1. İdarəetməyə kibernetik yanaşma


ERP sisteminin köməyilə material resurslarının və təchizatın idarə olunması-



Yüklə 355,95 Kb.
səhifə27/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   ...   23   24   25   26   27   28   29   30   ...   60
esas

24. ERP sisteminin köməyilə material resurslarının və təchizatın idarə olunması-

Material resurslarının və təchizatın idarə edilməsi

MİS çərçivəsində istehsalat prosesində iştirak edən və bütün material resurslarını əhatə edən idarəetmə altsisteminin olması vacibdir. İdarəetmə prosesi təchizat, istehsalat, saxlama, hazır məhsulun göndərilməsi və paylanması mərhələlərində mövcud olan bütün növ material resurslarını əhatə edir.

Müxtəlif sistemlərdə materialların idarə edilməsi fərqlənə bilər, lakin istənilən halda bu altsistem material resurslarının alınmasını, loqistikanı, saxlamanı, əməliyyatların icra tempini əhatə etməlidir.

Material resurslarının alınması aşağıdakı funksiyaların yerinə yetirilməsini nəzərdə tutur:

1.Tədarükçülər haqqında verilənlər bazasının qurulması. Həmin bazada tədarükçülər, onların indiki və gələcək məhsulları, məhsulun keyfiyyəti və qiyməti haqqında informasiya saxlanır.

2.Hər bir material resursu növünə görə tədarükçülərin seçilməsi. Seçim tədarükçülərin analizi əsasında aparılır.

3.Tədarükçülərlə müqavilələrin bağlanması.

4.Müəssisənin bütün bölmələrinin tədarükçülərlə əlaqələrinin təmin edilməsi.

Loqistika dedikdə müəssisə daxilində material resurslarının hərəkətinin, tədarükçüdən materialların alınıb göndərilməsinin və hazır məhsulun sifarişçiyə göndərilməsinin idarə edilməsi başa düşülür. Materialların və məhsulun saxlanması ilə loqistika arasında sıx əlaqə var.

Materialların anbarda saxlanması (warehousing) dedikdə onların anbara daxil edilməsi, anbarda yerləşdirilməsi, sifarişə görə anbardan çıxarılması və inventarlaşdırma kimi funksiyalar kompleksi başa düşülür. Bu funksiyalar materiallardan və yarımfabrikatlardan hazır məhsula qədər bütün növ material resusrları üçün yerinə yetirilir.


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin