u(t) = K1e(t) + K2 de(t)/dt.
Onlarla birlikdə PD – tənzimləyicilər işləyir.
Tənzimlənən kəmiyyət tapşırıq qiymətindən nə qədər çox meyledərsə PD – tənzimləyici də o qədər intensiv işləyir ki, meyletmə azalsın. Bundan başqa meyletmənin artması (de(t)/dt > 0) zamanı idarəedici – u siqnalı daha çox artacaq nəinki meyletmənin azalması (de(t)/dt < 0) zamanı , bu da həmçinin tənzimləmə prosesində rəqsiliyin azalmasına müsbət təsir göstərir.
Tənzimləyiciyə 2 diferensiallayıcı bəndin əlavə edilməsi meyletməni (e) 2-ci tərtib törəmədən formalaşdırır , bu tənzimləyici PDD – tənzimləyici adlanır.
İnteqral tənzimləmə qanunu İ – tənzimləyici vasitəsilə həyata keçirilir və aşağıdakı kimi ifadə olunur :
.
Bu tənzimləyici idarəedici təsiri o vaxta qədər artırır ki, idarə olunan parametrin qiyməti tapşıqır qiymətindən fərqli olsun , yəni , e(t) 0 .
İ – tənzimləyici astatik tənzimləməni təmin edir .
Bu tənzimləyicilər kiçik meyletmələrə (e) aşağı sürətlə təsir edir , buna görə də inersial ( ətalətli) olurlar .
Cəldişləməni təmin etmək üçün adətən bu tənzimləyicilərə gücləndirici bənd əlavə edilir ki , bu da proporsional-inteqral tənzimləmə qanunu ( Pİ-tənzimləyici) adlanır. Aşağıdakı kimi ifadə olunur :
.
Birinci toplanan cəldişləməni , ikinci astatikliyi təmin edir ki , bu da tənzimləmənin dəqiqliyidir.
Daha çox cəldişləməni təmin etmək üçün diferensiallama qanununu təmin edən yeni toplanan əlavə olunur de/dt , bu tənzimləmə qanunu PİD tənzimləyici ilə həyata keçirilir . Aşağıdakı kimi ifadə olunur :
.
Sualar
Birkonturlu açıq AİS nədir ?
Nə üçün birkonturlu açıq AİS – lərin tezlik xarakteristikalarını qurarkən loqarifmik xarakteristikalar uyğundur ?
LFTX FTX – dan nə ilə fərqlənir ?
Aşağıdakı ötürmə funksiyası ilə birkonturlu açıq AİS – in LFTX və LATX qurun :
Dostları ilə paylaş: |