olaraq Curelt! adlanan antivirus proqramının pulsuz variantını kompüterinə yükləyər, ondan istifadə edə bilər.
Əksər antivirus və anticəsus proqramlarını fərdi kompüterə yükləmək tələb olunur. Onlar mütəmadi olaraq istifadəçinin fərdi kompüterini yoxlayır, istifadə zamanı açıq qalmış fayllara virusların daxil olmasına maneçilik göstərirlər. Bununla da Sizin kompüterinizin tutarlı səviyyədə təhlükəsiz iş rejimi təmin edilimiş olur.
QEYD: Əksər istifadəçilər fərdi kompüterlərə düşən virusları bir-birindən fərqləndirə bilmir. Onlar ümumi halda bütün virusları ancaq ziyan vuran kompüter virusu kimi tanıyır. Bu sözsüz ki, düzgün fikir deyil. Nəzərə almaq lazımdır ki, viruslar müxtəlif ziyanverici proqram təminatıdır.
Virus nədir?
Kompüter virusu kompüterdəki fayla və ya proqrama bərkidilmiş (yapışdırılmış), bir kompüterdən digərinə keçməklə yayılan proqramdır. Viruslar kompüterə düşməklə onun işinə maneçilik edir, kompüterdə yerinə yetirilən əməliyyatları ləngidir, kompüterin əməliyyat sistemini tamamilə korlayır. Virusların yayılmasında əsas rolu kompüterlərdə istifadə edilən fləş qurğuları, bir istifadəçinin digərinə məktub göndərdiyi zaman istifadə etdiyi e-mail, istifadəçilər arasında piratlıq yolu ilə birindən digərinə ötrülən, çox istifadə edilən virus yoluxmuş proqramlar oynayır.
Soxulcan nədir?
Soxulcanları da müəyyən dərəcədə virus saymaq olar. Soxulcanlar kompüterdən kompüterə yayılırlar. Onların viruslardan əsas fərqi istifadəçinin köməkliyi (fəaliyyəti) olmadan kompüterlərdə səyahət etməsidir. Soxulcanın ən böyük qorxusu sistemdə özü-özünü modifikasiya etməsidir (kopiyalamasıdır). Soxulcan çoxalmaqla minlərlə kompüterə öz kopiyasını göndərə bilir.
Troyan atı nədir?
Troyan atı yalanlardan ibarətdir. İlk baxışda troyan atı istifadəçiyə özünü lazımlı proqram kimi göstərir. Amma fərdi kompüteri işə salandan sonra hər şey alt-üst olur. Əməliyyat sistemi işə düşdükdən sonra troyan atı faylları proqramdan kənarlaşdırmaqla onlarda olan informasiyaları məhv edir. Troyan atının digər növü də mövcuddur, o, kompüterlərə düşərək istifadəçidə qıcıqlanma yatarmaqla onu əsəbləşdirir (istədiyi ölkənin himnini çalır, mənasız sözlər ilə istifadəçini əsəbləşdirir, hazırlanmış materialı müxtəlif rənglərlə rəngləyir və s.), kompüterdən heç bir faylı kənarlaşdırmır, sadəcə olaraq istifadəçinin işinə maneçilik edir. Viruslardan və soxulcanlardan fərqli olaraq troyan atı faylları korlamaqla yayılmır, özü-özünü artırmır.
KOMPÜTER VİRUSLARININ MEYDANA GƏLMƏSİNİN QISA TARİXİ
Heç kimə sirr deyil ki, hər bir müasir kompüterin ən böyük və qorxulu düşməni viruslardır. Virus üçün fərdi kompüterin hansı məqsədlə istifadə edilməsi, İnternetə və ya lokal şəbəkəyə qoşulub-qoşulmaması vacib deyildir. Bu gün müxtəlif ziyanverici proqramlar o qədər çoxdur ki, demək olar ki, hər bir kompüter təhlükə altındadır.
Kompüter virusu nədir?
Əslində, bu ad altında bir-neçə növ ziyanverici proqramlar gizlənir ki, bunların da çoxdandır ki, hər birinin özünəməxsus kompüterə daxil olmaq metodikası vardır. Bu günə 50 minə yaxın kompüter virusu məlumdur. Bu kiçik ziyanverici proqramlar aşağıdakı 3 qayda ilə yaşayırlar:
 Çoxalmaq;
 Gizlənmək;
 Pozmaq (xarab etmək).
Hələ viruslarla universal və etibarlı mübarizə vasitəsi yoxdur.
Burada klassik kompüter virusları – “parazitlər” nəzərdən keçirilir. Ziyanverici proqramların bu növünün tarixi nə az-nə çox – 40 il əvvələ, keçən əsrin 60-cı illərinin sonuna gedib çıxır. Bu, o zaman idi ki, kompüterlə yalnız fantastik hekayələrin səhifələrində rastlaşmaq mümkün idi. O zaman ABŞ-ın iri tədqiqat mərkəzlərinə mənsub olan azsaylı kompüterlərdə ilk dəfə qeyri-adi davranışlı proqramlar aşkar edilmişdi. İnsanın bütün göstərişlərini yerinə-yetirən normal proqramlardan fərqli olaraq bunlar heç bir əmrə tabe olmurdular, kompüter daxilində anlaşılmaz işlərlə məşğul olaraq sistemin işini olduqca ləngidirdilər. Bu qeyri-adi proqramların yaxşı cəhəti o idi ki, bunlar heç nəyi pozmur və çoxalmırdılar. Lakin bu yaxşı cəhət uzun sürmədi...
İlk kompüterlərin, şəbəkələrin və şəbəkə protokollarının yaradıcıları gələcəyi görə bilsəydilər, çox güman ki, informasiyanın qorunması problemləri bu gün xeyli az olardı. İlk vaxtlar kompüterlər binalardakı çoxlu sayda otaqları zəbt edən, bahalı, nəhəng texniki sistemlər olduğundan, onlardan yalnız iri dövlət və xüsusi şirkətlər istifadə edə bilirdilər. Müəyyən müddətdən sonra informasiya mübadiləsinə zərurət meydana çıxdı – ilk şəbəkələr yarandı. Lakin həmin vaxtlarda kompüterlər qapalı sistemlər idi və ağ xalatlı ciddi insanlar tərəfindən idarə edilirdi. Buna görə də o vaxtlar xuliqanlıq və ziyankarlıq barədə heç kim düşünməmişdi. Təəssüf ki, tarix kompüter ziyanvericilərinin yaradılması barədə olan çoxlu faktları üzə çıxarmır. Lakin buna baxmayaraq bəzi faktlar məlumdur. Özüçoxalan mexanizmlər (proqramlar) nəzəriyyəsinin əsasını qoyan fizika və piyaziyyat elmləri üzrə görkəmli elmi nəticələrə nail olmuş, dünya şöhrətli macar əsilli amerikalı alim Con fon Neyman (Yanoş Layoş Neyman) (1903-1957) olmuşdur. Con fon Neyman “Mürəkkəb avtomatlar nəzəriyyəsi və təşkili” mövzusunda mühazirələr seriyası oxuyurdu ki, bu mühazirələr də sonralar özütörəyən avtomatlar nəzəriyyəsinin təməlini təşkil etmişdi. Lakin bu, yalnız nəzəriyyə idi.
Həmin dövrdə bu nəzəriyyə tənqidə məruz qaldı və elmi ictimaiyyətin diqqətini cox da cəlb eləmədi. Con fon Neyman 1951-ci ildə belə mexanizmlərin yaradılması metodunu təklif etmişdi.
1957-ci ildə “Nature” jurnalında L.S.Penrouz, həyat yoldaşı, fizika üzrə Nobel mükafatı laureatı Rocer Penrouzla həmmüəllif olmaqla özüçoxalan mexaniki strukturlar haqqında ilk məqaləni çap etdirir. Bu məqalədə təmiz mexaniki konstruksiyalarla bahəm belə strukturlar üçün aktivləşmə, tutub saxlama və azad etmə imkanlarına malik olan ikiölçülü model də şərh edilir. Bu məqalədəki materiallara əsaslanmaqla F.J.Ştal IBM 650 elektron hesablama maşınında istifadə olunan maşın dilində biokibernetik modeli proqramlaşdırır. Bu proqramda məxluq sıfıra bərabər olmayan sözlərlə qidalanmaqla hərəkət edir.
Məxluq müəyyən sayda simvolları “yeyəndən” sonra çoxalır. Bu zaman yeni əmələ gələn mexanizmlər mütasiya imkanına malik ola bilir. Kibernetik məxluq müəyyən müddət ərzində qidalanmayanda “ölürdü”. 1961-ci ildə Bell Telephone Laborototies kompaniyasının (ABŞ) əməkdaşları V.A. Vısotski, X.D. Makilroy və Robert Morris “Darvin” adlandırılan qeyri-adi oyun yaradırlar. O vaxtlar hələ yüksək səviyyəli proqramlaşdırma dilləri yox idi. Oyun assembler dilindən istifadə edilməklə yaradılmışdı. Bu oyunun mahiyyəti ondan ibarət idi ki, assemler dilində yazılmış “orqanizmlər” adlandırılan bir neçə proqram komüterin yaddaşına yüklənirdi. Bir oyunçunun yaratdığı (daha dəqiq desək bir növə aid olan) orqanizmlər digər növə aid olan orqanizmləri məhv etməli və onların mövcud olduğu fəzanı zəbt etməli idi. Yaddaşı tamamilə zəbt edə bilən və 01 ya daha cox xal toplaya bilən orqanizmlərlə oynayan oyunçu oyunun qalibi hesab edilirdi. Oyundakı prosesə “hakim” (əlavə proqram) nəzarət edirdi. Bu proqram həm də rəqiblərin mübarizə aparma qaydalarını müəyyən edirdi. Bu sadəcə eksperiment olsada və iştirakçıları təkcə prosesin özü maraqlandırsada məhz bu oyun proqramını ilk kompüter virusu adlandırmaq olardı.

Yüklə 30,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin