26. “İnkişaf etmiş idarəetmə sistemləri” (Advanced Plannind and Scheduling System-APS)-7
İstehsalat sistemlərinin idarə edilməsində tətbiq edilən ideyaların, metodların və vasitələrin inkişafı, «inkişaf etmiş idarəetmə sistemləri» (Advanced Planning and Scheduling System-APS) adlanan yeni nəsil sistemlərin yaranmasına gətirib çıxardı. Burada istehsalatın təşkilinin və idarə edilməsinin yeni metodlarının reallaşdırılması üçün yeni texnologiyalardan istifadə edilir.
1994-1996-cı illər ərzində ERP sistemlərinin bazarı yüksək sürətlə inkişaf edirdi. Satış həcmi ildə təxminən 40% artırdı. İstənilən sahədə bu cür inkişaf sürəti həddən artıq yüksək hesab olunur. Eyni vaxtda APS –sistemlərin satış həcmi ikiqat sürətlə artırdı. Odur ki, ERP-sistemlərin əsaslandığı idarəetmə konsepsiyalarının fundamental dəyişilməsi tendensiyası yaranmağa başladı. Bu konsepsiyalardan çoxu dinamik istehsalat sistemlərində idarəetməyə qoyulan tələblərlə ziddiyyət təşkil edir. Məsələn, sifarişlərin mümkün qədər az vaxtda yerinə yetirilməsi və həmin vaxta yüksək dəqiqliklə əməl edilməsi tələb edilir. Çox vaxt bu tələblər artıq günlərlə və ya həftələrlə deyil, saatlarla və dəqiqələrlə ölçülür. Bundan əlavə, idarəetmə sistemlərinə kütləvi istehsalatla təkbir istehsalatın (məmulatların fərdi düzəldilməsi) birgə reallaşdırılması kimi tələb də qoyulur.
27. ERP sistemindən APS sisteminə keçidin istiqamətləri -7
ERP sistemindən APS (Advanced Planning and Scheduling System) sisteminə keçid aşağıdakı istiqamətlər üzrə baş verir:
-güclərin planlaşdırılmasında daha əsaslandırılmış planların tərtibini təmin edən detallaşdırma dərəcəsinin artırılması;
-eyni vaxtda həm detallaşdırma dərəcəsini yüksəltməyə, həm də real vaxtda analiz və modelləşdirmə məsələlərini həll etməyə imkan verən yeni informasiya texnologiyalarının yaranması;
-idarəetmənin yuxarı səviyyəsindəki məsələləri həll etməyə imkan verən xüsusi vasitələrin sistemə daxil edilməsi;
-mümkün material resurslarına və güclərə qoyulan məhdudluqların eyni vaxtda nəzərə alınması;
-eyni vaxtda bir neçə zavod üçün planların qurulması;
-proseslərin faktiki vəziyyətlərinin uçotu məsələlərinin həlli ilə dəqiqliyin və operativliyin artırılması hesabına əks əlaqənin yaxşılaşdırılması;
-plan həllərinin optimallaşdırılması metodlarının geniş tətbiqi;
-istehsalat dövrləri haqqında informasiyanın idarə edilməsində dinamik yanaşmadan istifadə edilməsi.
Dostları ilə paylaş: |